6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


Şəkil 2. İnsanın eşitmə üzvü



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə36/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   32   33   34   35   36   37   38   39   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

Şəkil 2. İnsanın eşitmə üzvü
1) Qulaq seyvanı; 2) Xarici eşitmə yolu; 3) Qulaq pərdəsi
4) Çəkic; 5) Zindan; 6) Üzəngi; 7) İlbiz; 8) Eşitmə əsəbi.
İnsanın eşitmə üzvü – qulaq sağ və sol olmaqla cüt orqan-
dır. Qulağın iki olması səs dalğalarını tez müəyyənləşdirməyə 
xidmət edir. Qulaq üç hissədən ibarətdir: a) xarici qulaq, b) orta 
qulaq, c) daxili qulaq. Bu hissələrin hər birini bir neçə ünsür 
təşkil edir. Həmin ünsürlər səsin eşidilməsində iştirak edir.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
62
Səs necə eşidilir? Əmələ gələn hər hansı səs dalğala-
rı insanın qulaq seyvanına təsir edir. Bu ünsür səs dalğa-
larını toplayır. Həmin səs dalğaları xarici eşitmə yolu ilə 
keçib qulaq pərdəsinə çatır. Çox həssas olan qulaq pərdə-
si təzyiq nəticəsində içəriyə doğru əyilir. Bu zaman orta 
qulaqdakı eşitmə sümükcükləri – çəkic, zindan, üzəngi işə 
düşür, səs təzyiqinin artmasına və eyni zamanda, qulaq 
pərdəsinə gələn dalğaların daxili qulağa keçməsinə kömək 
edir. Daxili qulaqda ilbizvarı membran vardır. Buraya ça-
tan dalğalar membranı hərəkətə gətirir. Bu zaman mem-
bran eşitmə əsəbləri ilə əlaqələnir, bunun nəticəsində də 
qıcıqlanma əmələ gəlir və bunlar (qıcıqlanmalar) beyində-
ki eşitmə mərkəzinə ötürülür. Beləliklə, səs eşidilir.
DANIŞIQ ÜZVLƏRİNİN VƏZİFƏLƏRİNƏ
GÖRƏ BÖLGÜSÜ
§23. Səsin əmələ gəlməsində danışıq üzvləri müxtəlif 
vəzifə daşıyır. Buna görə də onlar iki yerə bölünür: idarə 
edən, icra edən.
Əsəb sistemi – bütün danışıq üzvlərini idarə edir. 
Əsəb sisteminin – beynin fəaliyyətdən düşməsi nəticəsin-
də digər danışıq üzvləri də anormal vəziyyət alır.
İnsan beyni mürəkkəb quruluşa malik olub, bir neçə 
şöbədən ibarətdir. Beynin iki (sağ və sol) yarımkürəsi var-
dır. Sol yarımkürə sağ yarımkürədən böyükdür. Mərkəzi 
xətlər, əsəb sistemi mövcud olan beyin yarımkürələrində 

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə