M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
27
yaranır. Hər bir üslub dilin milli xüsusiyyətləri əsasında
qurulur. Bunların yaranmasında həm yazıçıların, həm də
alim, müəllim və digər qrup ziyalıların böyük xidməti olur.
Dildəki üslubların əmələ
gəlməsi və digər cəhətlə-
rindən bəhs edən xüsusi elm sahəsi vardır. Buna dilçilik-
də
üslubiyyat deyilir. Üslubiyyatda dilin ifadə vasitələ-
rinin müxtəlif üslublarda işlənilmə üsulları geniş şəkildə
öyrənilir.
Azərbaycan ədəbi dilində, qədim dövrlərdən başlaya-
raq, zəngin
üslubi sistem yaranmışdır. Ədəbi dilimizin ay-
rı-ayrı inkişaf mərhələlərində müxtəlif üslublar olmuşdur.
Zaman keçdikcə bu üslublar daha da artmış, zənginləşmiş
və təkmilləşmişdir. Hazırda Azərbaycan ədəbi dilinin aşa-
ğıdakı funksional üslubları vardır:
1) ədəbi danışıq üslubu;
2) bədii üslub;
3) elmi üslub;
4) publisistik üslub;
5) rəsmi üslub;
6) epistolyar üslub.
Bu funksional üslubların həm ümumi, həm də hər bi-
rinin özünəməxsus fərqli xarakterik cəhətləri vardır.
Dostları ilə paylaş: