6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə39/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   35   36   37   38   39   40   41   42   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

2. Bronxlar. Bronxlar nəfəs borusunun aşağı hissəsin-
də yerləşir. Nəfəs borusunun ağciyərə birləşən hissəsi sağ 
sol budaqlara bölünür ki, bunlara bronx deyilir.
Bronxlar ağciyərlərə daxil olduğu yerdən başlayaraq 
çoxlu budaqlara – bronxiollara ayrılır və bunlar müxtəlif 
istiqamətdə yayılaraq udulmuş havanı ciyərdə bölüşdü-
rür. Bronxların ağciyərdə şaxələnməsi qol-budaqlı nəhəng 
ağacı xatırladır. Bu oxşarlığı nəzərə alıb mütəxəssislər onu 
bronx ağacı adlandırırlar.
Səsin yaranmasında əsas bronxların rolu ağciyərdən 
gələn havanın nəfəs borusuna keçməsinə imkan yaratma-
sından ibarətdir. Belə ki, ağciyərlər sıxılarkən hava axını 
bronxiollardan bronxlara daxil olur və oradan nəfəs boru-
suna keçir.
3. Nəfəs borusu. Nəfəs borusu bronxların birləşdiyi 
yerdən qırtlağaqədərki hissəni təşkil edir. Bu qida borusu 
ilə həmsərhəd olub onun ön tərəfində yerləşir. Nəfəs bo-
rusu üzüyəbənzər qığırdaqlar sistemindən ibarətdir. Eyni 
zamanda, bu boru elastiki xassəyə malikdir.
Nəfəs borusu danışıq zamanı ağciyərdən gələn hava-
nın qırtlağa çatmasına imkan yaradır. Buna görə bronxlar 
kimi, nəfəs borusu da hava axını yolu adlanır.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
66
Demək, tənəffüs üzvlərinin əsas vəzifəsi istənilən sə-
sin əmələ gətirilməsi üçün lazımi qədər hava axını yarat-
maqdan ibarətdir.
II hissə – bu hissəni səsi törədən üzvlər təşkil edir. 
Bunlara fonasiya orqanları da deyilir. Ağciyərlərdən gələn 
hava axını ilk dəfə bu üzvlərdə maneəyə rast gəlir və səs 
yaranır. Fonasiya orqanlarına iki üzv – qırtlaq və səs telləri 
daxildir.
1. Qırtlaq (xirtdək). Qırtlaq nəfəs borusunun yuxarı 
hissəsində yerləşir. Bu, qısa boru formasında olub, bir sıra 
əzələ və qığırdaqlardan ibarətdir. Səsin əmələ gəlməsində 
aşağıdakı qığırdaqlar xüsusi rola malikdir. Bunlardan biri 
üzükvarı qığırdaqdır. Digəri isə qalxanvarı qığırdaqdır ki, 
üzükvarının üstündə yerləşir. Həmin qığırdağın arxasında 
isə çalovvarı iki qığırdaq vardır. Qırtlaqda mövcud olan 
əzələlərin bir qrupu – xarici əzələlər qırtlağı başqa üzvlərə 
birləşdirir. Lakin digər əzələlər – daxili əzələlər isə hava 
keçidini idarə edir. Belə ki, bunların bir neçəsi hava keçi-
dinin daralmasına, bəzisi isə genişlənməsinə kömək edir.
İnsanın nitq tənəffüsü prosesində hava axını qırtlaq-
dan keçərək mütləq səs tellərinin müqavimətinə rast gəlir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə