M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
82
[o] səsi daha çox sözün birinci hecasında işlənir. Bəzi
müstəsna halları (xüsusən başqa dildən keçmiş -
ov şəkilçi-
sinin
Əhmədov, Səmədov və s.) nəzərə almasaq, demək olar
ki, bu səs şəkilçinin tərkibində iştirak etmir.
Saitlər və onların bölgüsü
Dilin
vəziyyətinə
görə
Qalın
a, ı, o, u
Dodaqlanan
o, u, ö, ü,
Açıq
a, e, ə, o, ö
İncə
e, ə, i, ö, ü
Dodaqlanmay
an
a, e, ə, ı, i
Qapalı
u, ü, ı, i
Dodaqların
vəziyyətinə
görə
Alt çənə
vəziyyətinə
görə
4.
u saiti – dilarxası, dodaqlanan, qapalı səsdir. Bu səs
sözün əvvəlində, ortasında və sonunda işlənir; məsələn:
[u]şaq, yağm[u]r, ord[u] və s.
5.
ə saiti – dilönü, dodaqlanmayan açıq səsdir. Bu səs
sözün əvvəlində, ortasında və sonunda işlənir; məsələn:
[ə]rik, çör[ə]k, güll[ə] və s.
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
83
6.
i saiti – dilönü, dodaqlanmayan qapalı səsdir. Bu səs
sözün əvvəlində, ortasında və sonunda işlənir; məsələn: [i]
pək, ək[i]n, gəm[i] və s.
7.
ö saiti – dilönü, dodaqlanan açıq səsdir. Bu səs yal-
nız sözün əvvəlində, ortasında işlənir; məsələn: [ö]zgə,
k[ö]rpü və s.
[ö] səsi ən çox sözün birinci hecasında işlənir. Sözün
ikinci hecasında isə müstəsna hallarda (bütöv, kösöv və s.)
gələ bilir. Buna görə də ədəbi dildə [ö] səsi şəkilçinin tərki-
bində işlənmir.
8.
ü saiti – dilönü, dodaqlanan, qapalı səsdir. Bu səs
sözün əvvəlində, ortasında və sonunda işlənir; məsələn:
[ü]rək, s[ü]zmə, bölg[ü] və s.
9.
e saiti – dilönü, dodaqlanmayan, açıq səsdir. Prof.
Ə.Dəmirçizadə bu səsin dilortası, yarımqapalı
olduğunu
göstərmişdir. Tədrislə əlaqədar olaraq burada [e] səsi dil-
önü və açıq saitlər cərgəsində verilir. [e] səsi sözün əvvə-
lində, ortasında və sonunda işlənir; məsələn: [e]niş, m[e]şə,
tir[e] və s.
Azərbaycan ədəbi dilində – daha doğrusu, yazılı dildə
[e] səsi şəkilçi tərkibində işlənmir.
Dostları ilə paylaş: