6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


DANIŞIQ SƏSİ VƏ FONEM ANLAYIŞI



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə45/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   41   42   43   44   45   46   47   48   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

DANIŞIQ SƏSİ VƏ FONEM ANLAYIŞI
§26. Hər bir dildə çoxlu səs olur. Azərbaycan dilində 
də bizim adi halda təsəvvür etdiyimizdən artıq miqdarda 
səslər vardır. “Lakin bu səslərin hamısı nitq üçün – dil üçün 
bərabər dərəcədə qiymətli deyildir”.
1
Məsələn, dilimizdəki 
qol, toqqa, maraq sözlərindəki [q] səslərinin tələffüzünə fikir 
versək, aydın olur ki, burada dörd [q] səsi vardır. Ancaq bu 
səslərin hamısı eyni keyfiyyətə malik deyildir. Belə ki, bun-
lar zəiflik və qüvvətlilik etibarı ilə bir-birindən fərqlidir.
Dildəki səslərin bu cəhətini nəzərə alaraq onları iki 
tipə bölmək olur: sözü fərqləndirən səslər, sözü fərqlən-
dirməyən səslər.
Sözü fərqləndirən səslər. Dildə sözü fərqləndirən 
səslər fonem adlanır. Fonem nitqin əsas və qüvvətli səslə-
ridir. Buna görə də dildəki hər bir leksik vahid real səslər 
olan fonemlərdən ibarətdir.
1
Ə.Dəmirçizadə. “Müasir Azərbaycan dilinin fonetikası”. 1960, səh.33.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
75
Fonemlər bir-birindən akustik cəhətdən fərqlənir. Mə-
sə lən, sel sözünün birinci səsinin yerində növbə ilə [y], [b], [t
səslərini işlətsək, həmin sözün mənasının dəyişdiyini və başqa 
mənalı yel, bel, tel sözlərinin əmələ gəldiyini görərik. Buradan 
belə bir nəticə çıxarmaq olmaz ki, fonemlərin ayrıca mənası 
vardır. Əksinə, heç bir fonemin ayrılıqda mənası yoxdur. Bun-
lar ayrı-ayrı sözlərin mənasında xüsusi rol oynayır. Əgər hər 
fonemin ayrıca mənası olsa idi, o zaman bir fonem bircə sözdə 
iştirak edə bilərdi. Lakin dildə bunun əksini görürük.
Dilçilikdə fonemlərin əmələgəlmə xüsusiyyətləri və di-
gər məsələləri ilə fonologiya məşğul olur. Fonologiya dil-
çiliyin bir şöbəsi olan fonetikanın tərkib hissəsinə daxildir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə