M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
44
sinə qarşı ciddi mübarizə edirdi. O deyirdi: “Bəzi yazıçı-
lar dilimizdə olan sözləri dəyişdirirdilər, habelə Azərbay-
can dilinin tərkiblərini və qanunlarını kənara qoyub fars
və ərəb tərkibləri, qanunlarını işlədirdilər. Hələ “pədər”,
“madər”, “nan” kimi sözlər səhvdir, ərəb və fars dilindən
elə bir xoruz səsi eşitməyən kəlmələr və ibarələr lüzumsuz
yerə işlədirdilər ki, dəxi onları ərəb və farsca az savadlılar
oxuyub başa düşmür və bu icad etdikləri qatış-bulaş “di-
lin” adını “ədəbi dil” qoyub, açıq ana dilini “çoban dili”
adlandırırdılar...”
C.Məmmədquluzadə öz bədii yaradıcılığı ilə bərabər,
redaktoru olduğu “Molla Nəsrəddin” jurnalı vasitəsilə də
dilimizin inkişaf tarixində böyük fəaliyyət göstərmişdir.
“Molla Nəsrəddin” jurnalı: a) Azərbaycan dilinin
milli müstəqilliyi, orijinallığının mühafizə olunmasında və
b) ədəbi dilimizin daha da sadələşdirilməsində, onun şifa-
hi danışığa yaxınlaşmasında xüsusi rol oynamışdır.
XX əsrin əvvəllərində mürtəce fikirli bəzi ziyalılar
mənfi ideyaları ilə yanaşı, Azərbaycan ədəbi dilinin inkişa-
fına mane olmağa çalışırdılar. 1906-cı ildə nəşrə başlayan
“Füyuzat” jurnalının əsas
məqsədlərindən biri Azərbay-
can dilinin müstəqilliyini inkar etməkdən ibarət idi. Buna
görə də həmin jurnal anlaşılmaz bir dildə dərc olunurdu.
Eyni ildən, yəni 1906-cı ildən nəşr olunan demokratik
“Molla Nəsrəddin” jurnalı həmin mürtəce xarakterli jur-
nalın tamamilə əksinə bir istiqamət və mövqe tuturdu. Bu
jurnalın məqsədi xalqın mənafeyinə xidmət etmək, o cüm-
lədən dilimizi qorumaq və inkişaf etdirməkdən ibarət idi.
“Molla Nəsrəddin” jurnalı xalqın başa düşəcəyi dildə
yazmağı özü üçün yeganə prinsip qəbul etmişdi. “Molla
Nəsrəddin” bu yolu tutmayan və xalq mənafeyini güdmə-
yən bütün qəzet və jurnallarla mübarizə edir, onların xət-
ti-hərəkətini pisləyirdi. Həmin məqsədlə jurnal 1913-cü
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
45
ildə nəşrə başlayan və “Füyuzat”ın ideyasını davam etdir-
məyə çalışan “Şəlalə”nin də dilini tənqid edərək onun nöq-
sanlı olduğunu göstərirdi.
XX əsrin əvvəllərində ədəbi dilimizin inkişafında,
onun
daha da püxtələşməsində, sadələşməsində Mirzə
Ələk bər Sabirin, Əbdürrəhimbəy Haqverdiyev və başqala-
rının da xüsusi rolu olmuşdur.
XX əsrdən başlayaraq ictimai həyatımızın bütün sa hə-
lə ri daha sürətlə inkişaf etməyə başladı. Bunlarla bağlı ola-
raq, eyni zamanda, ədəbi dilimiz də ciddi inkişaf yoluna
düşdü.
XX əsrdə Azərbaycan ədəbi dilinin nə qədər sürətlə və
hərtərəfli inkişaf etməsini aşağıdakılarla səciyyələndirmək
olar:
a) ədəbi dilimizin lüğət tərkibi yeni-yeni sözlərlə zəngin-
ləşmişdir;
b) bütün elm sahələrinə aid saysız-hesabsız
terminlər
yaradılmışdır;
c) ədəbi dilimiz xalq dilinə daha da yaxınlaşmışdır;
ç) dilimizin orfoqrafiyası elmi əsaslar üzərində yaradıl-
mış və onun normaları qaydaya salınmışdır;
d) dilimizin qrammatik quruluşu daha da təkmilləşmiş
və zənginləşmişdir;
e) ədəbi dilimiz ifadə tərzi cəhətdən daha da zənginləş-
miş və müxtəlif üslublar meydana çıxmışdır və s.
Dostları ilə paylaş: