6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə35/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   31   32   33   34   35   36   37   38   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

DANIŞIQ ÜZVLƏRİ
§22. Nitq səslərinin əmələ gəlməsində iştirak edən 
üzvlərə danışıq üzvləri deyilir. Bütün danışıq üzvlərinin 
cəmi danışıq cihazı adlanır.
Səslərin yaranmasında 16 danışıq üzvü iştirak edir. 
Səslərin yaranmasında iştirak edən danışıq üzvləri birinci 
şəkildə göstərilənlərdir.
Danışıq səslərinin yaranmasında iştirak edən üzvlər bir-
dən-birə təkmilləşməmişdir. Prof. Ə.Dəmirçizadənin yazdığı 
kimi: “İnsanın danışıq üzvləri əvvəllər indi tələffüz edə bildiyi-


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
60
miz səsləri, yəni ictimai mənalı səsləri tələffüz etməyə qabil və 
qadir olmamışdır. Meymuna bənzəyən ibtidai insanın qırtlağı 
ancaq, olsa-olsa, üzvlərə ayrılmayan qarışıq səslər çıxara bilər-
di. Çünki əslində danışıq üzvləri qrupuna daxil olan üzvlər, 
yəni dodaqlar, burun, dişlər, dil, damaq, yuvaq, dilçək, qırtlaq, 
nəfəs borusu, ağciyərlər bioloji vəzifəli üzvlərdir və təbiətən də 
bunlar bioloji vəzifə daşımaqdan ötrü yaranmışdır. Bu üzvlə-
rin danışıq üzvləri olması onların ictimai vəzifəsidir və bu və-
zifə onlara sonradan insan cəmiyyəti tərəfindən verilmişdir”.
İnsanın danışıq üzvləri tədricən formalaşmışdır.
Şəkil 1. Danışıq üzvləri
1) beyin-əsəb sistemi; 2) ağciyərlər; 3) bronxlar; 4) nəfəs borusu; 
5) qırtlaq (xirtdək); 6) səs telləri; 7) udlaq boşluğu; 8) burun boş-
luğu; 9) ağız boşluğu; 10) dil; 11) dişlər; 12) yuvaqlar; 13) damaq; 
14) dilçək (damaq pərdəsi); 15) dodaqlar; 16) çənələr (alt və üst).


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
61
Danışıq səsinin əmələ gəlməsində insanın eşitmə 
üzvü – qulağın da xüsusi rolu vardır.
İnsanın eşitmə üzvü tələffüz edilən danışıq səslərinin 
hər birinə aid xüsusiyyət və əlamətləri digərindən fərqlən-
dirməyə imkan verir. Elə buna əsasən də dildə müxtəlif 
səslər əmələ gətirilir ki, bunlar da dilin fonetik quruluşun-
da xüsusi sistemlər təşkil edir. İndi insanın eşitmə orqanı-
nın quruluşuna nəzər yetirək.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə