6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN FONETİKASI



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə29/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   25   26   27   28   29   30   31   32   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN FONETİKASI
FONETİKA HAQQINDA
§14. Fonetikanın obyekti səslərdir. Lakin səs çox geniş 
məfhumdur. Səs dedikdə, buraya təbiət səsləri: göyün gu-
rultusu, suyun şırıltısı, küləyin vıyıltısı və s.; heyvan səslə-
ri: mələmək, böyürmək, hürmək, ulamaq və s.; quş səsləri: 
civildəmək, qaqqıldamaq, qığıldamaq, banlamaq və s.; əş-
yaların bir-birinə sürtünmə və toxunması nəticəsində ya-
ranan səslər: tappıltı, şıqqıltı, tıqqıltı, uğultu, çaqqıltı və s.; 
insan səsləri... daxildir. Bütün bu səslər arasında yaxın və 
oxşar cəhətlər vardır. Mövcud olan hər bir səs rəqslənmə 
və dalğalarla efirə yayılır, eşitmə vasitəsilə (qulaqla) dərk 
edilir. İnsan qulağı bütün səsləri deyil, rəqslənmə miqdarı 
saniyədə 16 olan alçaq səsi və saniyədə miqdarı 20000 olan 
uca səsi eşidə bilir.
Kainatdakı səslər əmələgəlmə yerlərinə, yaranma 
üsul larına və mahiyyətlərinə görə bir-birindən fərqlənir. 
Tə biətdəki səslər son dərəcə müxtəlif və rəngarəngdir.
Ümumiyyətlə, “səs” məfhumu ilə bağlı olan hadisə 
fizikanın akustika bəhsində öyrənilir. Akustikaya görə, səs 
maddənin titrəməsidir.
Fizikada səsin üç əlaməti, yəni alçaq və ucazəif və 
qüvvətliqısa və uzun olması müəyyənləşdirilmişdir.
II. FONETİKA


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
53
İnsanın yaratdığı danışıq səsləri digər səslərdən fərq-
li olaraq ictimai mahiyyət daşıyır. Buna görə də hər bir 
şəxs müəyyən bir fikri ifadə etmək üçün müxtəlif səsləri 
tələffüz etməli olur. Nitqdə işlənən bu və ya başqa səsin 
özünəməxsus yaranma qaydası, fərqli xüsusiyyətləri var-
dır. Eyni zamanda, bunlar müxtəlif dövrlərdə dəyişir və 
inkişaf edir.
Dilçiliyin dildəki səslərin yaranması, inkişafı və digər 
cəhətlərini öyrənən şöbəsinə fonetika

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə