6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə38/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   34   35   36   37   38   39   40   41   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

1. Ağciyərlər. Ağciyərlər nəfəs orqanının başlıca üz-
vüdür. O öz mahiyyətinə görə köməkçi xarakter daşıyır.
Ağciyərlər insan həyatı üçün çox zəruri olduğu kimi
danışıq üzvü kimi də vacib orqanlardandır. Orqanizmdə 
1
Ağız və burun boşluğu da tənəffüs sisteminə aiddir. Bunlarla əlaqədar şəkildə III hissədə 
danışılır.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
64
hava mübadiləsinin təmin edilməsində mühüm rol oynayan 
bu üzvün işləməsi – hərəkəti körüyə bənzəyir. Nəfəs alanda 
bunların həcmi genişlənir, nəfəs verəndə isə sıxılıb daralır.
Məlumdur ki, danışıq səsləri tənəffüs prosesin-
də əmələ gəlir. İnsan tənəffüsü iki cür olur: adi tənəffüs, 
nitq tənəffüsü. Adi – sərbəst tənəffüs zamanı hava axını 
maneəyə rast gəlmir. Buna görə də sərbəst nəfəsalma və 
nəfəsvermə prosesində səs yox, ancaq xəfif xışıltı yaranır 
ki, bu da hava axınının sürtünərək çıxmasının nəticəsidir. 
Adi tənəffüs prosesində hava axını burun boşluğundan ke-
çir. Bioloji vəzifə yerinə yetirən adi tənəffüsdən fərqli ola-
raq, nitq tənəffüsü prosesində ictimai əhəmiyyətli səslər 
yaradılır. Bu belə olur: ağciyərdən gələn hava axını keçdiyi 
yolda müəyyən maneələrlə rastlaşır və bunun nəticəsin-
də hava rəqslənir, səs əmələ gəlir. Beləliklə, nitq tənəffüsü 
prosesində iki vəzifə – həm bioloji, həm də səs yaratmaq 
vəzifəsi yerinə yetirilir. Dildəki səslərin tələffüzündə istifa-
də olunan havanın miqdarı eyni olmur. Məsələn, partlayan 
səslər üçün çox, sürtünən səslər üçün az hava tələb olunur. 
Buna görə də ağciyərlər özündə ehtiyac üçün saxladığı ha-
vanı nitq tənəffüsündə birdən-birə xaricə buraxmayıb, onu 
səslərin tələffüzü tələblərinə müvafiq bölür və işlədir. Ha-
vanın məqsədli işlədilməsində ağciyərə başqa üzvlərin, o 
cümlədən diafraqmanın da fəal köməyi olur.
Tənəffüs nəfəsalma və nəfəsvermədən ibarətdir. 
Nəfəsalma prosesində səs yaratmaq mümkün deyil. Səs 
ancaq nəfəsvermə zamanı əmələ gəlir. Elə buna görə də 
nitq tənəffüsündəki nəfəsalma nəfəsverməyə nisbətən, 
təxminən, 7 dəfə qısadır. İnsan nitq tənəffüsündə ağızdan 
nəfəs alır. Bu ona görədir ki, ağız buruna nisbətən çox ge-
nişdir və bu, həm dərin, həm də ani tezlikdə nəfəs almağa 
lazımi imkan verir. İnsan heç vaxt sözün və ya ifadənin or-
tasında nəfəs almır.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
65
Danışıq səslərinin yaranmasında xüsusi əhəmiyyət 
kəsb edən ağciyərlərin rolu aşağıdakılardır: a) ikiisti qa-
mət li (daxilə və xaricə) hava axını yaranmasında baza təş-
kil edir, b) müxtəlif səslərin yaranması üçün hava axınını 
tələbata uyğun tənzim edir. Ağciyərlərə daxil olan hava 
axınının (danışıq zamanı) bir anı, təxminən, aşağıdakı kimi 
təsəvvür edilir:
a) Alınmış hava; 
b) Havanın ixracı.
Nitq prosesində hava axını ağciyərlərdən bronxlara 
daxil olur.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə