6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə42/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   38   39   40   41   42   43   44   45   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

3. Ağız boşluğu. Ağız boşluğu arxadan udlaq boşluğu 
ilə hüdudlanır. O öz forma və həcmini daha çox dəyişməyə 
qadirdir. Ağız boşluğu dilin hərəkəti ilə qeyri-bərabər his-
sələrə bölünür, alt çənənin aşağı düşməsi ilə daralır, ordun 
daxili əzələlərinin hərəkəti ilə eninə dəyişilir və s.
Ağız boşluğu rezonatorların ən başlıcasıdır. Belə ki, 
nitq səsləri burada formalaşır. Ağız boşluğu səsin müxtəlif 
formaya düşməsi üçün, bir növ, laboratoriyadır. Ağız boş-
luğu udlaq boşluğundan gələn zəif səsləri qəbul edərkən 
öz vəziyyətini dəyişməklə onları müəyyən qədər qüvvət-
ləndirir və müxtəlif rəngə salır. Dildəki sait və samitlər
onların müxtəlif növləri, əsasən, ağız boşluğunun fəaliyyə-
ti nəticəsində yaranır. Deməli, ağız boşluğunun rezonator 
vəzifələrindən biri səsin formalaşmasına xidmət etməkdir.
Səsin yaranması və formalaşmasında nitq rezonator-
larının (ağız, burun, udlaq boşluqları) rolu müxtəlif olur, 
lakin vəhdət halında fəaliyyət göstərir.
4. Dil. Danışıq səslərinin 
formalaşmasında iştirak edən 
çox mühüm üzvlərdən biri 
dildir. Dil mürəkkəb əzələlər 
sistemindən ibarətdir. Bu 
əzələlərin bir qrupu ancaq di-
lin gövdəsini əsasa birləşdirir 
və onun hərəkətini təmin edir. 
Şəkil 3. Səslərin 
formalaşmasında iştirak edən 
bəzi üzvlərin hissələri


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
70
Digəri isə dilin gövdəsinin ayrı-ayrı hissələrinin müxtəlif 
formaya düşməsinə xidmət edir.
Quruluşuna görə dilin gövdəsi dörd yerə bölünür: 
dil ucu, dilyanları, dildibi və dilüstü.
Dilüstü də şərti olaraq 3 yerə ayrılır: dilönü, dilortası 
və dilarxası.
Dil elastiki xarakterə malikdir. O, ən çox hərəkət edən, 
mütəhərrik üzvdür. Onun hərəkətinin istiqaməti şaquli (di-
lin ortası yuxarı qalxır, aşağı enir) və üfüqi (dil irəli uzanır, 
geri çəkilir) olur ki, bunun da nəticəsində rəngarəng səslər 
yaranır. Lakin demək lazımdır ki, dilin bütün hissələri eyni 
dərəcədə hərəkət etmir. Dilin önü başqa hissələrə nisbətən 
daha mütəhərrikdir. Bu, fəaliyyətdə olarkən müxtəlif və-
ziyyətlər alır. Belə ki, uzanıb ağızdan kənara çıxa bilir, dil-
ucu nazikləşib yanlara enlənir; üst dişlərin dibinə toxunub 
geri əyilir və sair. Dilönünün belə müxtəlif vəziyyətlər ala 
bilməsi əsasında danışıq üçün çox zəruri olan [t], [d], [l], 
[r], [s], [z] və s. səslər əmələ gəlir.
Dilin orta hissəsi dilönünə nisbətən zəif hərəkət edir. 
Lakin müxtəlif səs tələffüzündə bu hissənin də hərəkəti zə-
ruridir. Dilin ortası yuxarıya doğru qabarır və sərt dama-
ğa yaxınlaşır. Belə vəziyyətdə [g], [k] kimi səslər meydana 
çıxır. Dilin ən az hərəkət edən hissəsi dilarxasıdır. Dilarxası 
bir sıra səslərin tələffüzündə böyük əhəmiyyətə malikdir.
Dilin bu hissəsi yuxarı qabarır, geri, udlaq boşluğu-
na tərəf çəkilir. Ağızda belə vəziyyət alındıqda [q], [ğ], [x] 
səsləri yaranır.
5. Dişlər. Bu üzv çənələrdə yerləşərək iki cərgə təşkil 
edir: alt dişlər və üst dişlər. Danışıq səslərinin əmələ gəl-
məsində dişlərin rolu heç də az deyil. Bunlar bir sıra səslə-
rin yaranması və formalaşmasına kömək edir. Məsələn, [d] 
səsinin tələffüzündə dilin ucu üst dişlərin iç tərəfinə toxu-
nur. Əgər belə olmasa, həmin səs yarana bilməz. Deməli, 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
71
dişlər bəzi səslərin əmələ gəlməsində xüsusi əhəmiyyət 
kəsb edib, dilin ucu üçün söykənəcək olur.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə