6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə51/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   47   48   49   50   51   52   53   54   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN
SAMİT SƏSLƏRİ
§36. Tələffüz zamanı hava axınının müəyyən maneələrə 
rast gəlməsi nəticəsində yaranan səslərə samit səslər deyilir. 
Məsələn, dodaqların qoşalaşaraq qismən hava axınının qarşı-
sını kəsməsi və digər səbəblər nəticəsində b samiti əmələ gəlir.
Müasir Azərbaycan dilində 24 samit vardır. Həmin 
samitlər bunlardır: b, v, q, ğ, d, j, z, y, k, g, l, m, n, p, r, s, t, 
f, x, h, ç, c, ş, k′.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
84
SAMİT SƏSLƏRİN BÖLGÜSÜ
§37. Müasir Azərbaycan ədəbi dilindəki samitlər dörd 
prinsipə əsasən aşağıdakı şəkildə təsnif olunur:
I. Əmələgəlmə yerinə görə, II. Əmələgəlmə üsuluna 
görə, III. Səs tellərinin vəziyyətinə görə, IV. Tərkibə görə.
I. ƏMƏLƏGƏLMƏ YERİNƏ GÖRƏ
SAMİTLƏRİN BÖLGÜSÜ
§38. Müxtəlif samitlərin formalaşmasında danışıq 
üzvlərindən bu və ya digəri daha mühüm rol oynayır. Bu 
cəhətdən samitlər üç qrupa bölünür: dil samitləri, dodaq 
samitləri, boğaz samitləri.
Şəkil 11. [d] səsinin tələffüzün-
dilin vəziyyəti
Şəkil 12. [ğ] səsinin tələffüzün-
dilin vəziyyəti 
1) Dil samitləri. Dilin fəal iştirakı ilə əmələ gələn samit-
lər dil samitləri adlanır. Bu samitlərdən bəzilərinin əmələ 
gəlməsində dilin ön hissəsi, bəzilərində orta, bəzilərində isə 
arxa hissəsinin xüsusi rolu vardır. Buna görə də dil samitləri 
üç cür olur: a) dilönü, b) dilortası, c) dilarxası samitlər.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
85
a) Dilönü samitlər. Dilin ön hissəsinin fəal iştirakı ilə 
yaranan samitlərə dilönü samitlər deyilir. Dilimizdə on 
bir dilönü samit vardır. Həmin samitlər bunlardır: t, d, s, 

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə