M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
51
Ədəbi dil danışıq
dilinə yeni-yeni sözlər,
terminlər,
ifadələr və qrammatik formalar verir. Ədəbi dilin danışıq
dilinə olan təsiri kitablar, qəzetlər, məktəblər, kino və te-
atrlar vasitəsilə getdikcə güclənir. Bütün bunlar isə onun
ümumədəbi dilə çevrilməsinə kömək edir.
Hazırkı dövrdə ədəbi dil ilə danışıq dilinin səciyyə-
vi cəhətlərini müəyyən etmək, fərqləri aşkara çıxarmaq və
bunların əlaqələrini dəqiq aydınlaşdırmaq dilçiliyimizin
qarşısında duran çox mühüm məsələlərdəndir.