6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


SAİT SƏSLƏRİN XARAKTERİSTİKASI



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə50/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   46   47   48   49   50   51   52   53   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

SAİT SƏSLƏRİN XARAKTERİSTİKASI
§35. Dilimizdəki saitlər yuxarıdakı cəhətlərə və sözdə 
işlənmə yerinə görə aşağıdakı şəkildə xarakterizə olunur:
1. a saiti – dilarxası, dodaqlanmayan, açıq səsdir. Bu 
səs sözün əvvəlində, ortasında və sonunda işlənir; məsələn: 
[a]rmud, q[a]r, səhr[a] və s.
2. ı saiti – dilarxası, dodaqlanmayan, qapalı səsdir. [ı] 
səsi yalnız sözün ortasında və sonunda işlənir; məsələn: 
q[ı]ş, qarp[ı]z, yaxş[ı] və s.
3. o saiti – dilarxası, dodaqlanan, açıq səsdir. Bu səs 
sö zün əvvəlində, ortasında və axırında işlənir; məsələn:
[o]caq, d[o]n, radi[o] və s.
Açıq səslər
Qapalı səslər
Saitlər
a, e, ə, o, ö
ı, i, u, ü
Şəkil 9. [a] səsinin tələffü-
zündə alt çənənin vəziyyəti
Şəkil 10. [ı] səsinin tələffü-
zündə alt çənənin vəziyyəti


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
82
[o] səsi daha çox sözün birinci hecasında işlənir. Bəzi 
müstəsna halları (xüsusən başqa dildən keçmiş -ov şəkilçi-
sinin Əhmədov, Səmədov və s.) nəzərə almasaq, demək olar 
ki, bu səs şəkilçinin tərkibində iştirak etmir.
Saitlər və onların bölgüsü
Dilin
vəziyyətinə
görə
Qalın
a, ı, o, u
Dodaqlanan
o, u, ö, ü,
Açıq
a, e, ə, o, ö
İncə
e, ə, i, ö, ü
Dodaqlanmay
an
a, e, ə, ı, i
Qapalı
u, ü, ı, i
Dodaqların 
vəziyyətinə
görə
Alt çənə 
vəziyyətinə
görə
4. u saiti – dilarxası, dodaqlanan, qapalı səsdir. Bu səs 
sözün əvvəlində, ortasında və sonunda işlənir; məsələn: 
[u]şaq, yağm[u]r, ord[u] və s.
5. ə saiti – dilönü, dodaqlanmayan açıq səsdir. Bu səs 
sözün əvvəlində, ortasında və sonunda işlənir; məsələn: 
[ə]rik, çör[ə]k, güll[ə] və s.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
83
6. i saiti – dilönü, dodaqlanmayan qapalı səsdir. Bu səs 
sözün əvvəlində, ortasında və sonunda işlənir; məsələn: [i]
pək, ək[i]n, gəm[i] və s.
7. ö saiti – dilönü, dodaqlanan açıq səsdir. Bu səs yal-
nız sözün əvvəlində, ortasında işlənir; məsələn: [ö]zgə, 
k[ö]rpü və s.
[ö] səsi ən çox sözün birinci hecasında işlənir. Sözün 
ikinci hecasında isə müstəsna hallarda (bütöv, kösöv və s.) 
gələ bilir. Buna görə də ədəbi dildə [ö] səsi şəkilçinin tərki-
bində işlənmir.
8. ü saiti – dilönü, dodaqlanan, qapalı səsdir. Bu səs 
sözün əvvəlində, ortasında və sonunda işlənir; məsələn: 
[ü]rək, s[ü]zmə, bölg[ü] və s.
9. e saiti – dilönü, dodaqlanmayan, açıq səsdir. Prof. 
Ə.Dəmirçizadə bu səsin dilortası, yarımqapalı olduğunu 
göstərmişdir. Tədrislə əlaqədar olaraq burada [e] səsi dil-
önü və açıq saitlər cərgəsində verilir. [e] səsi sözün əvvə-
lində, ortasında və sonunda işlənir; məsələn: [e]niş, m[e]şə, 
tir[e] və s.
Azərbaycan ədəbi dilində – daha doğrusu, yazılı dildə 
[e] səsi şəkilçi tərkibində işlənmir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə