M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
440
Müstəqil dilçilik şöbəsi kimi derivatologiyanın sərhə-
di necə müəyyən edilir? Məlumdur ki, sözyaratma dedik-
də hər cür proses buraya aid edilmir. Məsələn,
uşaq, uşaq-
lıq, uşaqcığaz, uşaq bağçası sözlərində
uşaqlıq, uşaqcığaz, uşaq
bağçası derivatologiyanın tədqiqat obyekti olur. Bəs
uşaq?
Bu söz necə yaradılmışdır? Belə suallara dilçiliyin başqa
şöbələri, o cümlədən semasiologiya şöbəsi cavab verir.
Deməli,
sözyaratma dedikdə, son zamanlarda,
xüsusən
hazırkı dövrdə əmələ gələn söz və ifadələr nəzərdə tutulur
və derivatologiyanın sərhədi buradan müəyyənləşir.
Dildə sözyaratma prosesinin öyrənilməsi bir neçə
cəhətdən xüsusi elmi və əməli əhəmiyyətə malikdir.
● Sözyaratma qanunauyğunluqlarının açılması
hər bir
morfoloji vahidin əlamətlərinin dərindən mənimsə-
nilməsinə kömək edir.
● Hər bir derivatoloji tədqiqat dilin leksik-semantik sis-
teminin inkişaf qanunlarını daha da aydın
aşkar et-
məyə imkan yaradır.
● Derivatoloji axtarışların nəticələri dilin frazeoloji ma-
teriallarının təhlil və tədqiqinə, onun elmi şərhinə im-
kan yaradır.
● Sözyaratma hadisəsinin öyrənilməsi həmçinin bütün
elm sahələrinə dair müxtəlif terminlərin yaradılması-
na kömək edir.
Azərbaycan dilində sözyaratmanın nəzəri məsələləri
az-çox işlənilmişdir. Lakin dilimizdə gedən sözyaratma
prosesinin bütün sahələri hələ tam elmi təhlilini tapmamış-
dır. Bu sahəni hərtərəfli əhatə etmək üçün dilçilikdə deri-
vatologiyanı geniş mənada götürüb dilin lüğət tərkibinin
inkişaf mənbələrini də öyrənmək vacib məsələlərdəndir.
Göründüyü kimi, leksik abreviaturlar söz və ifadənin
komponentlərinin müəyyən ünsürlərinin ixtisarı əsasında
yaranmışdır. Leksik abreviaturlar bütöv sözlərin ifadə et-
diyi anlayışı bildirir. Deməli, leksik abreviaturların əmələ
gətirilməsi sözyaratma prosesidir.
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
441
Leksik abreviaturlardan Azərbaycan dilinin leksik sis-
temində istifadə olunarkən heç bir anlaşılmazlığa və do-
laşıqlığa yol verilmir. Buna görə
də abreviatur dilimizin
inkişafı üçün faydalı sözyaratma yollarındandır.
Dostları ilə paylaş: