6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə52/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   48   49   50   51   52   53   54   55   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

z, ş, j, c, ç, l, n, r.
b) Dilortası samitlər. Dilin 
orta hissəsinm yuxarı qalxması 
nəticəsində yaranan samitlərə 
dilortası samitlər deyilir. Dili-
mizdə üç dilortası samit vardır: 
k, g, y.
c) Dilarxası samitlər. Di-
lin arxa hissəsinin arxa damağa 
doğru qalxması əsa sında əmələ 
gələn samitlə rə dilarxası samit-
lər deyilir. Di limizdə dörd di-
larxası samiti var q, ğ, x, k′.
2) Dodaq samitləri. Dodaqların fəal iştirakı ilə yara-
nan samitlər dodaq samitləri adlanır. Dodaq samitlərinin 
bəziləri ancaq hər iki dodaqların, bəziləri isə yalnız alt do-
dağın və dişlərin vasitəsilə yaranır.
Şəkil 13. [k'] səsinin tələf-
füzündə dilin vəziyyəti
Şəkil 14. [p] səsinin tələffüzün-
də dodaqların vəziyyəti
Şəkil 15. [v] səsinin tələffüzün-
də diş və dodaqların vəziyyəti


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
86
Bu cəhətdən dodaq samitləri iki yerə bölünür: a) qoşa-
dodaq samitləri, b) dodaq-diş samitləri.
a) Qoşadodaq samitləri. Dodaqların kipləşib hava axınının 
qarşısını kəsməsi və birdən açılması nəticəsində qoşadodaq sa-
mitləri əmələ gəlir. Dilimizdə üç qoşadodaq samiti var: m, p, b.
b) Dodaq-diş samitləri. Alt dodağın üst ön dişlərə 
toxunması nəticəsində dodaq-diş samitləri əmələ gəlir. 
Dilimizdə yalnız [v], [f] dodaq-diş samitidir.
3) Boğaz samiti. Dil dibinin boğaza doğru dartılması 
nəticəsində əmələ gələn səs boğaz səsi adlanır. Dilimizdə 
yalnız bir boğaz samiti vardır: h.
Əmələgəlmə yerinə görə
samitlərin bölgüsünü göstərən cədvəl
Samit səslər
Dil samitləri
dilönü
samitlər
dilortası
dilarxası
t
d
s
z
ç
c
ş
j
l
n
r
y
k
g
q
ğ
x
k'
qoşadodaq
dodaq-diş
samiti
p
b
m
f
Dodaq samitləri
Boğaz samiti
h


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
87

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə