6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə24/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   20   21   22   23   24   25   26   27   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

Molla Pənah Vaqif yeni bir dövr açmışdır. Vaqifin bu sa-
hə dəki fəaliyyəti aşağıdakı cəhətlərdən özünü göstərir.
1. M.P.Vaqif özündən əvvəlki dil ənənələrini, xüsusən 
Füzuli irsini davam etdirmişdir.
2. Dilin xəlqiliyini əsas tutaraq, dilimizdəki ərəb və fars 
sözlərinə qarşı mübarizə aparmış, öz əsərlərində xalis 
Azərbaycan sözlərinə daha çox yer vermiş və yazılı 
ədəbi dilimizin şifahi dilə daha da yaxınlaşmasına nail 
olmuşdur. Elə buna görədir ki, şairin yazdığı şeirlərin 
əksəriyyətinin dili tamamilə aydın və sadədir. Bunla-


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
42
rı oxuduqda canlı Azərbaycan dilinin ruhu, ahəng və 
gözəlliyi çox aydın şəkildə hiss olunur.
3. Vaqif qoşma üslubunun formalaşmasında və inkişa-
fında xüsusi rol oynamışdır. Onun qələminin qüdrəti 
sahəsində XVIII əsrdə qoşma üslubu bədii üslublar 
sisteminin zirvəsinə ucalmışdır.
Bu dövrdə Vaqiflə bərabər, Molla Vəli Vidadinin də 
ədəbi dilimizin inkişafında rolu az olmamışdır.
XIX əsr Azərbaycan ədəbi dilinin sabitləşməsi döv-
rüdür. Bu dövr öz xüsusiyyətləri ilə digər əsrlərdən əsaslı 
surətdə fərqlənir. Belə ki, həmin dövrdə kapitalizmin inki-
şafı, Azərbaycanın digər ölkə və xalqlarla mədəni əlaqələ-
rinin yaranması və s. dilimizin inkişafına da müsbət təsir 
göstərmiş; Azərbaycan ümumxalq dili inkişaf edərək, milli 
ədəbi dilə çevrilmişdir.
XIX əsrdə Azərbaycan ədəbi dilinin sabitləşməsi və 
inkişaf etməsində Mirzə Fətəli Axundovu xüsusi olaraq 
qeyd etmək lazımdır. M.F.Axundov bütün fəaliyyəti boyu 
Azərbaycan dilinin milli müstəqilliyini qorumuş və onun 
inkişafı uğrunda ciddi mübarizə aparmışdır. Dil sahəsin-
də M.F.Axundovun fəaliyyəti çoxcəhətlidir. O, dilin elə 
bir sahəsi, elə bir mühüm məsələsi yoxdur ki, ondan bəhs 
etməmiş olsun; belə ki, ədəbi dilin xəlqiliyini qorumaq-
da, ərəb əlifbasının dəyişdirilməsi sahəsində, orfoqrafiya 
məsələlərinin qaydaya salınmasında, ədəbi dilin termin-
lərlə zənginləşdirilməsində M.F.Axundovun çox böyük və 
xüsusi xidmətləri olmuşdur; o, ilk dəfə olaraq ədəbi dildə 
dram üslubunun əsasını qoymuşdur.
M.F.Axundov, hər şeydən əvvəl, ədəbi dilin xalqa 
daha yaxın olmasına, ondan hamının asanlıqla istifadə edə 
bilməsinə xüsusi fikir verirdi. O, dili həqiqi xəlqiləşdir-
mə yə çalışırdı. Bu məqsədlə o, ədəbi dil haqqında bir sıra 
nəzəri fikirlər irəli sürmüş və həmin fikirlərini öz yaradı-


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
43
cılıq fəaliyyətində əməli surətdə həyata keçirməyə nail ol-
muşdur. Onun komediyalarının dili bunu aydın surətdə 
sübut edir. Ədəbi dilimizin xəlqiliyi, sadəliyi, saflığı uğ-
runda M.F.Axundovun apardığı mübarizəni onun xələflə-
ri olan N.B.Vəzirov, H.B.Zərdabi kimi maarifçilər davam 
etdirmişlər.
Məlumdur ki, ədəbi dilin lüğət tərkibinin, üslubları-
nın inkişafında, orfoqrafik və digər ədəbi normalarının sə-
lisləşməsində, sabitləşməsində mətbuat xüsusi rol oynayır. 
Bu cəhətdən ədəbi dilimizin inkişafında 1875-ci ildə nəşrə 
başlayan “Əkinçi” qəzetinin böyük rolu olmuşdur. Həmin 
qəzet vasitəsilə müxtəlif sahələrə dair bir sıra yeni-yeni ter-
minlər ədəbi dilimizə daxil olmuş və onun lüğət tərkibini 
daha da zənginləşdirmişdir. “Əkinçi” qəzetində müxtəlif 
üslublarda dərc edilən məqalələr ədəbi dilimizin, eyni za-
manda, üslublarının inkişafına da təsir göstərmişdir. Bü-
tün bu məsələlərdə qəzetin redaktoru Həsən bəy Zərdabi-
nin
Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə