M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
15
Yarımden ayrilali
Yarımdan ayrılalı
Her günüm yildir benim.
Hər günüm ildir mənim.
* * *
Ar
ol da bala gel,
Arı ol da, bala gəl,
Bülbül olup dala gel,
Bülbül olub dala
1
gəl,
Beni baştan çıkardın,
Məni başdan çıxardın,
Sen
de biraz yola gel.
Sən də bir az yola gəl.
Nümunədən göründüyü kimi, türk və Azərbaycan
sözlərində fərqlər, əsasən, fonetik cəhətdəndir. Məna və
məzmun hər iki dildə eyni səviyyədə başa düşülür.
AZƏRBAYCAN DİLİNİN TARİXİNƏ DAİR
§4. Hər bir dilin tarixi həmin dildə danışan xalqın ta-
rixi ilə sıx bağlı olur. Azərbaycan dilinin tarixi də xalqımı-
zın tarixi ilə əlaqədar olaraq onun kimi çox qədimdir.
Azərbaycan dili hazırkı inkişaf səviyyəsinə birdən-birə çat-
mamışdır. Bu, bir sıra əsrlərin məhsuludur. İlk dövrlərdə başqa
dillər kimi, Azərbaycan dilinin də lüğət tərkibi kasıb, qrammatik
quruluşu isə bəsit olmuşdur. Lakin xalqımız tarixən inkişaf et-
dikcə
dilimizin səs sistemi tədricən səlisləşmiş, lüğət tərkibi
zənginləşmiş və qrammatik quruluşu təkmilləşmişdir.
Tarixdə
humanist, sülhsevər, mehriban və xeyirxah
xalq kimi məşhur olan, uzun əsrlər boyu həm onu əhatə
edən qonşularla, həm də
bütün digər xalqlarla dostluq,
qardaşlıq münasibətlərində yaşayan Azərbaycan xalqı ta-
rixin müxtəlif dövrlərində bir sıra işğalçılarla üz-üzə gəl-
mişdir. VII əsrdən başlayaraq Azərbaycana ərəb işğalçıları,
1
Dal sözü
budaq deməkdir. Azərbaycan şivələrində də bu sözə rast gəlmək olur.
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
16
sonralar isə fars, monqol və başqaları basqın etmişlər. Bu
yadellilərin məqsədi xalqımızı və eləcə də onun dilini tarix
meydanından çıxarmaq idi.
Lakin Azərbaycan xalqı bütün tarix boyu bu mənfur
işğalçılarla amansız mübarizə apararaq öz varlığını qoru-
duğu kimi, doğma dilini də mühafizə edib saxlamışdır.
İşğalçıların arzu və əməllərinin əksinə olaraq, Azər-
baycan dilində sənət əsərləri yaradılır və dilimiz yavaş-ya-
vaş ədəbi zə min əsasında formalaşıb inkişaf edirdi. Yadel-
lilərin təqibinə bax mayaraq, XIII əsrdə Həsənoğlu, XIV
əsr də Nəsimi və başqa sə
nət karlarımız Azərbaycan dilində
gözəl əsərlər yazıb-yaratmışlar.
Həmin dövrlərdə (assimilyasiya dövründə) Azərbay-
can dili nəinki öz müstəqilliyini qoruyub saxlamış, eyni
zamanda “...öz həyatilik
və sabitliyini sübut etmiş, hətta
öz növbəsində ərəb və xüsusilə fars dilinə də təsir göstər-
mişdir)
1
.Bu təsir sonralar təkcə həmin dillərə deyil, başqa
bir sıra dillərə də olmuşdur.
Bütün tarix boyu öz orijinallığını mühafizə edib saxlayan
Azərbaycan dili get-gedə inkişaf edərək XIX əsrdə milli dilə
çevrilmişdir. Bu dövrdə Azərbaycan dilinin müstəqilliyinə
qarşı olan mübarizə daha da kəskinləşmişdir. Lakin dövrün
qabaqcıl adamları və bütün xalq dilin milli varlığını qorumağa
başlamışdır. Həmin dövrdə böyük mütəfəkkir M.F.Axundov
dilimizin çox qadir və poetik vüsətə malik bir dil olduğunu
həm nəzəri, həm də əməli olaraq sübut etməyə çalışmışdır.
XIX əsrin sonu, XX əsrin əvvəllərində burjua millət-
çiləri Azərbaycan dilinin varlığını inkar etməyə cəhd et-
mişlər. Onlar yaratdıqları mətbuat (“Füyuzat”)
vasitəsilə
Azərbaycan dilini qədir-qiymətdən salmağa, onu mey-
1
Pənahi Makulu. Azərbaycan sözləri fars dilində. Nizami adına Ədəbiyyat və Dil İnstitutu-
nun əsərləri, VI, 1954, səh. 171.
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
17
dandan çıxarmağa can atmışlar. Belə bir dövrdə Azərbay-
canın
görkəmli maarifpərvərləri, inqilabçı demokratları
mübarizəyə qalxmışlar. XX əsrin böyük sənətkarlarından
C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev və baş-
qaları dilimizin milli orijinallığı uğrunda ciddi mübarizə
aparmış və bu məsələdə xalqa düzgün istiqamət vermişlər.
Azərbaycan dilinə qarşı aparılan mürtəce xarakterli mü-
ba rizələr, əsasən, XX əsrin 20-ci illərinə qədər davam etmişdir.
Həmin illərdən sonra xalqımız, dilimiz haqqında olan
mürtəce uydurmaların ləğv edilməsi, dilimizin çiçəklənmə-
si, sürətlə inkişafetmə mərhələsi başlandı. Bütün sahələrdə
olduğu kimi, dil sahəsində də inkişaf üçün geniş imkanlar
yarandı. Azərbaycan dilinin lüğət tərkibi, qrammatik quru-
luşu, üslubları, bəlkə də, min ilə bərabər bir inkişaf yolu keç-
di. Hazırda dilimiz öz inkişafını daha sürətlə davam etdirir.
Dostları ilə paylaş: