6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə37/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   33   34   35   36   37   38   39   40   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

görmə, eşitmə... mərkəzləri yerləşdiyi kimi, ayrıca nitq 
mərkəzi də vardır. Nitqi idarə mərkəzi beynin sol yarım-
kürəsinin müəyyən hissəsindədir. Bu mərkəz zədələnib 
fəaliyyətdən düşəndə insan nitq səslərini tələffüz etmək 
vərdişini unudur və danışa bilmir. Alimlər sübut edirlər 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
63
ki, belə hallarda insanın danışıq üzvlərinin hamısı adi qay-
dada olur. İnsan bu üzvləri müxtəlif formada hərəkət et-
dirir. Deyək ki, dodaqlarını bir-birinə kipləşdirir, dili ön 
dişlərinin arxasına toxundurur, irəli uzadır, geri çəkir və 
sair. Lakin bu, yaxud başqa üzvlərlə heç bir danışıq səsini 
tələffüz edə bilmir.
Bu və ya digər səsin yaranması üçün beyin mərkə-
zindən digər danışıq üzvlərinə siqnallar gəlir. Bu siqnal-
lar vasitəsilə nitq cihazının bütün üzvləri arasında əlaqə 
yaradılır və hər bir üzv müəyyən vəzifə yerinə yetirməli 
olur. Məsələn, tənəffüs orqanlarına gələn siqnallar tələf-
füz olunacaq səsin tələbinə müvafiq hava axınının taraz-
laşdırılmasına, artikulyasiya üzvlərinə yönələn siqnallar 
isə həmin səsin formalaşmasına xidmət edir. Deməli, hər 
bir səs ancaq beyin mərkəzinin verdiyi siqnal əsasında 
əmələ gəlir. Buna görə də danışıq səsini əmələ gətirməkdə 
beyin-əsəb sistemi idarəedici, qalan orqanlar isə icraedici 
üzvlərdir. İcraçı üzvlər 3 hissə bölünür. Bu hissələrin və 
bunlara daxil olan orqanların hər biri səsin yaranmasında 
müəyyən vəzifə yerinə yetirir.
I hissə – bu hissəni bir qrup tənəffüs (nəfəs) orqanı 
təşkil edir. Məlumdur ki, səsin materiyası hava axınıdır. 
Buna görə də hava axını səsin yaranması üçün çox zəru-
ridir. Bu hava axını tənəffüs orqanı vasitəsilə əmələ gəlir. 
Tənəffüs orqanına ağciyərlər, bronxlar və nəfəs borusu 
(traxeya) daxildir.
1

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə