6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


MÜASİR AZƏRBAYCAN DANIŞIQ DİLİ



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə26/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   22   23   24   25   26   27   28   29   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

MÜASİR AZƏRBAYCAN DANIŞIQ DİLİ 
VƏ ONUN XÜSUSİYYƏTLƏRİ
§11. Ədəbi dilə aid olmayan ünsiyyət formalarının cə-
mi danışıq dili adlanır. Danışıq dilinə, eyni zamanda, qey-
ri-ədəbi dil də deyilir.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
46
Danışıq dilinin də ictimai həyatda xüsusi rolu vardır. 
Belə ki, bu dil xalqımızın, əsasən, ədəbi dili bilməyən və 
yaxud az bilən təbəqəsinə xidmət edir. Danışıq dilinin rolu 
bununla məhdudlaşmır. Şifahi ünsiyyət zamanı danışıq 
dilindən savadlı adamlar da istifadə edirlər.
Danışıq dilinin özünəməxsus bir sıra xüsusiyyətləri var-
dır ki, həmin xüsusiyyətlər onu ədəbi dildən fərqləndirir:
1) danışıq dili xalqın mədəni tələblərini ödəmir, la-
kin ədəbi dil bütün mədəni tələblərin ödənilməsinə 
kömək edir;
2) danışıq dilinin yazılı forması yoxdur. Ədəbi dil isə 
yazı ənənələri ilə sıx bağlıdır;
3) ədəbi dilin bütün milli dil vasitələri hamı üçün eyni-
dir. Lakin danışıq dilinə aid bəzi dialekt sözləri, for-
maları isə cəmiyyətin ancaq məhdud bir hissəsinə 
məxsusdur;
4) danışıq dili ədəbi dilə nisbətən çox mühafizəkardır. 
Burada dilin arxaikləşmiş ünsürləri mühafizə olunub 
uzun zaman saxlanıla bilir;
5) ədəbi dil müəyyən normalara əsaslandığı halda, da-
nışıq dili qeyri-normativdir. Buna görə də danışıq dili 
fonetik və orfoepik, leksik və frazeoloji, morfoloji və 
sintaktik əlamətlərinə əsasən ədəbi dildən fərqlənir. 
Bunu aşağıdakı müqayisələrdə aydın görmək olur:
Fonetik cəhətdən
Ədəbi dildə: 
 
 
Danışıq dilində:
stəkan 
 
 
 
istəkan
orada 
 
 
 
orda
rəf
 
 
 
irəf və s.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
47
Orfoepik cəhətdən
professor
 
 
prafessor
uçdu 
 
 
 
uşdu
sünbül 
 
 
 
sümbül
kitab 
 
 
 
kitaf və s.
Leksik cəhətdən
tez
 
 
 
becid
xiyar 
 
 
 
yelpənək

 
 
 
peyğəmbəri
qarğıdalı
 
 
qaraqundey

 
 
 
şormacabuğda

 
 
 
kəbə

 
 
 
məhrəba (Qazax)
dəsmal 
 
 
 
təlis (Lənkəran)

 
 
 
əlaran (Füzuli)
Qrammatik cəhətdən
Almaram
 
 
almanam (Şamaxı)
Alır 
 
 
 
alatdı (Quba)
Danışıq dilinin qrammatik xüsusiyyətləri öz sərbəstli-
yi ilə ədəbi dildən az-çox fərqlənir. Bu fərqlər sözlərin sıra-
sında, cümlələrin quruluşunda və s. özünü göstərir.
Ədəbi dilin şifahi forması ilə danışıq dili bir-birinə 
çox yaxındır. Buna görə də ədəbi dilin şifahi formasına aid 
normaları təyin etmək, dəqiq müəyyənləşdirmək çox za-
man çətin olur. Bu çətinlik şifahi ədəbi dillə danışıq dilinin 
bir-birinə çox yaxın və həm də hər ikisinin hərəki olmasın-
dan irəli gəlir.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
48
Danışıq dili ilə ədəbi dil arasındakı fərqlər get-gedə 
aradan qalxır və bunlar bir-birinə qovuşur. Şübhəsiz ki, 
müəyyən vaxtdan sonra bu fərqlər tamamilə silinəcəkdir.
Azərbaycan danışıq dili öz xarakterinə görə vahid de-
yil dir. Bu cəhətdən danışıq dilini tərkibinə görə iki qola 
ayırmaq olar: a) adi danışıq, b) dialekt və şivələr. Adi danı-
şığı hamı başa düşür. Lakin dialekt və şivəyə aid ünsürlər 
hamı tərəfindən eyni şəkildə anlaşılmır.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə