8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə32/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

dəfə, şagirdlərin sayı 2 dəfə artmışdı. 1966–1970‑ci illərdə bu
məktəblərdə 96,4 min ixtisaslı fəhlə hazırlanıb.
Təkcə 1970‑ci ildə Azərbaycanda fəaliyyət göstərən 76
tex ni ki peşə məktəbində 150 peşə üzrə 40,9 min şagird təhsil
alıb. Texniki peşə məktəblərində 594 kabinet, 100 laboratoriya,
285 tədris emalatxanası təşkil edilib. Həmin dövrdə kənd
texniki peşə məktəblərində 335 traktor, 93 taxılbiçən kombayn,
28 pam bıqyığan maşın, 430 ədəd müxtəlif kənd təsərrüfatı
maşını olub.
Həmin dövrdə Azərbaycanda texniki peşə məktəblərinin
tədris‑maddi bazasının ləng inkişaf etdiyi, ixtisaslı fəhlə kadr ‑
ları hazırlığının aşağı səviyyədə qurulduğu nəzərə alı naraq
(1971–1975‑ci illər) 54 yeni texniki peşə məktəbi, o cümlədən
Ağdaş, Astara, Balakən, Cəlilabad, Cəbra yıl, Yevlax, Beyləqan,
Zəngilan, Zərdab, Şərur, İmişli, İsmayıllı, Qubadlı, Laçın,
136
1970‑ci ildə
Azərbaycanda fəaliyyət
göstərən 76 texniki peşə
məktəbində 150 peşə
üzrə 40,9 min şagird
təhsil alıb
Azərbaycan Seçki
Komissiyasının iclasında
Şəkildə (soldan): 3. Murtuza Məmmədov
(Bülbül) – SSRİ xalq artisti, 
7. Tofiq Allahverdiyev – Texniki Peşə
Təhsili Komitəsinin sədri, 9. Süleyman
Rüstəm – xalq şairi və başqaları 
Xarici ölkə nümayəndələri
Azərbaycanın texniki 
peşə məktəbləri ilə tanış
olarkən (1970)


Sabirabad, Salyan, Tovuz, Ucar, Şəmkir, Şəki və Şuşada yeni
texniki peşə məktəbləri açılıb.
İxtisaslı fəhlələrin xarakterinin formalaşması və ideya‑
siyasi cəhətdən yetkinləşməsi üçün hərtərəfli iş aparılır, hər il
şagirdlərin peşə hazırlığı vəziyyətini müəyyənləşdirmək məq ‑
sə dilə müvafiq yarışlar keçirilirdi. Estetik, etik, vətən pərvərlik
tərbiyəsi baxımından faydalı olan rəngarəng tədbirlərin keçiril ‑
mə sini pedaqoji kollektivlər daim diqqət mərkəzində saxla ‑
yırdı. İxtisaslı fəhlə kadrlarının hazırlan masında qazanılmış
qabaqcıl təcrübənin öyrənilib ümumiləş dirilməsi və yayılma ‑
sın da, müəllimələrə və istehsalat  təlimi ustalarına yenilikləri
137
Estetik, etik, vətən ‑
pərvərlik tərbiyəsi
baxımından faydalı olan
rəngarəng tədbir lərin
keçiril məsini pedaqoji
kollektivlər daim diqqət
mərkəzin də  saxlayırdı
Keçmiş 74 nömrəli (indiki
12 nömrəli) texniki peşə
məktəbində xarici qonaqlarla
birlikdə (1970)
Tofiq Allahverdiyev
Azərbaycan Texniki Peşə 
Təhsili Komitəsinin 50 illik
yubiley mərasimində çıxış
edərkən (1973)


mənimsəməkdə, təlim‑tərbiyə prosesini daha da təkmilləş ‑
dirmək yollarını göstərməkdə komitənin orqanı olan «Gənc
fəhlə bülleteni» əhəmiyyətli rol oynayırdı.
Texniki peşə məktəbinin məzunlarından bir çoxu Sosia ‑
list Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, isteh ‑
salatda xariqələr yaratmış, SSRİ‑nin orden və medalları ilə
təltif olunmuşdular. Texniki peşə məktəblərinin onlarca müəl ‑
limi və istehsalat təlimi ustası «Əməkdar müəllim», «Əməkdar
usta» kimi adlara layiq görülüb.
Öz işinin bilicisi olan Tofiq Allahverdiyev Azərbaycan
müəllimlərinin VIII qurultayındakı (20 yanvar 1967‑ci il) çıxı ‑
138
Texniki Peşə Təhsili Komitəsinin
50 illiyi qeyd olunarkən (1973)
Şəkildə (soldan). Birinci sıra:
1. Tofiq Allahverdiyev – Texniki Peşə
Təhsili Komitəsinin sədri, 2. Süleyman
Rüstəm – xalq şairi, 3. Danil Quliyev – ali
orta ixtisas təhsili naziri, 4. Həsən
Seyidov – Azərbaycan KP MK‑nın katibi,
5. Sergey Kozlov – Azərbaycan KP MK‑
nın ikinci katibi, 6. Qurban Xəlilov –
Azərbayca SSR Ali Soveti Rəyasət
Heyətinin sədri. 7. Heydər Əliyev –
Azərbaycan KP MK‑nın birinci katibi,  
8. Əli Kərimov – Bakı Şəhər Partiya
Komitəsinin birinci katibi, 9. Əli İbrahi ‑
mov – Azərbaycan SSR Nazirlər
Sovetinin sədri və başqaları
Tədris İstehsalat 
Emalatxanasında (1974)
Şəkildə (soldan): 1. Aleksandr Bulqakov
– SSRİ Texniki Peşə Təhsili Komitəsinin
sədri, 3. Tofiq Allahverdiyev –
Azərbaycan Texniki Peşə Təhsili
Komitəsinin sədri və başqaları


şında peşə təhsili sahəsində müşahidə olunan nöqsanları
yığcam şəkildə təsvir və təhlil edib.
Tofiq Allahverdiyevin komitə sədri işlədiyi 1966–1982‑ci
illəri texniki peşə təhsili sisteminin yüksəliş dövrü kimi
səciyyələndirmək olar. 1982‑ci ilin əvvəllərində zəngin maddi‑
texniki bazaya malik 182 texniki peşə məktəbi fəaliyyət
göstərib.
Fəaliyyət göstərdiyi bütün sahələrdə bilik və bacarığını
əsirgəməyib, işinə yaradıcı münasibət göstərib. Onun çoxillik
əməyi «Şərəf nişanı» (1944), iki «Qırmızı Əmək Bayrağı» (1958,
1971), «İkinci dərəcəli Vətən müharibəsi» (1976), «Oktyabr
inqilabı» (1976) ordenlərinə, on bir medala layiq görülüb.
1982‑ci il oktyabrın 13‑də komitə sədri vəzifəsindən azad
olunub.
Tofiq Allahverdiyev 1982‑ci ildə dünyasını dəyişib.
* * *
Onu da qeyd edək ki, Tofiq Allahverdiyevin səhhətindəki
müəyyən problemlərlə bağlı tanınmış partiya işçisi Zülfüqar
Abdullayev bir il dörd ay Dövlət Texniki Peşə Təhsili Komitəsinin
sədri vəzifəsini icra edib.
139
1982‑ci ilin əvvəl lərində
zəngin maddi‑texniki
bazaya malik 182 texniki
peşə məktəbi fəaliyyət
göstərib


HEYDƏR İSA OĞLU 
İSAYEV
(1936–1999)


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə