6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə31/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   27   28   29   30   31   32   33   34   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

Xüsusi fonetika. Bu və ya digər bir dilin fonetik tərki-
bini tədqiq edən şöbəyə xüsusi fonetika deyilir. Xüsusi fo-
netika konkret bir dil üzərində yarandığı üçün həmin dilin 
adı ilə adlanır. Məsələn, Azərbaycan dilinin fonetikası, rus 
dilinin fonetikası, ingilis dilinin fonetikası, gürcü dilinin 
fonetikası və s.
FONETİKANIN NÖVLƏRİ
§17. Dilin səs sistemi müxtəlif cəhətdən və müxtə-
lif məqsədlərlə bağlı olaraq öyrənilir. Tədqiqatın məqsədi 
bəzən dilin hazırkı vəziyyətini aşkar etməkdən, bəzən isə 
tarixi faktları müəyyənləşdirməkdən və sairdən ibarət olur. 
Buna əsasən fonetikanın üç növü əmələ gəlmişdir. 1) tarixi 
fonetika, 2) müqayisəli fonetika, 3) təsviri fonetika.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
55
1. Tarixi fonetika. Dilin fonetik tərkibini tarixilik 
möv qe yindən tədqiq edən fonetikaya tarixi fonetika deyi-
lir. Bu fonetikanın tədqiqat obyekti yazılı abidələrdir. Bu-
rada bu və ya başqa fonetik hadisə təhlil olunarkən dilin 
müasir səs sistemindən istifadə olunur. Buna görə də tarixi 
fonetikada müasir dilin səsləri də öyrənilir.
Tarixi fonetikada hər hansı bir hadisənin təhlilində
əsasən, müqayisəli-tarixi metoddan istifadə olunur.
2. Müqayisəli fonetika. Bir dilin, yaxud müxtəlif dil-
lərin səs sistemini müqayisəli şəkildə öyrənən fonetikaya 
müqayisəli fonetika deyilir. Müqayisəli fonetikada müqa-
yisə üsulundan istifadə olunur.
Fonetikanın bu növündə həm qohum, həm də qohum 
olmayan dillərdən birinin və ya bir neçəsinin səs sistemi 
müqayisə edilə bilir. Qohum dillərin, yaxud bir dilin ədə-
bi və danışıq qollarının səs sisteminin müqayisə olunması 
elmi məqsəd daşıyır. Lakin qohum olmayan dillərin səs sis-
teminin müqayisəsi, əsasən, praktiki əhəmiyyətə malikdir. 
Məsələn, Azərbaycan və rus dillərinin səslərinin müqayisə 
edilməsi tədrislə əlaqədar olub, hər iki dilin yaxşı mənim-
sənilməsinə kömək edir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə