6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə54/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   50   51   52   53   54   55   56   57   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

a) Kar samitlər. Səs tellərinin gərginləşməsi nəticəsin-
də yaranan səslərə kar samitlər deyilir. Dilimizdə 10 kar 
samit vardır: p, k, s, t, ç, ş, h, f, x, k'.
b) Cingiltili samitlər. Səs tellərinin gərginləşməsi və 
səs cığırının daralması nəticəsində yaranan səslərə cingiltili 
samitlər deyilir. Dilimizdə 14 cingiltili samit vardır. Həmin 
samitlər bunlardır: b, v, q, ğ, d, z, j, y, g, l, m, n, r, c. Cingilti-
li samitlərin dördü (l, m, n, r) sonordur. Dildə küyü az, tonu 
isə qüvvətli olan səslərə sonor deyilir. Bunlar tonlu səslər ol-
duğundan saitlərə yaxındır, yəni bunlarda, saitlərdə olduğu 
kimi, küy, demək olar ki, olmur. Elə buna görə də bir sıra dün-
ya dillərində sonorlar da, saitlər kimi, heca təşkil edə bilir.
1
Dilimizdəki sonorlar rezonatora görə bir-birindən 
fərqlənir. Bu cəhətinə əsasən onlar iki yerə bölünür: a) bu-
run sonorları – m, n, b) ağız sonorları – l, r.
Cingiltili samitlərdən bəzilərinin kar qarşılığı vardır. 
Bunu aşağıdakı cədvəldə görmək olar.
1
Hind-Avropa dillərindən çex dilində [l] və [r] sonorları heca düzəldə bilir.
Samitlər
Cingiltili
Kar
Qarşılığı olan
b, v, d, g, c, z, j, ğ, q
y, l, m, n, r
p, f, t, k, ç, s, ş, x, – – – – – – – – – – h


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
89
IV. TƏRKİBİNƏ GÖRƏ SAMİTLƏRİN BÖLGÜSÜ
§41. Dilimizdəki səslərin hamısı tərkibcə eyni deyildir. 
Belə ki, bəzi samitlər bir səsdən, bəzi samitlər isə iki səsin 
qovuşmasından ibarətdir. Bu cəhətinə görə dilimizdəki sa-
mitlər iki yerə bölünür: saf samitlər və qovuşuq samitlər.
Müasir Azərbaycan dilindəki [ç] və [c] səsləri ikikom-
ponentli olduğu üçün qovuşuq samitlər hesab edilir. Çün-
ki [ç] səsi [r] və [ş] səslərinin qovuşmasından, yəni yarım 
[t] və yarım [ş] səsindən, [c] səsi isə [d] və [j] samitlərinin 
qovuşmasından, yəni yarım [d] və [j] səslərindən əmələ 
gəlmişdir.
Dilimizdəki bu iki samitdən başqa, digər samitlərin 
hamısı safdır.
Samitlər haqqında bütün deyilənlərə əsasən onların 
bölgüsünü bir sxemdə ümumiləşdirmək olar (bax, səh. 92).

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə