8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə27/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

fərmanı ilə və müxtəlif medallarla təltif edilib, «Əməkdar elm
xadimi» fəxri adına layiq görülüb. Akademik xalq maarifinin
inkişafı sahəsindəki xidmətlərinə görə SSRİ PEA‑nın təsis
etdiyi medal ilə də təltif edilib.
Görkəmli alimin əsərləri Azərbaycan pedaqoji elminin
qiymətli incisi kimi bu gün də öz dəyərini qoruyub saxlayır. 
Akademik Mehdi Mehdizadə 1984‑cü ildə vəfat edib.
105
Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsinin
Baş katibi Leonid İliç Brejnev
Bakıya səfəri zamanı
Azərbaycan KP MK‑nın birinci
katibi Heydər Əliyevlə birgə
təhsil sərgisinə baxarkən (1978)
Şəkildə (soldan): 1. Heydər Əliyev –
Azərbaycan KP MK‑nın 
birinci katibi, 2. Leonid İliç Brejnev –
SSRİ Mərkəzi Komitəsinin Baş katibi, 
3. Mehdi Mehdizadə – xalq maarifi
naziri, 5. Sergey Kozlov – Azərbaycan
KP MK‑nın ikinci katibi və başqaları


RƏHİM KƏRƏM OĞLU 
RƏHİMOV
(1920–2009)


Rəhim Kərəm oğlu Rəhimov 1920‑ci ildə Naxçıvan MR
Şərur rayonunun Qıvraq kəndində anadan olub.
1941‑ci ildə Naxçıvan Müəllimlər İnstitutunun fizika‑
riyaziyyat şöbəsini bitirib. 1941–1942‑ci illərdə Naxçıvan MR‑in
Qarabağlar kənd orta məktəbində müəllim işləyib, hərbi xid ‑
mətini başa vurduqdan sonra isə Nehrəm kənd orta məktəbinə
direktor təyin olunub.
1944‑cü ildə Azərbaycan KP MK‑nın nəzdində birillik par ‑
tiya məktəbinə oxumağa göndərilib. Sonra Azərbaycan KP‑nin
Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı, Culfa ra yon
Partiya Komitəsinin ikinci katibi və Naxçıvan Vilayət Par ti ya
Komitəsinin Təbliğat və Təşviqat Şöbəsinin müdiri və zi fə lərində
(1945–1948) çalışıb. 1948–1959‑cu illərdə Naxçıvan MSSR Nazir ‑
lər Sovetinin sədrinin birinci müavini və Naxçıvan MSSR
Nazirlər Sovetinin sədri vəzifələrində işləyib. 1949–1952‑ci illər ‑
də Sov.İKP MK yanında Ali Partiya Məktəbində təhsil alıb.
1959–1961‑ci illərdə Ümumittifaq Kənd Təsərrüfatının
İqtisadiyyatı Elmi Tədqiqat İnstitutunun aspiranturasında oxu ‑
yub. 1962‑ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
1959‑cu ilin mart ayında Azərbaycan SSR Ali Soveti
Rəhim Rəhimovu xalq maarifi naziri təyin edib. 1961‑ci ilin
fev ra  lına qədər bu vəzifədə çalışıb, respublikamızda elmin və
təhsilin inkişafı üçün əhəmiyyətli işlər görməyə nail olub.
107
Rəhim Kərəm oğlu
Rəhimov 1920‑ci ildə
Naxçıvan MR Şərur
rayonunun Qıvraq
kəndində anadan olub
Xalq maarifi naziri
vəzifəsində çalışıb
(1959–1961)
Təhsil naziri Misir Mərdanov və
Nazirlər Kabineti nəzdində Xalq
Təsərrüfatını İdarəetmə
İnstitutunun rektoru 
Rəhim Rəhimov (2000)


1961–1981‑ci illərdə Azərbaycan Dövlət Plan Komitəsində
kollegiya üzvü və şöbə müdiri kimi fəaliyyət göstərib. Son ralar
Azərbaycan Tex no logiya Universitetinin rektoru (1981–1986),
Azərbaycan Respublikası Nazirlər Kabineti nəz dində Xalq
Təsərrüfatını İdarəetmə İnstitutunun rek toru (1986–2001) olub.
2001‑ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət
İqtisad Universitetində kafedra müdiri vəzifəsində çalışıb.
Naxçıvan MSSR, Azərbaycan SSR Ali Sovetinin (IV ça ğı ‑
rış) və SSRİ Ali Sovetinin (V çağırış) deputatı olub. Azərbaycan
KP MK‑nın üzvü seçilib. Azərbaycan Texnologiya Universi te ‑
tinin və Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində
Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun yaradılmasında
Rəhim Rəhimovun xüsusi əməyi vardır.
Əzmkarlığı, dəqiqliyi, işgüzarlığı ilə fərqlənən Rəhim
Rəhimov «Böyük Vətən müharibəsi», «Qırmızı Əmək Bayrağı»
ordenləri və 10‑dan artıq medalla təltif olunub. SSRİ Təhsil
Nazirliyi və Azər baycan SSR‑nin Təhsil Nazirliyi tərəfindən
Fəxri fər manlara layiq görülüb.
1999‑cu ildə Azərbaycan Ziyalılar Cəmiyyətinin «İlin
fəxri ziyalısı» diplomu ilə təltif edilib. Respublika Ağsaqqallar
Şurasının üzvü olub.
Azərbaycan SSR‑in əməkdar iqtisadçısı, professor Rəhim
Rəhimov 2009‑cu ildə vəfat edib.
108
Azər baycan
Respublikası Nazirlər
Kabineti nəzdində Xalq
Təsər rüfatını İdarəetmə
İnstitutunun rek toru
(1986–2001) olub
2001‑ci ildən 
ömrünün sonuna qədər
Azər baycan  Dövlət
İqtisad Universitetində
kafedra müdiri
vəzifəsində işləyib



ELMİRA MİKAYIL QIZI
QAFAROVA
(1934–1993)


Elmira Mikayıl qızı Qafarova 1934‑cü ildə Bakıda
anadan olub.
Bakı şəhərindəki 23 nömrəli orta məktəbdə təhsil alıb.
1958‑ci ildə Azərbaycan Dövlət Universitetinin filologi ya fa ‑
kül təsini fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiran ‑
tu rada oxuyub. 1961‑ci ildə Elmira Qafarova dissertasiya
mü dafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi
alıb. 1961–1970‑ci illərdə Azərbaycan KP MK‑nın təlimatçısı,
Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı MK‑nın katibi
və birinci katibi vəzi fələrində çalışıb.
1970–1980‑ci illərdə Azərbaycan KP MK mədəniyyət şö ‑
bəsinin müdir müavini, Bakı Şəhər Partiya Komitəsinin katibi
işləyib.
Elmira Qafarova 1980‑ci ildə xalq maarifi naziri təyin
edilib, 3 il bu vəzifədə çalışıb.
Sov. İKP MK‑nın Siyasi Bürosu üzvlüyünə namizəd, Azər ‑
 baycan KP MK‑nın birinci katibi Heydər Əliyevin rəhbər liyi
altında həmin illərdə respublika məktəblərinin maddi‑texniki
bazasının möhkəmləndirilməsi, təlimin məzmununun təkmil ‑
ləş diril məsi,  pedaqoji kadrlarla təminatın yaxşılaş dırıl ma sı
istiqamətlərində görülən işlərdə xalq maarifi naziri kimi təşki ‑
latçılıq bacarığını əsirgəməyib. Respublika üzrə müxtəlif elmi‑
111
Elmira Mikayıl qızı
Qafarova 1934‑cü ildə
Bakıda anadan olub
Xalq maarifi naziri
vəzifəsində çalışıb
(1980–1983)
Elmira Qafarova Azərbaycan
KP MK‑nın plenumunda
Şəkildə (soldan): 
Birinci sıra:  1. Heydər Əliyev –
Azərbaycan KP MK‑nın birinci katibi, 
2. Elmira Qafarova – xalq maarifi naziri, 
3. Həsən Həsənov – Azərbaycan KP MK‑
nın katibi, 4. Həsən Seyidov – Azərbaycan
SSR Nazirlər Sovetinin sədri və başqaları


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə