8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə28/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

praktik konfransların təşkilində, məktəblərdə pedaqoji mühi ‑
tin yaxşılaşdırılmasında xüsusi fəallıq göstərib.
Elmira Qafarovanın təşəbbüsü ilə Estetik tərbiyə üzrə
Respub lika Tədris‑Metodik Mərkəzi yaradılıb. Bununla bağlı
nazirliyin işçiləri Zaqafqaziyanın mərkəzi şəhərlərinə dəfələrlə
ezamiyyəyə göndərilib və nəhayət, mərkəzin səmərəli fəaliy ‑
yəti təmin olunub.
Həmin dövrdə müəllimlərin təltif olunması mərasimləri
xüsusilə yaddaqalan olurdu. 1981‑ci ildə Azərbaycanda orden‑
112
Elmira Qafarova ilk qadın
kosmonavt Valentina
Tereşkova ilə görüşdə (1970)
Şəkildə (soldan): 1. Nəbi Xəzri – xalq
şairi, 3. Elmira Qafarova – Azərbaycan
Lenin Kommunist Gənclər İttifaqı
MK‑nın birinci katibi, 4. Valentina
Tereşkova – Sovet İttifaqı Qəhrəmanı
8 mart – Beynəlxalq Qadınlar
Günü münasibətilə keçirilən
bayram tədbiri (1970)
Şəkildə (soldan). Birinci sıra:
2. Səidə İmanzadə  – professor, 3. Qurban
Xəlilov – Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyətinin sədri, 5. Heydər Əliyev
– Azərbaycan KP MK‑nın birinci katibi, 
6. Elmira Qafarova – Azərbaycan Lenin
Kommunist Gənclər İttifaqı MK‑nın
birinci katibi, 7. Əli İbrahimov –
Azərbaycan SSR Nazirlər Sovetinin sədri,
8. Şamama Həsənova – Sosialist Əməyi
Qəhrəmanı, 9. Züleyxa Hüseynova – ali
və orta ixtisas təhsili naziri və başqaları


medallara layiq görülmüş 305 maarif işçisinin Siyasi‑Maarif
Evin də təltif olunması mərasiminə Heydər Əliyev də qatılıb və
onlara orden, medalları şəxsən özü təqdim edib. Təh  sil sahəsin ‑
də də milli kadrların irəli çəkilməsinə xüsusi önəm verən Hey ‑
dər Əliyevin təşəbbüsü ilə «SSRİ xalq müəllimi» fəx ri adı na
nami zədlər arasında azərbaycanlılara xüsusi yer verilirdi.
Orta məktəbi bitirənlərin qızıl, gümüş medalla təltif
edilməsi adi məsələlərdən biri olsa da, Elmira Qafarova bunu
113
Elmira Qafarova Azərbaycan SSR
KP MK‑nın birinci katibi Heydər
Əliyevin rəhbərliyi ilə keçirilən
təhsilə həsr olunmuş respublika
müşavirəsində (1981)
Şəkildə (soldan). Birinci sıra:
1. Qurban Xəlilov – Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin sədri, 2. Elmira
Qafarova – xalq maarifi naziri, 3. Heydər
Əliyev – Azərbaycan KP MK‑nın birinci
katibi, 4.Həsən Seyidov – Azərbaycan SSR
Nazirlər Sovetinin sədri, 5. Qurban Əliyev
– ali və orta ixtisas təhsili naziri, 6. Həsən
Abdullayev – Azərbaycan SSR Elmlər
Akademiyasının prezidenti.
İkinci sıra: 1. Vaqif Hüseynov – Bakı Şəhər
Partiya Komitəsinin katibi, 2. Həsən
Həsənov – Azərbaycan KP MK‑nın katibi, 
3. Cahangir Müslümzadə – Azərbaycan
LKGİ MK‑nın birinci katibi, 4. Zakir Bağırov
– mədəniyyət naziri və başqaları
Bakıdakı 23 nömrəli orta
məktəbdə görüş (1981)
Şəkildə (soldan). Birinci sıra:
1. Elmira Qafarova – xalq maarifi naziri, 
2. Vladimir Yaqotkin – SSRİ xalq maarifi
nazirinin müavini, 3.Valeriya
Kurdyumova – Bakı şəhər 23 nömrəli
məktəbin direktoru və başqaları


xeyli sərtləşdirib, bu işə nəzarəti gücləndirib. Eləcə də qəbul
olunmuş qərara əsasən uşaqlar valideynlərinin müəllim işlə ‑
diyi məktəblərdə təhsil ala bilməzdilər.
Müsbət haldır ki, Elmira Qafarovanın dövründə xarici
ölkələrlə təhsil sahəsindəki əlaqələr də xeyli canlandı. Xaricdə
işləməyə gedən azərbaycanlı gənclərin sayı artdı. Azərbaycana
Polşadan, Macarıstandan, Vyetnamdan, Bolqarıstandan, Fin ‑
lan  di ya dan və başqa ölkələrdən nümayəndələr səfər edirdi.
Elmira Qafarovanın incəsənət işçiləri ilə sıx əlaqəsi var
idi. Ən tanınmış mədəniyyət və incəsənət işçiləri nazirliyə tez‑
tez gəlirdilər.
114
Orta məktəbi bitirən ‑
lərin qızıl, gümüş
medalla təltif edilməsi
adi məsələlərdən biri
olsa da, Elmira
Qafarova bunu xeyli
sərtləşdirib, bu işə
nəzarəti gücləndirib
Xalq maarifi naziri Elmira
Qafarova gənc istedadların 
əl işlərindən ibarət sərginin
açılışında (1982)
Şəkildə (soldan). Birinci sıra:
1. Mürsəl Nəcəfov – xalq rəssamı, 
2. Elmira Qafarova – xalq maarifi naziri
və başqaları


O, qadınların rəhbər vəzifələrə irəli çəkilməsinə də
müsbət yanaşırdı. Həmin illərdə Sabirabad, Balakən, Yevlax,
Səbail, Nərimanov, Xaçmaz, Naftalan və başqa rayonlarda xalq
maarifi şöbələrinə qadınlar müdir təyin olunmuşdu.
1983‑cü ildə Azərbaycanın xarici işlər naziri təyin edilən
Elmira Qafarova 4 ilə yaxın bu vəzifədə çalışıb. 1987‑ci ildə
Azərbaycan Respublikası Nazirlər Sovetinin sədr müavini
vəzifəsinə təyin edilib.
SSRİ Ali Sovetinin və bir neçə çağırış Azərbaycan SSR Ali
Sovetinin deputatı olub.
Dağlıq Qarabağ hadisələrinin regionda ciddi ziddiyyətlər
doğurduğu bir zamanda Elmira Qafarova Azərbaycan
Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri seçilib. Bu
qurumun adı dəyişdiriləndən sonra isə 1991‑ci ilə qədər
Respublika Ali Sovetinin sədri vəzifəsində çalışıb.
Elmira Qafarova 1993‑cü ildə vəfat edib.  
115
1983‑cü ildə Azərbaycanın
xarici işlər naziri təyin
edilən Elmira Qafarova 
4 ilə yaxın bu vəzifədə
çalışıb
Xarici işlər naziri Elmira
Qafarova xarici qonaqları
qəbul edərkən (1984)


KAMRAN NƏBİ OĞLU 
RƏHİMOV
(1928–2007)


Kamran Nəbi oğlu Rəhimov 1928‑ci ildə Naxçıvan
Muxtar Respublikası Şərur rayonunun Qarabağlar kəndində
dünyaya göz açıb.
Qeyri‑adi qabiliyyəti, elmə, biliyə marağı sayəsində Nax ‑
çı van ikiillik Müəllimlər İnstitutunun tarix,  dil‑ədəbiyyat fa ‑
kültəsinə qəbul edilib. 1945‑ci ildə institutu fərqlənmə diplomu
ilə bitirib, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix
fa kültəsinə daxil olub,  ali təhsilini başa vurduqdan sonra uni ‑
versitetin yeni tarix kafedrasında baş müəllim kimi saxlanılıb.
1954‑cü ildə Kamran Rəhimov Partiya Tarixi İnstitu tunun
aspiranturasına qəbul olunub, Azərbaycan KP MK‑nın nəzəri‑
siyasi jurnalı olan «Azərbaycan kommunisti»nə şöbə müdiri
vəzifəsinə göndərilib. 1959–1962‑ci illərdə Baş redak torun
müavini, 1962‑ci ildən 1975‑ci ilə qədər Baş redaktor vəzi ‑
fəsində çalışıb.
Jurnalda işləyə‑işləyə elmi və müəllimlik fəaliyyətini
davam etdirib, universitetdə saathesabı mühazirələr oxuyub.
1958‑ci ildə namizədlik, 1966‑cı ildə Azərbaycan Dövlət Uni ‑
ver sitetinin böyük elmi şurasında,  1967‑ci ildə isə SSRİ Ali
Attestasiya Komissiyasının plenumunda doktorluq disserta ‑
siyası müdafiə edib.
Kamran Rəhimov bir sıra monoqrafiya, dərslik, çoxsaylı
elmi‑nəzəri və publisistik məqalələrin müəllifidir.
117
Kamran Nəbi oğlu
Rəhimov 1928‑ci ildə
Naxçıvan Muxtar
Respublikası Şərur
rayonunun Qarabağlar
kəndində dünyaya 
göz açıb
Xalq maarifi naziri
vəzifəsində çalışıb
(1983–1988)
Azərbaycan KP MK‑nın birinci
katibi Heydər Əliyev Naxçıvanda
yeni tikililərlə tanış 
olarkən (1978)


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə