6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə33/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   29   30   31   32   33   34   35   36   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

FONETİK TRANSKRİPSİYA
§19. Dilin səslərini eyni ilə yazıda əks etdirmək fone-
tik tədqiqat üçün mühüm cəhətdir. Lakin bütün əlifbalar-
da hərflərin sayı dildəki səslərin miqdarından az olduğu 
üçün bu və ya başqa dilin səslərini həmin dilin əlifbası ya-
zıda tam əks etdirə bilmir; ona görə belə vəziyyətdə fone-
tik transkripsiyadan istifadə etmək lazım gəlir.
Fonetik transkripsiya – dilin səslərinin bütün əlamət 
və xüsusiyyətləri ilə yazıya köçürülmək imkanı verən 
işarələr sistemindən ibarətdir. Fonetik transkripsiya
əsasən, aşağıdakı qaydada düzəldilir:
1) tədqiq olunan dilin əlifbasındakı bütün hərflər fo-
netik transkripsiyanın əsasını təşkil edir;
2) əlifbada hərfi olmayan səsləri göstərmək üçün 
başqa əlifbalardakı hərflərdən də istifadə olunur;
3) səs incəliklərini və fərqlərini göstərmək üçün əlavə 
şərti işarələrdən istifadə edilir; belə işarələr hərfin altında, 
üstündə və ya yanında qoyulur.
Ayrı-ayrı dillərə aid fonetik transkripsiyalarla yanaşı, 
bütün dillərə məxsus olan transkripsiya da vardır. Həmin 
transkripsiya beynəlxalq fonetik transkripsiya adlanır ki, 
onun da əsasını latın hərfləri təşkil edir.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
58
§20. Transkripsiyalarda olan işarələrin bəzisi beynəl-
miləl xarakterli olub əksər dillərə aid transkripsiyalarda
o cümlədən Azərbaycan dilinin transkripsiyasında da iş-
lənir. Dilimizə aid transkripsiyada bir sıra əlavə işarələr 
qəbul edilmişdir.
Azərbaycan dilinə aid fonetik transkripsiyada
işlənilən bəzi işarələr
İşarələr

x'
~
˘
n
|
k'
Misallar
Sābir, kātib...
küləx', 
mələx'...
yerũũ, əlĩã...
kĭşi, pĭşik...
başın

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə