6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə48/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   44   45   46   47   48   49   50   51   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

Dilönü saitlər. Dilin orta hissəsinin ön damağa doğru 
qalxması nəticəsində yaranan saitlərə dilönü saitlər de-
yilir. Dilönü saitlərin tələffüzündə ağız dilin vasitəsilə iki 
qeyri-bərabər hissəyə bölünür; kiçik hissə öndə, böyük his-
sə isə arxada qalır. Səsin xaricə çıxma yolu dar olur. Buna 
görə də səs incələşir
1
.
Müasir Azərbaycan dilindəki dilönü saitlər bunlardır: 
e, ə, i, ö, ü. Qeyd etmək lazımdır ki, e əslində dilortası səs-
dir. Lakin bu səs dilönü səslərə daha yaxındır, buna görə 
də tədrislə əlaqədar olaraq məktəb fonetikasında dilönü 
saitlər cərgəsində verilir.
Dilönü saitlərə eyni zamanda incə saitlər də deyilir.
Dilarxası saitlər. Dilin arxa damağa doğru qalxması 
nəticəsində yaranan saitlərə dilarxası saitlər deyilir. Dil-
arxası saitlərin tələffüzündə də ağız dilin vasitəsilə iki 
qeyri-bərabər hissəyə bölünür; lakin bu dəfə böyük hissə 
öndə, kiçik hissə isə arxada qalır. Səsin xaricə çıxma yolu 
gen olur. Buna görə də səs qalınlaşır
2
.
1
Ə.Dəmirçizadə. “Müasir Azərbaycan dilinin fonetikası”. 1960, səh.38.
2
Yenə orada, səh.39.
Şəkil 6. (i) səsinin 
tələffüzündə dilin vəziyyəti
Şəkil 7. (u) səsinin 
tələffüzündə dilin vəziyyəti


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
79
II. DODAQLARIN VƏZİYYƏTİNƏ GÖRƏ 
SAİTLƏRİN BÖLGÜSÜ
§33. Müxtəlif saitlərin 
əmələ gəlməsində dodaq-
lar da iştirak edir. Belə ki, 
bəzi saitlər dodaqların irəli 
uzanıb dairəvi şəkil alması 
ilə formalaşır. Bəzi saitlərin 
tələffüzündə isə dodaqlar
demək olar ki, neytral və-
ziyyətdə qalır. Buna əsasən 
saitlər dodaqların iştirakı 
və vəziyyətinə görə iki yerə 
bölünür:
1) dodaqlanan saitlər,
2) dodaqlanmayan saitlər.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə