6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


Sözü fərqləndirməyən səslər



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə46/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   42   43   44   45   46   47   48   49   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

Sözü fərqləndirməyən səslər. Sözü fərqləndirə bil-
mə yən səslər fonem variantları adlanır. Bunlar qeyri- 
müstəqil səslərdir. Fonem variantları akustik cəhətdən 
qüv vətli səsə – fonemə və bir-birinə yaxın, oxşar olur.
Sözü fərqləndirməyən səslər nitqdə xüsusi əhəmiyyətə 
malik deyildir. Ona görə də bunları yazıda xüsusi işa rələrlə 
göstərməyə ehtiyac olmur, ancaq fonemlər əks edilir.
1
Nəticə olaraq demək lazımdır ki, bütün danışıq səsləri 
fonem deyildir, lakin bütün fonemlər danışıq səsləridir.
AZƏRBAYCAN DİLİNİN FONETİK VASİTƏ
VƏ VAHİDLƏRİ
§27. Fonetik vahidlər. Dil vahidlərdən ibarətdir. Dilin 
ən kiçik vahidi fonetik vahidlərdir. Bu vahidlərin özləri də 
bir-birindən fərqlənir.
Dildəki hər bir sözü heca, yaxud hecalar, hecaları isə 
səs, yaxud səslər təşkil edir. Məsələn:
1
Hərf fonem deyildir. Bəzən bir hərf bir və bir neçə fonemi göstərir.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
76
Hecalar:
 
Səslər:
beş 
 
 
b-e-ş
şə-kil 
 
 
ş-ə-k-i-l
bə-növ-şə
 
b-ə-n-ö-v-ş-ə və s.
Sözlərdəki hecalar böyük, səslər isə kiçik fonetik va-
hidlərdir.
§28. Fonetik vasitələr. Azərbaycan dili zəngin fone-
tik vasitələrə malikdir. Bu, uzun tarixi inkişaf prosesində 
əmələ gəlmişdir.
Dilimizin fonetik vasitələri digər qohum dillərlə əlaqə-
dar şəkildə təşəkkül tapmış və get-gedə təkmilləşmişdir.
Azərbaycan dilinin orijinal fonetik vasitələrini səslər 
sistemi, ahəng qanunu, fonetik hadisələr, heca, vurğu və s. 
təşkil edir.
Bu fonetik vasitələrdən hər birinin müəyyən xüsusiy-
yətləri və vəzifələri vardır.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə