6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə47/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   43   44   45   46   47   48   49   50   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN 
SƏS (FONEMLƏR) SİSTEMİ
§29. Müasir Azərbaycan ədəbi dilində, əsasən, 33 fo-
nem vardır. Bu fonemlər azərbaycanca fikrin ifadəsini ta-
mamilə təmin edir.
Dilimizdəki fonemlər kəmiyyət və keyfiyyətcə bir-bi-
rindən fərqlənir. Buna görə də, bir sıra başqa dillərdə ol-
duğu kimi, Azərbaycan dilinin də fonemləri əmələgəlmə 
və səslənmə fərqlərinə görə iki yerə bölünür: a) saitlər
b) samitlər.
Dilçilikdə saitlər sistemi vokalizm, samitlər sistemi 
isə konsonantizm adlanır.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
77
MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN 
SAİT SƏSLƏRİ
§30. Tələffüz zamanı səs axınının heç bir, yaxud da ciddi 
maneəyə rast gəlməməsi əsasında yaranan səslərə sait səslər 
deyilir. Məsələn, alt çənənin aşağı düşərək hava axınının sər-
bəst şəkildə meydana çıxması əsasında [a] səsi yaranır və s.
Müasir Azərbaycan ədəbi dilində doqquz sait səs var-
dır: a, ı, o, u, e, ə, i, ö, ü.
SAİT SƏSLƏRİN BÖLGÜSÜ
BÖLGÜNÜN PRİNSİPLƏRİ
§31. Dildəki saitlərdən hər birinin özünəməxsus əmə-
lə gəlmə qaydası və tələffüz formaları vardır. Buna görə də 
ayrı-ayrı saitlərin yaranmasında danışıq üzvləri bir-birinin 
eyni olmayan müxtəlif vəziyyətlər alır.
Müasir Azərbaycan ədəbi dilindəki saitlər onların 
əmələ gəlməsində iştirak edən üzvlərin – dilin, dodaqların 
və alt çənənin vəziyyətinə görə üç yerə bölünür
1
.
I. DİLİN VƏZİYYƏTİNƏ GÖRƏ SAİTLƏRİN
BÖLGÜSÜ
§32. Saitlərin tələffüzündə dil irəli və geri istiqamət-
də hərəkət edərək müxtəlif vəziyyətlər alır. Həmçinin dil 
yuxarıya doğru da qalxır. Bütün bunlarla əlaqədar olaraq 
müxtəlif keyfiyyətli saitlər yaranır.
Dilin hərəkətinin istiqamətinə (onun irəli və geri hə rə-
kəti, yuxarı qalxaraq düşdüyü vəziyyətlərə) görə saitlər iki 
yerə bölünür: 1) dilönü saitlər, 2) dilarxası saitlər.
1
Sait səslərin digər cəhətdən də bölgüsü vardır. Məsələn, təkavaz (monoftonq) və cütavazlı-
lığa (diftonq) görə, saitlərin uzun, adi və qısalığına görə və s.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
78

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə