6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə34/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   30   31   32   33   34   35   36   37   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

|
a,
qadan
|
ı
marak'...
İfadə etdiyi məqsəd (məna)
Hərfin üstünə qoyulan düz xətt 
onun uzun tələffüz edildiyini 
bildirir.
x hərfinin üstünə qoyulan işarə 
dilortası kar səsi göstərir.
Hərfin üstündə qoyulan dalğavarı 
işarə səsin burunda tələffüz edil-
diyini bildirir.
Hərfin üstünə qoyulan yarımdairə-
cik onun qısa deyildiyini göstərir.
n hərfinin yanına qoyulan işarə (
|

şivələrimizdəki dilarxası burun 
səsini göstərir.
k hərfinin üstünə qoyulan işarə (') 
dilarxası partlayan kar səsi bildirir.
Bütün bu kimi işarələr dilimizdəki sözlərin tələffüz 
incəliklərini yazıda dəqiq əks etdirməyə imkan verir. Fo-
netik transkripsiyadan həm ədəbi dilin, həm də dialekt və 
şivələrin fonetikasını öyrənməkdə istifadə olunur.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
59
NİTQ SƏSLƏRİ VƏ ONLARIN ƏMƏLƏ
GƏLMƏSİ
§21. Nitq səsləri ünsiyyət vasitəsi olan dilin varlı-
ğını təşkil edir. Səs olmadan heç bir dili təsəvvür etmək 
mümkün deyil və mümkün ola da bilməz. Deməli, danışıq 
səsləri dilin maddi materiyasıdır. Hər bir səsin yaranması 
üçün isə material insanın qəbul etdiyi hava axınıdır. Belə 
ki, ağciyərə dolmuş hava axını əvvəlcə nəfəs borusuna və 
oradan da ağız və burun boşluqlarına daxil olur, beləliklə, 
məqsəddən asılı olaraq bu və ya digər səs tələffüz edilir. 
Nitq səsləri iki funksiya yerinə yetirir; bir tərəfdən, nitqin 
qavranılmasına (səslərin qulaqla eşidilməsinə) səbəb olur 
(perspektiv funksiya), digər tərəfdən isə dilin mənalı va-
hidlərinin – morfemlərin və sözlərin fərqləndirilməsinə 
(siqnifikativ funksiya) imkan yaradır.
Dildəki hər bir səs insanın eşitmə və danışıq üzvləri 
vasitəsilə əmələ gəlir. Buna görə də səsin necə yarandığını 
dərk etmək üçün danışıq üzvlərini bilmək, onların fəaliy-
yəti ilə tanış olmaq zəruridir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə