A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə56/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   52   53   54   55   56   57   58   59   ...   82

Elmşünaslıq 
 
Allah  – 
“Aşiq, Məşuq və Eşqdir”[2, s. 302-303]. O, bu fikirləri ilə fəlsəfə 
dünyasında yeni bir düşüncə sistemin qurulmasında təsirli olmuşdur.  
İbn Sinanın iki böyük əsəri tibb sahəsində əvəz olunmaz şöhrət qazan-
mışdır.  Bunlardan  biri  “Kitab  əl-Şəfa”  (Şəfa)  əsəridir. Bu əsərdə  İbn  Sina 
m
əntiq, təbiət elmləri, psixologiya, həndəsə, astronomiya, musiqi və metafi-
zikaya aid t
əlimlərini inkişaf etdirməklə, monumental bir əsər ortaya qoy-
muşdur. İbn Sinaya görə, xəstəliyin qiymətləndirilməsi fərdin həyatının bü-
tün komponentl
əri diaqnozda tam bir şəkildə əks etdirilmədiyi müddətcə na-
ta
mamdır.  Beləliklə  də  o, hər  şeydən  əvvəl tibbi diaqnostikaya diqqət 
ç
əkmişdir.  
İbn Sinanın ikinci ən məşhur əsəri “əl-Qanun fi-t-tibb” (Qanun) kita-
bıdır. Həqiqətən də, bu əsər XVIII əsrə qədər Avropada və İslam aləmində 
standart tibb m
ətni hesab edilirdi. Bu əsər tibb elminin ümumi prinsipləri 
(
əl-külliyyat), bəsit dərmanlar (müfrəd dəvalar), xəstəlik növləri, müəyyən 
orqanlara aid olmayan x
əstəliklər və mürəkkəb dərmanlar olmaqla beş əsas 
kitaba  ayrılır.  “Qanun”  əsəri fiziologiya tədqiqatlarında  sistematik  təcrübə 
il
ə  əlaqəli  giriş  mahiyyətində  olan bir əsər kimi  tanınmaqla  yanaşı,  eyni 
zamanda  yoluxucu x
əstəliklərin kəşfi və infeksion (yoluxucu) xəstəliklərin 
yay
ılmasını məhdudlaşdırmaq üçün karantin haqqında və klinik təcrübələrlə 
[5] 
əlaqəli bilgi verən bir kitab kimi də məşhurdur. Digər tərəfdən bu kitab-
da el
əcə də bakteriya və virus orqanizmləri haqqında ilk izahatlar mövcud-
dur [6, s.45]. 
İbn Sina öz yetkin tibbi bilgisi ilə xəstəliklərin təsnifini verib, 
on
ları  izah  etməklə  kifayətlənmir, bu xəstəliklərin törəmə  səbəblərini də 
qeyd edir. O, ilkin m
ərhələdə  xəstəliyin səbəbini  ayırd  etmək məqsədi ilə 
ətraflı bir şəkildə tədqiq etdiyi altı əsas faktoru formulə edir. Bunlar: 1. insa-
nın ətraf mühitindəki hava, 2. yeyilib-içilən əzuqə, 3. hərəkət və istirahət, 4. 
yuxu v
ə yuxusuzluq, 5. evakuasiya və qidalanma, 6. emosiyadır [7]. İbn Si-
na 
əl-Qanunda  diyetologiyanın  əhəmiyyətini  vurğulamış,  havanın  və  ətraf 

hitin sağlamlığa təsirindən və oral anesteziya vasitələrinin cərrahi əmə-
liyyatlarda istifad
əsindən bəhs etmişdir. Əsərdə 760-a yaxın dərman maddə-
l
əri,  onların  istifadə  şəkilləri və  effektivliyi  haqqında  məlumatları    qeyd 
edil
mişdir. Bu əsərin tədqiqatçıları İbn Sinanın nəbz ilə diaqnozda ixtisaslı 
bir h
əkim olduğunu bildirmişdirlər. [8, s.23-24]  
Aparılan  tədqiqatlar nəticəsində  demək  olar  ki,  İbn  Sinaya  aid  olan 
tibb n
əzəriyyəsi onun təbiət fəlsəfəsinə əsaslanır. Belə ki,  elmlərin təsnifin-
d
ə İbn Sinanın tibbi təbii elmlərin alt söbəsi olaraq qəbul etməsi [9,s. 448], 
 
- 127 - 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
tibbin prinsipl
ərinin də təbii elmlərin prinsiplərindən təsirləndiyini göstərir. 
Baxmayaraq ki t
əbiət fəlsəfəsi ilə tibb ədəbiyyatı və nüfuzları baxımından 
bir-birind
ən fərqlənirlər, İbn Sina çox məharətli bir şəkildə bu iki sahəni uz-
laşdıra bilmişdir. İslam dünyasında orta əsrlərdə təbiət fəlsəfəsinin nüfuzlu 
sahibi Aristotel il
ə tibb sahəsinin dahilərindən biri olan Qalen arasında bəzi 
mövzularda ziddiyy
ətlərin  mövcudluğuna  baxmayaraq,  İbn  Sina  belə  uz-
laşdırıcı təşəbbüs göstərmişdir.  
N
əzəriyyəyə üstünlük verməsinə baxmayaraq, İbn Sina elmi metodlar 
haqqında  fikirlər irəli  sürmüş,  hipotetik-empirik bir metod təklif  etmişdir. 
Bu is
ə determinasiyanın emanasiya düşüncəsinə əsaslanır. Bu düşüncə, de-
ter
minasiyanın sadəcə kənar təsirlərə bağlı olmadığını, onun  funksiyasının 
daha çox daxili (immanent) 
əlaqələrdən asılı olduğunu söyləyir. Bu funksi-
ya
nı isə İbn Sina ilahi inayətin bir təcəllisi kimi qiymətləndirir. Bu imma-
nent  determinasiyanın  emanasiya  cəhəti də  fəal  ağıldan  ortaya  çıxan  for-
malar vasit
əsilə mümkündür. Məhz bu formaların bədəndəki funksiyalarını 
empirik bir t
ədqiqatda ölçmək olar. İbn Sinanın empirik metoda aid bu yeni 
üsulu 
əl-Qanun əsərində özünü əks etdirmişdir [10, s. 35].  
Əlbəttə ki, bütün bunları nəzərə alaraq, belə bir sual ortaya çıxa bilər, 
daha doğrusu, dünya tibb tarixində və inkişafında İbn Sinanın təsirini diqqə-
t
ə alaraq, nəyə görə bu gün Qərb dünyasında onun tibbi sistemi özünə layiq 
görk
əmli halı qorumamışdır? Bu sualın birmənalı cavabı  yoxdur, lakin bir 
çox İbn Sina tədqiqatçıları bu suala iki səbəbdən çıxış edərək cavab vermiş-
dir [7]. 
İlk səbəb, 1700-ci illərin sonlarında elm adamları, xüsusilə bioloqla-
rın İbn Sinaya qarşı irəli sürdükləri tənqidlər olmuşdur ki, bu da əsasən əh-
val-ruhiyy
ənin və metabolik alt hüceyrə qüvvələrinin reallığının İbn Sinanın 
x
əstəliklərin səbəbləri ilə  əlaqəli  görüşündə  qeyd  edildiyi  kimi  olmadığı 
haq
qında idi. Əslində texnoloji inkişaf tədqiqatçılara mikro-canlılar üzərin-
d
ə dərinləməsinə araşdırmalar aparmağa imkan  verdiyi  gündən bəri, əhval 
ruhiyy
ənin və ya hisslərin ölçülməz və ayrışmaz olması fikrinə görə İbn Si-
na
nın  tibbi  düşüncəsinə  skeptik münasibət  başladı.  İkinci  və  bəlkə  də  ən 
əsas səbəb isə, İbn Sinanın canlı bakteriya və virus formalarının mövcudlu-
ğunu qəbul etdikdən sonra onların xəstəliklərin əsas səbəbi olduğu və daha 
çox 
pozulmuş metabolizmin nəticəsinin məhz onların olması fikrini rədd et-
m
əsi idi. Təbiidir ki, texnologiyanın inkişafı kimya, fizika sahəsində olduğu 
kimi, tibb sah
əsində özünəməxsus elmi yeniliklər ortaya qoymaqla, əvvəlki 
el
mi düşüncələrin bəzilərini də ortadan qaldırmışdır. 
 
- 128 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə