6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə44/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   40   41   42   43   44   45   46   47   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

DANISIQ ÜZVLƏRİNİN SƏSİN
YARANMASINDAKI İŞTİRAKINA 
GÖRƏ BÖLGÜSÜ
§24. Dildəki səslərin əmələ gəlməsində danışıq üzv-
lərindən bəziləri mütəhərrik, yaxud hərəkət edən, bəziləri 
isə qeyri-mütəhərrik, yaxud hərəkət etməyən üzvlərdir. Bu 
nöqteyi-nəzərdən danışıq üzvləri iki yerə bölünür: fəal və 
qeyri-fəal üzvlər.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
73
a) Fəal üzvlər. Bu və ya başqa səsin yaranmasında 
mütəhərrik olan üzvlərə fəal üzvlər deyilir.
Fəal üzvlər bunlardır: dil, dodaqlar, səs telləri, alt 
çənə, yumşaq damaq, dilçək.
Bu üzvlər öz forma və həcmini çox müxtəlif şəkildə 
dəyişdirə bildiyi üçün rəngarəng səslərin formalaşmasına 
səbəb olur.
b) Qeyri-fəal üzvlər. Bu və ya digər səsin əmələ gəl-
məsində qeyri-mütəhərrik və ya az mütəhərrik olan danı-
şıq üzvləri qeyri-fəal üzvlər adlanır.
Qeyri-fəal üzvlər bunlardır: dişlər, yuvaqlar, sərt da-
maq, nəfəs borusu, ağciyərlər.
SƏSİN MƏXRƏCİ (ARTİKULYASİYASI)
§25. Nitqdəki bu və ya digər səsin yaranmasında danışıq 
üzvlərinin aldığı vəziyyətə məxrəc (artikulyasiya) deyilir.
Şəkil 4. (m) səsinin məx rə-
cin də danışıq üzvlərinin 
vəziyyəti
Şəkil 5. (x) səsinin məx rə cin də 
danışıq üzvlərinin vəziyyəti


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
74
Dilimizdəki [m] səsinin məxrəcində (4-cü şəkil) dilçək 
aşağı enərək ağız boşluğunun yolunu bağlayır, səsə çevril-
miş hava axınının bütövlükdə oradan keçməsinə mane olur. 
Buna görə də həmin hava axını burun boşluğundan keçir. 
Dilin ikinci hissəsi azacıq yuxarı qabarır, dodaqlar isə kiplə-
şir və hava axınının qüvvətli təzyiqi olmadan açılır.
Kar [x] səsinin məxrəcində (5-ci şəkil) isə dilçək yuxarı 
qalxıb burun boşluğunun yolunu kəsir, dil arxa tərəfə çəkilir 
və yumşaq damağa doğru qalxır, dilin arxa hissəsi ilə yumşaq 
damaq və dilçək arasında dar cığır əmələ gəlir və buradan 
hava çox gərgin vəziyyətdə keçir. Bu zaman ağız boşluğun-
dan keçən havanın sərbəst çıxmasına dodaqlar mane olmur.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə