6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə40/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   36   37   38   39   40   41   42   43   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

2. Səs telləri. Hava axınının səsə çevrilməsində baş-
lıca rol oynayan səs telləri qırtlaq borusunun içərisində 
sağdan və soldan üfüqi vəziyyətdə yerləşir. Bunlar səsin 
ilk mənbəyi olub, quruluşlarına görə əzələvarı dodağa ox-
şayır. Səs telləri müxtəlifdir. Qalın və uzun səs telləri pəs
nazik səs telləri isə zil səs törədir.
Səs telləri elastiki və hərəki xüsusiyyətə malikdir. Qı-
ğırdaqların hərəkəti əsasında səs telləri müxtəlif vəziyyət 
ala bilir; belə ki, bir-birinə az və ya çox dərəcədə yaxınlaşır, 
yaxud kipləşir və sair.
Adi tənəffüs zamanı səs telləri bir-birindən aralı olur. 
Belə vəziyyətdə çalovvarı qığırdaqlar yan tərəflərə çevrilir 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
67
və hava axını səs-küysüz süzülüb xaricə çıxır. Adətən, bəzi 
tədqiqatçılar adi tənəffüs zamanı səs tellərinin düşdüyü 
vəziyyəti yanları bərabər olan üçbucaq adlandırırlar. Pıçıl-
tı zamanı səs telləri bütün boyu uzunu gərginləşmir. Buna 
görə də arxa hissədə kiçik boş yer (səs keçidi) qalır ki, hava 
axını oradan bayıra çıxır. Belə halda səs telləri titrəmir, la-
kin onların bir-birinə yaxınlaşması nəticəsində küy əmələ 
gəlir. Bu küy insan qulağı ilə pıçıltı kimi qəbul edilir.
Yuxarıdakı bu iki vəziyyətdən tamamilə fərqli olaraq, 
danışıq zamanı çalovvarı qığırdaqlar daxili istiqamətə çev-
rilir, səs telləri bir-birinə möhkəm kipləşərək qığırdaqdan 
keçəcək hava axınının qarşısını kəsir. Bu zaman ağciyərlə-
rin fəaliyyəti nəticəsində hava axını səs tellərinə təsir edir, 
onu aralayıb xaricə çıxmalı olur. Bunun əsasında səs tel-
ləri titrəyir, hava rəqslənir, səs əmələ gəlir. Lakin bu hələ 
bizim nitqimizdə eşidilən rəngarəng səslər deyildir. Belə 
ki, burada yaranan səs nitq üçün formalaşmamış, bəsit və 
zəif səsdir. Həmin bəsit səs ancaq digər danışıq üzvlərinin 
ixtiyarına keçdikdən sonra formalaşır və müxtəlif nitq səs-
lərinə çevrilir.
Səs telləri vasitəsilə yaranan səslər səs keçidindən sü-
zülüb udlaq boşluğuna daxil olur.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə