pikləri qurğuşun kimi düşər, bir də səhər sərin nəşimi bur
nuna dəyəndə oyanar, üşüyən qıçlarını qarnına yığıb bürü
şər, sübh açılmamış cəld ayağa qalxardı".
Mir Cəlalın yaradıcılıq məziyyəti yalnız ideyaya məq
sədli sədaqətin orijinallığı ilə kifayətlənmir və yeni bədii
vasitələr tapmaqla süjetin axarını rəvanlaşdırır. Yazıçı lo
kal məişət epizodlarını vermir və bədii konstruksiyanı yeri
gələndə mürəkkəbləşdirir. Romanda yuxarıda Mehdi Hü
seynə irad tutduğumuzda israrlı olaraq, roman konstruksi
yasına xidmət göstərən süjet anlayışı mənasında mahiy
yət etibarilə ənənəni pozur. Obrazların amalı, ədalətin ifla
sı, yolların ayrılması, məişət səhnələri, habelə fəlsəfi dü
şüncələr öz yerini tutur. Mir Cəlal öz üslubuna sadiqliklə
sərbəst təhkiyə qurur, obrazların ruhi ovqatının enişi və
yüksəlişi ardıcıl surətdə açılır. Əsərin strukturu əllinci illər
üçün yeni olaraq, qarşıya dramatik problem qoyulur, ayrı-
ayrı fəsillərdə, habelə həmən problemlərin mahiyyəti şərh
edilir və dialoji məntiqlə fikir açılır.
Yekun olaraq deyərdim ki, Mir Cəlal "Yolumuz hayana
dır" romanında müasirlərilə bədii yaradıcılıq rəqabətində
uğur qazanır, ənənəvi roman janrına itaət göstərmir, for
maca orijinal, bədii cəhətdən güclü və dərin əsər yaradır.
Mir Cəlal romanı ruhən sakit də qələmə almamışdır. Döv
rün məcrasını tez-tez dəyişməsi, sosialist realizminin par
laq qələbəsi (!), mövzu axtarışında son qənaət - bütün bu
faktorlar yazıçının yaşadığı ruhi iztirablar bahasına başa
gəldi; təbii ki, bu iztirablar bir yaradıcılıq psixologiyası ki
mi yazıçını tərk etmədi. Və nəhayət, ədalətlilik ideyasında
qaldı...
216
Bir mübahisəli məsələ haqqında
' Yolumuz hayanadır" romanının poetikasına əslində
nöqtə qoyduq və arxayınlaşdıq. Böyük ədibimizin tariximi
zin müəyyən dövrünün epik təsvirini fərdi üslubu ilə təsvir
etdiyinin şahidinə çevrildik. Lakin tədqiqatçı Yaqub İsma
yılovun bir qeydi məni istər-istəməz düşündürdü. Oxuyu
ruq: "Yolumuz hayanadır" romanından tanıdığımız və rəğ
bət bəslədiyimiz Əntiqənin taleyi və fəaliyyəti ədibi sonra-
lar da düşündürmüş və o, 1967-ci ildə "Dağlar dilləndi" ad
lı kiçik bir povest yazmışdır. Əsərin mövzusu təzə deyil"48.
Konkret qənaətdir. Mən xeyli götür-qoydan sonra bir fər
ziyyə (əgər demək mümkünsə) irəli sürmək qənaətinə gəl
dim: "Dağlar dilləndi" povesti "Yolumuz hayanadır" roma
nının davamı ola bilməz. Birinci arqument: Romanla po
vestin yazılma tarixini 10 il ayırır: 1957-1967. Bu az fasilə
deyil və aralıqda ictimai-siyasi mühitdə xeyli dəyişikliklər
olmuşdur. İkinci arqument: Romandakı təsvir olunan mə
kan tamamilə fərqlidir; Şamaxı-Bakı şəhərlərində baş ve
rir və əsərin qəhrəmanları Mirzə Cəlil, Mirzə Ələkbər Sa
bir, Məsmə və başqalarıdır. Povestdə yalnız seminarist
məzunlarla görüşdə Mirzə Cəlili görürük və bir də Əntiqə
təsadüfən rastlaşır və Ədalət onun yanına gəlir. Əntiqənin
anası Məsmə arvaddan əsər-əlamət yoxdur. Eləcə də qar
daşından. Üçüncü arqument: Povestdə qoyulan məsələni
Y.İsmayılovun özü düzgün təyin edir: "Kənd müəlliminin
işi, arzu və əməlləri bir çox bədii əsərlərdə: C.Cabbarlının
dramaturgiyasında, bəzi kino-filmlərdə müxtəlif cəhətlər
dən öz ifadəsini tapmışdır. Müəyyən oxşar motivlərə, səs
48. İsm ayılov Yaqub. M ir Cəlalın y arad ıcılığ ı, B.1975,
səh.119.
_______________________
21 7
_______________________
ləşən, uyğun gələn cəhətlərə baxmayaraq, Mir Cəlal da
mövzunu özünə məxsus tərzdə işləməyə çalışmışdır". Bu
qeydlər aydın göstərir ki, yazıçı, bəli, "oxşar motivlər"dən
istifadə etmiş, tamamilə ürəyinə yatan məsələyə - kənddə
maarifçiliyin ayaq açmasına toxunmuşdur. Dördüncü ar
qument: Ədiblər müxtəlif iri həcmli əsərlərində əvvəlki
qəhrəmanlarını unutmur, yaş artımında, vəzifə başında və
sair situasiyalarda təsvir edirlər. Beşinci arqument: Əntiqə
'Yolumuz hayanadır"da məlahətli, qeyri-adi səsə malik
yeniyetmə qız timsalındadır. Povestdə isə o, elə bir ciddi
yaşa dolmamışdır, halbuki o vaxtdan 10 il keçmişdir. Belə
çıxır, Əntiqənin yaşı 25-i ötmüş olmalıdır! Altıncı arqu
ment: Əntiqə həmən qızdırsa, güman ki, Mir Cəlal onu
oxumuş incəsənət xadimi kimi verməyi üstün tutardı, nəin
ki kənd müəllimi. Məgər bizim İnqilabdan əvvəl Şövkət
Məmmədovamız olmamışmı? O, İtaliyada təhsil almamış-
mı? Yeddinci arqument: Povest müstəqil əsər olaraq ta
mamlanmışdır, yazıçı artıq təfərrüata varmaq niyyətinə
düşməmişdir.
Belə düşünmək olar ki, Y.İsmayılov Rəhimlə naməlum
bir adamın sorğusundan çıxış edir. Aralarında belə bir su
al-cavab baş verir:
" - Bakıdan gəlib, deyirlər Şamaxılıdır.
- Soruşmamışam.
- Eşitməmisən?
- Nəyi deyirsən?
- Atasını.
- Axı, deyirlər Sabirin qızıdır.
Rəhimin gözləri bərəldi:
- Elə şey olmaz.
- Arada danışırlar.
--------------------------------------
218
_______________________
- Mirzə Ələkbər Sabirin?
- Sabir onu bu mərtəbəyə çatdırıb...
- Bəli, onu Mirzə Ələkbər öz məktəbində oxudub, son
ra da yoldaş Nəriman ona mandat verib, dağlara, bizim
kəndə salıb".
Bu versiya göründüyü kimi, həqiqətdən kənardır. Birin
cisi. ucqar bir kənddə yaşayan kimsə haradan bilir, nədən
oxuyub ki, Əntiqə Şamaxılıdır, Sabirin qızıdır. Romanda
isə Əntiqə başqa bir şəxsin qızıdır, anasının adı Məsmə-
dir. Sabirin arvadının adı Məsmə deyil. İkincisi, Nəriman
la bağlı məlumat da fantaziyadır: N.Nərimanov Əntiqəni
Bakıda, öz məktəbində oxuda bilməzdi, çünki romanda bir
işarə vurardı yazıçı. N.Nərimanov 1925-ci ildə vəfat edib.
Hadisə Oktyabr İnqilabından sonra baş verib: 1927-ci il.
Əntiqə isə 4 il oxuyub, Bakıda Pedaqoji Seminariyanı qur
tarıb. Digər tərəfdən, N.Nərimanov Moskvada yaşayıb,
Bakıda olmayıb son vaxt (yəni 1924, Əntiqənin daxil oldu
ğu il nəzərdə tutulur). Əntiqəni də heç cürə oxuda bilməz
di, fiziki, maddi yardım etmək imkanı baş tutmazdı. Demə
li, "Dağlar dilləndi" birmənalı ayrıca bir əsərdir...
Bu yeddi arqumenti tezisləşdirməli oluruqsa, povestin
mətnindən çıxış etmək və müəyyən paralellər aparmaq
məqsədəuyğundur. Birincidə diqqəti hər iki əsərin yaran
ma tarixini nəzəri baxımdan arqumentləşdirmək lazım gə
lir. "Yolumuz hayanadır"ın yazılması prosesində Mir Cəla
lın ədəbi niyyəti görkəmli satirik şairimiz M.Ə.Sabir Tahir-
zadənin şəxsiyyəti, onun yaşadığı və sonralar Bakıda fəa
liyyət göstərdiyi ictimai mühit. "Molla Nəsrəddin" jurnalı və
onun redaktoru Mirzə Cəlillə yaradıcılıq əlaqələrinin bədii
inikasıdır. Mövzu isə mürəkkəb dövrə baş vurur. Burada
yazıçının yaradıcılıq üslubu, hadisələrə dövrün kontekstin
______________ ________
2 1 9
----------------------------------------
Dostları ilə paylaş: |