6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə49/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   45   46   47   48   49   50   51   52   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

Dodaqlanan saitlər. Dodaqların irəli uzanıb dairəvi 
şəklə düşməsi nəticəsində yaranan saitlərə dodaqlanan sa-
itlər deyilir. Dilimizdəki dodaqlanan saitlər bunlardır:
o, ö, u, ü.
Dodaqlanan saitlər, eyni zamanda, dodaq saitləri də 
adlanır.
Dodaqlanmayan saitlər. Dodaqların fəal iştirakı ol-
madan yaranan saitlərə dodaqlanmayan saitlər deyilir.
Azərbaycan dilindəki dilarxası saitlər bunlardır: a, ı, o, u.
Dilarxası saitlərə eyni zamanda qalın saitlər də deyilir.
Şəkil 8. [ö] səsinin tələffüzün-
də dodaqların vəziyyəti
Dilönü incə
Dilarxası (qalın)
Saitlər
e, ə, i, ö, ü
a, ı, o, u


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
80
Dilimizdəki dodaqlanmayan saitlər bunlardır: a, e ə, ı, i.
Dodaqlanmayan saitlər, eyni zamanda, damaq saitlə-
ri də adlanır.
III. ALT ÇƏNƏNİN VƏZİYYƏTİNƏ GÖRƏ
SAİTLƏRİN BÖLGÜSÜ
§34. Saitlərin əmələ gəlməsində alt çənənin də xüsusi rolu 
vardır. Alt çənənin az və çox açılması bu və ya digər saitin for-
malaşmasına təsir edir. Alt çənə gen açıldıqda ağız boşluğu ge-
niş, az açıldıqda isə dar olur. Buna əsasən də alt çənənin vəziyyə-
tinə görə saitlər iki yerə bölünür: 1) açıq saitlər, 2) qapalı saitlər.
Açıq saitlər. Alt çənənin çox açılması nəticəsində 
yaranan saitlərə açıq saitlər deyilir. “Açıq saitlərin əmələ 
gətirilməsində dilin ön hissəsi yuxarı qalxmır, alt çənə isə 
daha çox aşağı düşmüş olur”
1
.
Dilimizdəki açıq saitlər bunlardır: a, e, ə, o, ö.
Qapalı saitlər. Alt çənənin az açılması əsasında əmələ 
gələn saitlərə qapalı saitlər deyilir. “Qapalı saitlərin əmələ 
gətirilməsində dil damağa doğru çox qalxmış olur, alt çənə 
isə aşağı az düşmüş olur”
2
.
Dilimizdəki qapalı saitlər bunlardır: ı, i, u, ü. Deməli, 
saitlərin açıq və qapalılığı, əsasən, ağız boşluğunun həc-
minə görə müəyyənləşdirilmişdir.
1
Ə.Dəmirçizadə. “Müasir Azərbaycan dilinin fonetikası”. Bakı, 1960, səh. 40
2
Yenə orada
Dodaqlanan (dodaq)
Dodaqlanmayan (damaq)
Saitlər
o, ö, u, ü
a, e, ə, ı, i


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
81
Saitlər haqqında deyilənləri nəzərə alıb onların təsnifıni 
sxem şəklində 80-ci səhifədəki kimi ümumiləşdirmək olar.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə