6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


AZƏRBAYCAN DİLİNİN DİALEKT



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə27/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   23   24   25   26   27   28   29   30   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

AZƏRBAYCAN DİLİNİN DİALEKT
VƏ ŞİVƏLƏRİ HAQQINDA MÜXTƏSƏR
MƏLUMAT
§12. Ədəbi dildən fərqli olaraq, ayrı-ayrı yerlərdə 
(ərazidə) yaşayanların danışığında xüsusi cəhətlər olur. 
Bu, yəni müəyyən bir yerin, yaxud rayonun fərqli danışığı 
başqalarından seçilir.
Ədəbi dildən və bir-birindən fərqlənən bu və ya başqa 
ərazinin yerli danışığı dialekt adlanır. Hər bir dildə bir neçə 
dialekt ola bilir. Dialekt fərqləri dilin həm fonetik sistemin-
də, həm lüğət tərkibində, həm də qrammatik quruluşunda 
özünü göstərir. Dialektlər öz mahiyyətinə görə iki cür olur: 
a) yerli dialektlər, b) “sinfi” dialektlər və ya jarqonlar.
Yerli dialektlərin öz əsas lüğəti və qrammatik qurulu-
şu olur. Buna görə də bir yerli dialekt inkişaf edib müəy-
yən şəraitdə müstəqil dilə çevrilə bilir. Lakin “sinfi” dia-
lektlər – jarqonlar bu xüsusiyyətə malik deyildir. Jarqonlar 
daha çox yalançı modalar kimi əmələ gəlir. Bunların əməli 
əhəmiyyəti yoxdur və buna görə də xalqa xidmət etmir.
Yerli dialektlərin yaranması və inkişafı feodalizmdə 
qüvvətli olur. Dialektlər məhz bu dövrdə müstəqil dillərə 
çevrilə bilir. Buna əlverişli şərait yaradan amil ayrı-ayrı fe-


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
49
odallıqlar arasında ictimai, siyasi, iqtisadi münasibətlərin 
zəif olması, möhkəm sərhəd yaradılmasıdır.
Kapitalizmdə isə dialektlər ümumi dil içərisində 
əriməyə başlayır. Bu və ya digər dialekt müstəqil dil kimi 
inkişaf edə bilmir; çünki həmin dövrdə milli dillər yaranır, 
milli dil yarandıqda isə dialektlər bilavasitə ədəbi dildən 
asılı olur.
Cəmiyyətin yüksək pilləsində dialektlərin ərimə pro-
sesi daha da sürətlənir. Burada xalqın mədəni və iqtisadi 
inkişafı ilə əlaqədar olaraq, ədəbi dil yerli dialektlərə güclü 
təsir göstərir. Nəticədə dialekt xüsusiyyətləri tədricən aza-
lır və sıradan çıxır.
Dilin dialekt və şivələrinin öyrənilməsinin böyük 
nəzəri və əməli əhəmiyyəti vardır. Dialekt və şivələrin öy-
rənilməsi bu və ya digər dilin tarixini tədqiq etmək üçün 
qiymətli material verir. Eyni zamanda, dialekt sözləri va-
sitəsilə ədəbi dilin lüğət tərkibi zənginləşdirilir.
Azərbaycan dilinin dialekt və şivələrinin geniş və elmi 
şəkildə öyrənilməsinə XX əsrdə başlanılmışdır. Həmin əsr-
də dialektologiya məsələlərinə dair bir sıra elmi əsərlər 
yaradılmışdır. M.Şirəliyev coğrafi ərazi prinsipi üzrə Azər-
baycan dilinin dialekt və şivələrini 4 qrupa bölmüşdü:
1) Azərbaycan dilinin şərq qrupu dialekt və şivələri. Bu-
raya Quba, Bakı, Şamaxı dialektləri və Muğan, Lənkə-
ran şivələri daxildir.
2) Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. 
Buraya Qazax, Qarabağ, Gəncə dialektləri və ayrım şi-
vəsi aiddir.
3) Azərbaycan dilinin şimal qrupu dialekt və şivələri. 
Buraya Nuxa dialekti və Zaqatala-Qax şivəsi daxildir.
4) Azərbaycan dilinin cənub qrupu dialekt və şivələri. 
Buraya Naxçıvan, Ordubad, Təbriz dialektləri və Yere-
van şivəsi daxildir.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
50
Azərbaycan dilinin bu dialekt və şivələri arasında bö-
yük uçurum yoxdur. Bunlar bir-birindən yalnız bir sıra 
fo netik, leksik və qrammatik xüsusiyyətlərinə görə az-çox 
fərqlənir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə