6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


AZƏRBAYCAN ƏDƏBİ DİLİ İLƏ DANIŞIQ



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə28/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   24   25   26   27   28   29   30   31   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

AZƏRBAYCAN ƏDƏBİ DİLİ İLƏ DANIŞIQ
DİLİNİN ƏLAQƏSİ
§13. Ədəbi dil ilə danışıq dili arasında möhkəm əlaqə 
vardır. Danışıq dili ədəbi dil üçün əsas mənbədir. O, ədəbi 
dilin hərtərəfli inkişafına yardım edir. Eyni zamanda, ədə-
bi dil də, öz növbəsində, danışıq dilinə təsir göstərir, onu 
inkişaf etdirir.
Ədəbi dilin zənginləşməsində danışıq dilinin rolu.
Danışıq dili ədəbi dilin, əsasən, lüğət tərkibinin zəngin-
ləşməsində xüsusi rol oynayır. Bu mənbədən sözlər, bir növ, 
süzgəcdən keçirilərək götürülür; belə ki, hər bir söz cilalanır 
və normalara uyğunlaşdırılıb ədəbi formaya salınır.
Ədəbi dilə hər sözü gətirmək olmur. Onun xəzinəsinə 
başlıca olaraq hamıya məlum olan, hamının düzgün başa 
düşə biləcəyi dil vasitələri yol tapa bilir. Elə buna görədir 
ki, görkəmli dramaturq Cəfər Cabbarlı demişdir: “Bəzi 
yoldaşlar aydın ədəbi dil yaratmaq əvəzinə digər bir ifrata 
varırlar. Onlar ədəbi dilimizə hər cür məhəlçilik ünsürləri 
daxil etmək istəyirlər. Aydındır ki, bu da ərəbçilik və arxa-
izm kimi zərərli bir meyildir”.
Danışıq dilinin inkişafında ədəbi dilin rolu. Danışıq 
di li ədəbi dilin, əsasən, leksik cəhətdən zənginləşməsinə 
xid mət etdiyi halda, ədəbi dil danışıq dilinə hər cəhətdən, 
yə ni fonetik, leksik və qrammatik cəhətdən təsir edir və 
onu inkişaf etdirir.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
51
Ədəbi dil danışıq dilinə yeni-yeni sözlər, terminlər
ifadələr və qrammatik formalar verir. Ədəbi dilin danışıq 
dilinə olan təsiri kitablar, qəzetlər, məktəblər, kino və te-
atrlar vasitəsilə getdikcə güclənir. Bütün bunlar isə onun 
ümumədəbi dilə çevrilməsinə kömək edir.
Hazırkı dövrdə ədəbi dil ilə danışıq dilinin səciyyə-
vi cəhətlərini müəyyən etmək, fərqləri aşkara çıxarmaq və 
bunların əlaqələrini dəqiq aydınlaşdırmaq dilçiliyimizin 
qarşısında duran çox mühüm məsələlərdəndir.


52

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə