M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
77
MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN
SAİT SƏSLƏRİ
§30. Tələffüz zamanı səs axınının heç bir, yaxud da ciddi
maneəyə rast gəlməməsi əsasında yaranan səslərə
sait səslər
deyilir. Məsələn, alt çənənin aşağı düşərək hava axınının sər-
bəst şəkildə meydana çıxması əsasında [a] səsi yaranır və s.
Müasir Azərbaycan ədəbi dilində
doqquz sait səs var-
dır:
a, ı, o, u, e, ə, i, ö, ü.
SAİT SƏSLƏRİN BÖLGÜSÜ
BÖLGÜNÜN PRİNSİPLƏRİ
§31. Dildəki saitlərdən hər birinin özünəməxsus əmə-
lə gəlmə qaydası və tələffüz formaları vardır. Buna görə də
ayrı-ayrı saitlərin yaranmasında danışıq üzvləri bir-birinin
eyni olmayan müxtəlif vəziyyətlər alır.
Müasir Azərbaycan ədəbi dilindəki saitlər onların
əmələ gəlməsində iştirak edən üzvlərin – dilin, dodaqların
və alt çənənin vəziyyətinə
görə üç yerə bölünür
1
.
I. DİLİN VƏZİYYƏTİNƏ GÖRƏ SAİTLƏRİN
BÖLGÜSÜ
§32. Saitlərin tələffüzündə dil irəli və geri istiqamət-
də hərəkət edərək müxtəlif vəziyyətlər alır. Həmçinin dil
yuxarıya doğru da qalxır. Bütün bunlarla əlaqədar olaraq
müxtəlif keyfiyyətli saitlər yaranır.
Dilin hərəkətinin istiqamətinə (onun irəli və geri hə rə-
kəti, yuxarı qalxaraq düşdüyü vəziyyətlərə) görə saitlər iki
yerə bölünür: 1) dilönü saitlər, 2) dilarxası saitlər.
1
Sait səslərin digər cəhətdən də bölgüsü vardır. Məsələn, təkavaz (monoftonq) və cütavazlı-
lığa (diftonq) görə,
saitlərin uzun, adi və qısalığına görə və s.
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
78
Dostları ilə paylaş: