8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə36/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

kimyəvi nəzəriyyəsinin tamamilə əsassız olduğunu sübut
edərək, elektrofiziologiyanın ən zəruri məsələlərindən birinin
həllinə nail olub. 
Əldə etdiyi bu nailiyyətlərə görə 1932‑ci ildə Moskva və
Leninqrad (indiki Sankt‑Peterburq) şəhərlərinə birillik eza ‑
miyyətlə təltif olunub. Abdulla Qarayev Leninqradda ezamiy ‑
yət də olarkən o, İvan Petrovic Pavlovun laboratoriyalarında
çalışıb və şəx sən onunla görüşüb. Bu laboratoriyalarda az
müddət işləməsinə baxmayaraq, müəyyən dəyərli eksperi ‑
mentlər aparıb. 1935‑ci ildə ikinci dəfə akademik İvan Petrovic
Pavlovun fizioloji la bo ratoriyalarında olub.
1940‑cı ildə Marksizm‑Leninizm Axşam Universitetini
bitirib.
156
Abdulla Qarayev
Leninqradda
ezamiyyətdə olarkən o,
İvan Petrovic Pavlovun
laboratoriyalarında
çalışıb və şəx sən
onunla görüşüb
Argentinada fizioloqların 
XXI Beynəlxalq konqresi 
(1959)
Akademik V.N.Çerniqovski və
akademik Abdulla Qarayev
Azərbaycanın gənc fizioloqları
arasında (1960)


Onun müstəsna təşkilatçılıq qabiliyyəti Azərbaycan
Dövlət Universitetində (ADU) müxtəlif vəzifələrdə işlədiyi
zaman özünü daha çox büruzə verib. 1941–1942‑ci illərdə
ADU‑nun biologiya fakültəsinin dekanı olub və onun təşəb ‑
büsü ilə fakültənin Elmi Şurasına biologiyanın müxtəlif sahə ‑
ləri, eləcə də insan və heyvan fiziologiyası üzrə disserta siya ‑
ları müdafiəyə qəbul etmək hüququ verilib.
Fiziologiya sahəsində ilk azərbaycanlı professor olan
Abdulla Qarayev 1942‑ci ildə müsabiqə yolu ilə Azərbaycan
Döv lət Tibb İnstitutunun normal fiziologiya kafedrasında ikin ‑
ci professor, Azərbaycan Dövlət Universitetində isə insan və
heyvan fiziologiyası kafedrasının müdiri vəzifələrində çalışıb.
1942–1944‑cü illərdə Azərbaycan Dövlət Universitetinin
elmi hissə üzrə prorektoru, 1944‑cü ilin sentyabrından 1950‑ci
ilin oktyabrına qədər isə rektoru vəzifələrində işləyib. Xüsu si ‑
lə qeyd etmək lazımdır ki, onun universitetdəki fəaliyyəti döv ‑
rün də bütün elm sahələri ahəngdar inkişaf edib, yeni ka fedra ‑
lar və fakültələr açılıb, yüksəkixtisaslı kadrlar hazırlamaq üçün
ge niş imkanlar yaradılıb. Universitetin fərqlənən, iste dadlı
mütəxəssisləri elmi araşdırmalar aparmaq üçün keçmiş İttifaq
respublikalarına göndərilib. 
Böyük Vətən müharibəsi illərində Abdulla Qarayev Naf ‑
talan neftinin yanıq və yaraların sağalmasına təsirini hey vanlar
üzərində sınaqdan keçirib, bu nadir neftin yarasağaldıcı və ağrı ‑
kəsici maddə kimi tibdə istifadə edilməsini təklif edib. Sonrakı
dövrlərdə aparılmış təcrübələrlə bu dəyərli təklif bir daha sübuta
yetirilib, rəngsizləşdirilmiş Naftalan neftinin, həm çinin bir sıra
dəri xəstəliklərinə də effektiv təsir göstərdiyi dəqiqləşdirilib.
Fizioloqların, biokimyaçıların və farmakoloqların VII
(1947) və VIII (1948) Ümumittifaq qurultaylarında iştirak edib,
157
Abdulla Qarayev 
Naf talan neftinin yanıq
və yaraların sağalmasına
təsirini hey vanlar
üzərində sınaqdan
keçirib, bu nadir neftin
yarasağaldıcı və ağrıkəsici
maddə kimi tibdə istifadə
edilməsini 
təklif edib
«Kotiko‑visseral əlaqələrin
mexanizmləri» problemi üzrə
Bakıda keçirilmiş elmi
konfransın iştirakçıları (1960)
Şəkildə (soldan):
1. İ.T.Kursin – professor, 2. A.İ. Bulıgin
– akademik, 3. N.Q.Kolosov –
professor, 4. F.Əfəndiyev – professor, 
5. A.Mirzəzadə – Azərbaycan SSR
səhiyyə nazirinin müavini, 
6. V.N.Çerniqovski – akademik, 
7. A.Qarayev – akademik, 8. T.Paşayev
– professor, 9. Y.Məmmədəliyev –
akademik, Azərbaycan EA‑nın
prezidenti, 10. M.Topçubaşov –
akademik, Azərbaycan EA‑nın vitse‑
prezidenti, 11. D.Hüseynov – professor


onun dərin məzmunlu çıxışları böyük maraqla qarşılanıb. Or ‑
qa nizmin toxuma və hüceyrələrinin karbohidratlarla təchiz
olunmasında qanın formalı elementləri (qan hüceyrələri) və
qlikogenin əhəmiyyətinə həsr olunmuş çıxışları bu sahədə yeni
elmi nəzəriyyənin formalaşmasına təkan verib.
Bütün bu illər ərzində elmi axtarışlarını özünün pedaqoji
fəaliyyəti ilə məharətlə əlaqələndirib. Həmin dövrdə Azərbay ‑
can dilində olan dərsliklərə böyük ehtiyac duyulduğunu nəzə ‑
rə alan Abdulla Qarayev yeni dərsliklərin hazırlanması kimi
son dərəcə məsuliyyətli işlə məşğul olmağa da vaxt tapıb. 
O, «Sinir və əzələ fiziologiyası» (1932), «Tənəffüsün fiziologi ‑
ya sı» (1934), «Həzm və sorulmanın fiziologiyası» (1940), «En ‑
do kri nologiya» (1945), «Analizatorların fiziologiyası» (1952) və
158
Azərbay can dilində olan
dərsliklərə böyük
ehtiyac duyulduğunu
nəzə rə alan Abdulla
Qarayev yeni
dərsliklərin hazırlanması
kimi son dərəcə
məsuliyyətli işlə məşğul
olmağa da vaxt tapıb
Akademik Abdulla Qarayev
Zaqafqaziya fizioloqları,
biokimyaçıları və
farmakoloqlarının qurultayının
iştirakçıları arasında (1962)
Hollandiyanın Leyden
şəhərində fizioloqların XXII
Beynəlxalq  konqresi (1962)
Şəkildə (soldan): 1. İ.A. Bulıgin –
professor, 3. A.N.Narikaşvili, 
4. A.Qarayev – akademik 


«Mər kəzi sinir sisteminin fiziologiyası» (1952) adlı dərslikləri
ərsəyə gətirməklə bu sahədə milli kadrların hazırlanmasına
böyük töhfə verib, Azərbaycanın ali məktəb tələbələrinin vahid
mən bə əsasında elmi biliklərə yiyələnməsinə imkan yaradıb,
fizio loji terminlərin istifadə edilməsindəki lüzumsuz dola ‑
şıqlığa son qoyub.
Gənc professor bunlarla kifayətlənməyib, axtarışla rı nın
əhatə dairəsini genişləndirərək elmi kadr ların hazırlanmasına
da böyük qüvvə sərf edib. Fiziologiya elminin inkişafındakı
xidmətlərinə görə 1943‑cü ildə «Əməkdar elm xadimi» fəxri
adına layiq görülüb, 1949‑cu ildə Azərbaycan Elmlər Akademi ‑
ya sının həqiqi üzvü seçilib.
1952‑ci ilin mayından 1956‑cı ilin iyuluna qədər Azərbay ‑
can Elmlər Akademiyası biologiya və kənd təsərrüfatı elmləri
şöbəsinin akademik‑katibi vəzifəsində çalışıb. Sonrakı dövrlər ‑
də biologiya elmləri şöbəsi akademik‑katibinin müavi ni kimi,
bu şöbənin nəzdində müvafiq ixtisaslar üzrə nami zəd lik və
159
Fiziologiya elminin
inkişafındakı xidmətlərinə
görə 1943‑cü ildə
«Əməkdar elm xadimi»
fəxri adına layiq görülüb,
1949‑cu ildə Azərbaycan
Elmlər  Akademi ya sının
həqiqi üzvü seçilib
Fizioloqların Vilnüsdə
keçirilmiş konfransının
Azərbaycandan olan
iştirakçıları arasında (1964)


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə