6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


SAMİT SƏSLƏRİN XARAKTERİSTİKASI



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə55/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   51   52   53   54   55   56   57   58   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

SAMİT SƏSLƏRİN XARAKTERİSTİKASI
§42. Samitləri onların yuxarıda verilmiş təsnifinə və 
sözdə işlənmə yerinə görə aşağıdakı şəkildə xarakterizə et-
mək lazımdır.
1. b samiti – qoşadodaq, partlayan, cingiltili, saf səsdir. 
Bu səs sözün əvvəlində, ortasında və sonunda işlənir; 
məsələn: [b]uğda, ço[b]an, hesa[b] və s.
2. p samiti – qoşadodaq, partlayan, kar, saf səsdir. [p] 
səsi sözün hər yerində işlənir; məsələn: [p]olad, kör[p]
ü, to[p] və s.
3. v samiti – dodaq-diş, sürtünən, cingiltili, saf səsdir. Bu 
səs sözün hər yerində işlənir; məsələn: [v]ətən, sa[v]ad, 
alo[v] və s.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
90
4. f samiti – dodaq-diş, sürtünən, kar, saf səsdir, f sami-
ti sözün hər yerində işlənir; məsələn: [f]əhlə, tu[f]an, 
şərə[f] və s.
5. d samiti – dilönü, partlayan, cingiltili, saf səsdir; sözün hər 
yerində işlənir; məsələn: [d]əmir, a[d]am, mər[d] və s.
6. t samiti – dilönü, partlayan, kar, saf səsdir; Sözün hər 
yerində işlənir; məsələn: [t]arla, dəf[t]ər, xidmə[t] və s.
7. g samiti – dilortası, partlayan, cingiltili, saf səsdir; sö-
zün hər yerində işlənir; məsələn: [g]öyərçin, süz[g]əc, 
tüfən[g] və s. [g] səsi ən çox sözün əvvəlində gələ bilir. 
Bu səs sözün ortasında və sonunda olduqca az işlənir. 
[g] səsi sözün sonunda gəldikdə ondan qabaq mütləq 
(n) səsi (qəşən[g], nəhən[g] və s.) işlənməli olur.
8. k samiti – dilortası, partlayan, kar, saf səsdir, [k] 
səsi sözün əvvəlində, ortasında və sonunda işlənir
məsələn: [k]ələm, fi[k]ir, böyü[k] və s.
9. c samiti – dilönü, cingiltili, qovuşuq səsdir; sözün hər 
yerində işlənir; məsələn: [c]avan, qo[c]a, çəki[c] və s.
10. ç samiti – dilönü, kar, qovuşuq səsdir; sözün hər ye-
rində işlənir; məsələn: [ç]inar, qo[ç]aq, kö[ç] və s.
11. z samiti – dilönü, sürtünən, cingiltili, saf səsdir, sö-
zün hər yerində işlənir; məsələn: [z]aman, a[z]ad, 

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə