6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə32/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   28   29   30   31   32   33   34   35   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

3. Təsviri fonetika. Dilin səs sisteminin müasir inki-
şaf vəziyyətini öyrənən fonetikaya təsviri fonetika deyilir. 
Burada ancaq müasir dilin materialları öyrənilir.
Fonetikanın bu növünün özü də iki cür olur: a) aka-
demik (nəzəri) təsviri fonetika, b) normatik təsviri foneti-
ka. Akademik təsviri fonetikada dilin müasir səs sistemi 
bütün dərinliyi ilə əhatə olunur. Hər bir hadisə elmi as-
pektdə geniş şərh edilir. Lakin normatik təsviri fonetikada 
hər şeydən deyil, müəyyən norma dairəsində ən mühüm 
fonetik məsələlərdən bəhs edilir.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
56
FONETİKANIN TƏDQİQAT ÜSULLARI
§18. Müasir dilin fonetik sisteminin tədqiqində bir 
sıra üsullardan istifadə olunur: a) müşahidə üsulu, b) təc-
rübi üsul.
a) Müşahidə üsulu. Fonemin necə səslənməsini sub-
yektin özünü bilavasitə müşahidə etməsi nəticəsində təd-
qiqat aparmasına müşahidə üsulu deyilir. Bu üsul, eyni 
zamanda, subyektiv üsul da adlanır. Belə iş aparılarkən 
heç bir vasitədən istifadə olunmur; şəxs eşitmək və hiss et-
məklə bu və ya digər hadisəni şərh edir.
Dildəki səslər ayrılıqda deyil, sözlər tərkibində tələf-
füz olunur. Belə bir vəziyyətdə bəzən müəyyən səs bu və 
ya digər səsə keçir. Bu incəliyi isə insan qulağı hər zaman 
tuta bilmir. Buna görə də subyektiv üsul bir o qədər də 
etibarlı deyildir.
b) Təcrübi üsul. Danışıq səslərinin müxtəlif cihazlar-
la, aparatlarla tədqiq olunmasına təcrübi üsul deyilir
1
. Bu, 
eyni zamanda, obyektiv üsul da adlanır.
Təcrübi üsul XIX əsrin ikinci yarısında meydana çıx-
mışdır. Bu üsulun yaranmasının xüsusi tarixi vardır. Təd-
qiqatçılar əvvəllər səsləri müəyyənləşdirmək üçün güzgü, 
şam və sair kimi ibtidai vasitələrdən istifadə etmişlər. Bun-
lardan sonra get-gedə cihazlardan istifadə etməyə başla-
nılmışdır. Hal-hazırda isə çox mürəkkəb aparatlardan is-
tifadə olunur. Burada kimoqram, rentgenoqram və pala-
toqramlara geniş yer verilərək bütün səs incəlikləri aydın 
tədqiq edilir.
Dilin səs sisteminin öyrənilməsində təcrübi üsul ol-
duqca əhəmiyyətlidir. Bu üsul danışıq səslərinin dəqiq öl-
çülməsinə və düzgün xarakterizə edilməsinə imkan verir. 
1
Dilçilikdə bəzən təcrübi üsul təcrübi (eksperimental) fonetika adlandırılır.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
57
Eksperimental üsulla səslərin və səs hadisələrinin bütün 
əlamətləri ayırd edilir. Təcrübi üsul sayəsində fonetika 
elmi əsasda yüksək inkişaf səviyyəsinə qalxa bilmişdir.
Azərbaycan dilçiliyində son zamanlar təcrübi fonetik 
tədqiqata xüsusi əhəmiyyət verilir. Dilimizin səs sistemi 
bu üsulla əsaslı surətdə öyrənilir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə