6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə61/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   57   58   59   60   61   62   63   64   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

SƏSARTIMI
§50. Azərbaycan dilinin təbiətinə görə sözdə iki sait, 
yaxud eyni hecada iki və daha artıq samit yanaşı işlənmir. 
Buna görə də, əsasən, sonu saitlə bitən sözlərə saitlə başla-
nan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit 
artırılır ki, buna da səsartımı deyilir.
Azərbaycan ədəbi dilində sözlərə artırılan samitlər 
bunlardır: y, s, n.
y samitinin artırılması: a) saitlə bitən isimlərə yön-
lük hal şəkilçisi bitişdiriləndə: ana+y+a, əmi+y+ə, xala+y+a, 
 bibi+y+ə və s.; b) saitlə bitən feillərə saitlə başlayan şəkil-
çilər artırılanda: işlə+y+ir, başla+y+ır, de+y+ər və s.; c) su, 
sözlərinə saitlə başlayan hal şəkilçiləri bitişdiriləndə: 
nə+y+ə, nə+y+i, nə+y+in, su+y+a, su+y+u, su+y+un və s.
s samitinin artırılması: saitlə bitən sözə III şəxs təkin 
mənsubiyyət şəkilçisi artırılanda iki sait arasında s əlavə 
olunur: onun bacı+s+ı, evin pəncərə+s+i, həyətin qapı+s+ı və s.
n samitinin artırılması: a) saitlə bitən sözlərə təsirlik 
və yiyəlik hal şəkilçiləri birləşəndə: dərə+n+i, də-rə+n+in, 
qala+n+ı, qala+n+ın, bala+n+ı, bala+n+ın, oxucu+n+u, oxu-
cu+n+un və s.; b) III şəxs mənsubiyyət şəkilçisi qəbul etmiş 
sözlərə yiyəlik, yönlük və təsirlik hal şəkilçiləri bitişdirilən-
də: onun əmisi+n+in, onun əmi+si+n+ə, onun əmisi+n+i və s.; 
s) o, bu əvəzliklərinə hər cür şəkilçi bitişdirildikdə: o+n+un, 
o+n+a, o+n+u, o+n+da, o+n+dan, o+n+suz, o+n+lu, bu+n+un, 
bu+n+a, bu+n+u, bu+n+da, bu+n+lar, bu+n+lu, bu+n+suz və s.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
99
§51. Ədəbi dildə ancaq samitlərin artırılmasına tə-
sadüf edildiyi halda, danışıq dilində sözlərə saitlərin də 
artırılması geniş yayılmışdır. Ümumiyyətlə, dialekt və şi-
vələrdə sözün əvvəlinə səs artırılmasına (proteza hadisə-
sinə) alınma sözlərdə daha çox təsadüf edilir. Bu, əsasən, 
aşağıdakı hallarda özünü göstərir:
1) r səsi ilə başlanan sözlərdə; məsələn:
Rza – İrza,
rayon – irayon,
rəndə – irəndə,
rast – irast,
Reyhan – İreyhan və s.
2) Qoşa kar samitlə başlanan sözlərdə; məsələn:
şkaf – işkaf
stəkan – istəkan,
stol – ustol,
spirt – ispirt və s.
3) Söz başında biri və ya hər ikisi cingiltili samit gələn 
alınma sözlərdə:
klub – kulub,
briqadir – birqadir,
qrip – qirip və s.
4) Söz sonunda qoşa samitin biri r səsi olan sözlərdə:
cəbr – cəbir,
sədr – sədir,
sentyabr – sentyabır və s.
Ümumiyyətlə, alınma sözlərin dilimizə uyğunlaş-
dırılmasında səsartımı hadisəsinin də xüsusi rolu vardır. 
Belə ki, dilimizdəki bir qrup sözlər, o cümlədən şəhər, fikir
isim kimi söz qrupları mənbə dildə, şəhr, fikr, ism formasın-


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
100
da olduğu halda, bizim dildə işlənərkən onlara ə və i saiti 
artırılmış və beləliklə də həmin sözlər Azərbaycan dilinin 
fonetik tələblərinə uyğunlaşdırılmışdır.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə