8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə29/49
tarix15.03.2018
ölçüsü5,05 Kb.
#32078
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

Dəfələrlə Moskvanın, keçmiş müttəfiq respublikaların və
bir sıra digər ölkələrin mətbuat orqanlarında aktual nəzəri
mövzularda məqalələrlə çıxış edib. Azərbaycan Respubli‑
kasında yeganə alimdir ki, Moskvanın «Kommunist» jurnalın ‑
da iki dəfə nəzəri‑elmi məqaləsi dərc olunub.
Kamran Rəhimov Azərbaycan KP Naxçıvan Vilayət
Komi  tə sinin birinci katibi işlədiyi dövrdə (1975–1983)  sənaye
obyektləri, dəryaçalar, meyvə və üzüm bağları, heyvandarlıq
kom pleks ləri tikilib istifadəyə  verilib.  Azər baycan EA‑nın
Naxçıvan Elmi Mərkəzi nin fəaliyyəti canlandırılıb.
Həmin illərdə mədəniyyət sahəsində də nəzərəçarpan
işlər görülüb. Naxçıvan, Ordubad şəhərlərində, Şahbuz qəsə ‑
bə sində,  vilayətin bir çox kəndlərində mədəniyyət sarayları
tikilib istifadəyə verilib.  Bütün rayonlarda ölkəşü naslıq mu ‑
zey  lə ri yaradılıb,  tariximizin qədim yadigarlarının ermənilər
tərə findən oğurlanıb aparılmasının qarşısı alınaraq ekspo ‑
natlar həmin muzeylərdə cəmləşdirilib.
1983‑cü ildə professor Kamran Rəhimov Azərbaycan Res ‑
publikasının xalq maarifi naziri vəzifəsinə təyin edilib. Xalq
maarifi naziri kimi o, bir sıra layihələrin həyata keçirilməsi
işinə başlayıb.
Kamran Rəhimov erməni və gürcü məktəblərində Azər ‑
bay can tarixinin, Azərbaycan dilinin, ədəbiyyatının, coğrafiya ‑
sının tədris edilməsi məsələsini gündəmə gətirib. SSRİ Nazirlər
Sovetinin 1962‑ci il tarixli 230 nömrəli qərarına istinad edərək,
erməni və gürcü məktəblərində həmin fənlərin tədris edilməsi
118
Kamran Rəhimov
erməni və gürcü
məktəblərində
Azərbaycan tarixinin,
Azərbaycan dilinin,
ədəbiyyatının,
coğrafiyasının tədris
edilməsini təmin etmək
məsələsini gündəmə
gətirib
Azərbaycan KP MK‑nın birinci
katibi Heydər Əliyev
Naxçıvanda keçirilən
yığıncağın rəyasət heyətində
(1978)


haqqında göstəriş verilib, bu dərsliklərin erməni və gürcü
dillərinə tərcümə edilməsinə başlanılıb. Yuxarı siniflər üçün
«Azərbaycan tarixi» erməni dilinə tərcümə edilərək erməni
məktəblərinə göndərilib.
1986‑cı ildə SSRİ maarif işçiləri nümayəndə heyətinin
rəhbəri kimi Kamran Rəhimov Belçikada olarkən ümumi
təhsilin vəziyyəti, müəllim kadrların hazırlanması prosesi ilə
ətraflı maraqlanıb. Belçika məktəblərinin kompyuterləşdiril ‑
mə si onun diqqətini xüsusilə cəlb edib. Bununla da ölkədə
keçirilən məktəb islahatında tədris ocaqlarının kompyuter‑
ləşdirilməsi öz əksini tapıb. Kamran Rəhimov bütün rayon
119
Kamran Rəhimov bütün
rayon məktəblərində
kompyuter siniflərinin
yaradılmasına xüsusi
diqqət yetirib
Naxçıvanda yeni məktəb
binasının  açılış mərasimi
(1979)


Qısa müddətdə bir 
çox ümumtəhsil 
məktəblərində
Yaponiyadan və
Moskvadan gətirilmiş
kompyuterlər
quraşdırılır
məktəblərində kompyuter siniflərinin yaradılmasına xüsusi
diqqət yetirib.  Maarif Nazirliyinin tikinti tresti yanında mü va ‑
fiq mütəxəssis lərdən ibarət qrup yaradılır və həmin qrup la ‑
zımi avadanlıq larla təchiz olunur,  müəllimlər üçün kurslar
təşkil edilir.
Qısa müddətdə bir çox ümumtəhsil məktəblərində Yapo ‑
ni yadan  və Moskvadan gətirilmiş kompyuterlər quraşdı rı  lır.
Təhsilin kütləvi kom pyuterləşməsinin  aktuallığını nəzərə ala ‑
raq, Bakı Radio Zavodunun orta məktəblər üçün kompyu ter
isteh salı üzrə ixtisaslaşdırılması məsələsi qaldırılır. Bu təşəb ‑
120
Qazax rayon Xalq Maarifi 
Şöbəsində (1984)
Xalq maarifi naziri Kamran
Rahimov Qazaxda (1984)
Şəkildə (soldan): 1. Rüstəm Rüstəmov –
Qazax rayon xalq maarifi şöbəsinin
müdiri, 3. Kamran Rəhimov – xalq maarifi
naziri və başqaları


büs bəyənilərək müvafiq qərar qəbul edilir, Bakı kom pyu ‑
terinin ilk nümunəsi hazırlanır.
1988‑ci ildə respublikanın Maarif, Ali və Orta İxtisas
Təhsili nazirlikləri, Texniki Peşə Təhsili Komitəsi vahid bir
qurumda birləşdirilərək, Azərbaycan Respublikası Xalq Təhsili
Nazirliyi yaradılır. Yeni nazirliyin strukturu müəyyənləşdiri ‑
lərkən professor Kamran Rə himov xalq təhsili nazirinin birinci
müavini təyin olunur.
Kamran Rəhimov Milli Məclisin üzvü kimi Azərbaycan
nümayəndə heyətlərinin tərkibində dəfələrlə xarici ölkələrdə
səfərlərdə olub.
Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor
Kamran Rəhimov 2007‑ci ildə vəfat edib.
121
1988‑ci ildə respublikanın
Maarif, Ali və Orta İxtisas
Təhsili nazirlikləri,
Texniki Peşə Təhsili
Komitəsi vahid bir
qurumda birləşdirilərək,
Azərbaycan Respublikası
Xalq Təhsili Nazirliyi
yaradılır
Qazax Xalq Maarifi Şöbəsinə
Keçici Qırmızı Bayraq 
verilərkən (1984)
Şəkildə (soldan): 1. Şahin Səfərov –
«Azərbayca müəllimi» qəzetinin baş
redaktoru, 2. Kamran Rəhimov – xalq
maarifi naziri və başqaları


TOFİQ İSMAYIL OĞLU 
HACIYEV
(1936)


Tofiq İsmayıl oğlu Hacıyev 1936‑cı ildə Cəbrayıl rayo ‑
nunun Soltanlı kəndində anadan olub.
Soltanlı kənd orta məktəbini bitirib. 1953‑cü ildə
Azərbaycan Dövlət Universi tetinin filologiya fakültəsinə qəbul
olunub, 1958‑ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və
dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib.
1962‑ci ilin martında «Azərbaycan dilinin Cəbrayıl şivə ‑
si» mövzusunda namizədlik, 1969‑cu ildə «XX əsrin əv vəl lə ‑
rin də Azərbaycan ədəbi dili» mövzusunda doktorluq disser ‑
tasiyası müdafiə edib.
Onun «Sabir: qaynaqlar və sələflər» (1980), «Şeirimiz,
nəsrimiz, ədəbi dilimiz» (1990), «Dədə Qorqud: dilimiz, dü ‑
şün cəmiz» (1999) kitabları işıq üzü görüb. «Azərbaycan sovet
ədəbiyyatı» (1988) dərsliyinin ərsəyə gəlməsində həm müəllif
kimi iştirak edib. Eyni zamanda «Azərbaycan ədəbi dili tarixi»
(2‑ci hissə, 1987) dərsliyinin, «Azərbaycan ədəbi dili tarixi»
(1976), «XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili ta rixi»
(1977), «Azərbaycan dili tarixi» (1983, Kamil Vəliyevlə birgə),
«Azərbaycan dili» (1993, Zərifə Budaqova ilə birgə) kimi mo ‑
noqra fiya və dərs vəsaitlərinin müəllifidir. Klassiklərimizin dili
və üslubu ilə bağlı onlarca məqaləsi işıq üzü görüb, «Satira
dili» (1975), «Yazıçı dili və ideya‑bədii təhlil» (1979), «Molla
Nəsrəddin»in dili və üslubu» (1983), «Füzuli: dil sənətkarlığı»
(1994) kitabları çap olunub. Orta məktəblər üçün «Türk dili»
(IX sinif, 1994, Əsgər Quliyev, Nizami Cəfərovla birgə), «Türk
dili» (X–XI siniflər, 1994, Nizami Cəfərovla birgə) dərslikləri
də nəşr edilib.
123
Tofiq İsmayıl oğlu
Hacıyev 1936‑cı ildə
Cəbrayıl rayonunun
Soltanlı kəndində anadan
olub
Xalq maarifi naziri
vəzifəsində çalışıb (1993)
Onun elmi
yaradıcılığında «Kitabi‑
Dədə Qorqud»la bağlı
tədqiqatlar mühüm 
yer tutur
Elmi Şuranın iclasında (1979)
Şəkildə (soldan‑sağa):
1. Tofiq Hacıyev – professor
2. Məmmədağa Şirəliyev – akademik, 
3. Rəhilə Məhərrəmova – professor


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə