səsinə. Xüsusilə, onun azərbaycanca danışması Əntiqəni
sevindirir, heyran kəsilir. Bu malakan kəndlisi həssas
adamdır və Əntiqənin ürəyindən keçənləri fəhmən duyur
və atları mahmızlayır ki, dağ kəndinə tez çatsın.
Oxşar motivlər xalqımızın maariflənməsi yolunda ziya
lıların fədakarlığı məsələsi nəsrimizdə təzə mövzu olma
mışdır. "Yolumuz hayanadır” romanında dövr, ictimai-si
yasi durum tamam başqa idi, xüsusilə də Bakının burjua
ziya tələblərinə cavab verməsi, fəhlə sinfinin oyanışı, Sa
birin Bakıya gəlməsi, Balaxanıda dərs deməsi və "Molla
Nəsrəddin”çi olması və sairlə məhdudlaşır. "Dağlar dillən-
di"də isə kəndə maarif işığının sızması, Almazların bir nü
mayəndəsi Əntiqələrin işi qabarıq təsvir olunmuşdur.
Dünya nasirləri öz qəhrəmanlarına qarşı "vəfalı" ol
muşlar (xatırlatdığım kimi). Məsələn, O.Balzakda, V.Hüqo-
da və Azərbaycan yazıçısı Mehdi Hüseyndə. Digərlərində
də. Mir Cəlal da istisnalıq yaratmadı. Əntiqə tarixi şəxsiy
yət deyil və ondan iddia etməyə dəyməz ki, "Yolumuz ha-
yanadır"dan "Dağlar dil!əndi”yə köç elədi. Bizi sonuncu
Əntiqə obrazı maraqlandırır: O, xaraktercə bütöv, püxtə
ləşmiş surətdir. Adama elə gəlir, "başı daşdan daşa dəy
mişdir". Gəldiyi, ilk aylardan vəzifəli adamlarla "kəllələşir",
Şəfiyev və Şəfizadə ilə. O, özünü hazırlamışdımı dialoqa -
sərt mübahisəyə? Xeyr, çünki, yüksək həvəslə ayaq bas
mışdı Köşküyə, adamlarından istiqanlıq görürsə, deməli,
balalara dərs vermək çətinlik yaratmayacaqdır. Mir Cəlal
da belə bir arzudadır.Başqa cür qeyri-inandırıcıdır. Məktəb
hər bir sakinin, səlahiyyətlinin müqəddəs ocağıdır. Təəs
süf ki, Əntiqənin düşündüyünün əksinədir: "Əntiqə onu da
güman edirdi ki, ayrı-ayrı şəxslər bu səliqə sahmanda ev
tikirsə, məktəb binası daha abad və yaraşıqlı olur. O, birin
---------------------------------------
228
----------------------------------------
ci gün binaya ayaq basdığı, müəllimlər, xadimlər ilə tanış
olduğu zaman yanıldığını təyin etdi, məktəb binası nəinki
güman edilən səviyyədə deyildi, hətta çox cəhətdən qü
surlu və baxımsız idi. Bu otaqlar özü də darısqal və qis
mən qaranlıq idi. Eyvanın pilləkaniarı köhnə, məhəccərlə
ri dağınıq, yaraşıqsız idi. Hətta aşağı sinif uşaqlarını eyva
na buraxmaq təhlükəli idi, onlar yuxarı mərtəbədən yıxıla
bilərdilər; bədbəxt hadisə baş verə bilərdi".
Zahirən sadə səslənir, 20-30-cu illərdir, o dövrün mira
sıdır, ucqar kənd məktəbidir və sair təsəllilərdən doğan
təmkinliyi, əxlaqi naqisliyi, laqeydliyi ört-basdır etmək psi
xologiyasını işıqlandırır. Amma mən Mir Cəlalın nəsr, söz
demək, yazmaq, proqnozlaşdırmaq poetikasından çıxış
etmk istərdim və bir qədər məsələnin dərininə, davranış
ətalətinə qayıdıram. Çünki, yuxarıda qeydim kimi: 80 ildən
təxminən bir əsrə yaxın vaxtdan, zamandan bu günümüzə
gələn yol. İbrətlidir, yaxud əksinədir?! Bir vaxt, lap XIX əsr
dən başlayaraq az-çox oxumuşlar, yaxud varlılar dinə da
ha çox üstünlük verirmişlər, əslində xurafata az meyilliydi-
lər. İslamdakı işığı, oxumağı, savadlanmağı açıqca görür
dülər. Lakin həm rus xristianlığı, həm də Sovet ideologiya
sı bu hissə böhtanlar püskürdü, hətta söz insanlarında "a-
teizm" motivlərini axtarmğa başladılar və tapdılar. Bir şeyi
isə ortaya qoymadılar; əslində bu, bizim öhdəmizə düşür
dü: Nə üçün, nə səbəbə varlılarımız, təbəqələşmişlərimiz -
keçmişimizdə yaşayanlar məktəbdən qaçmışlar? Bir kənd
də bir neçə məscid tikdirmişlər, özləri üçün kəşanə evlər,
saraylar qurmuşlar, olsun, amma balalarının oxuması üçün
bir qəpik belə xərcləməmişlər. Mir Cəlal: "ayrı-ayrı şəxslər
bu səliqə-sahmanda ev tikirsə" - ifadəsini obrazının dilin
dən qoparır - bəs təhsilə niyə soyuq münasibət bəsləyirlər
________ _______________
2 2 9
---------------------------------------
- sualı ortaya çıxır. Bunun əlbəttə, sosial-genetik səbəblə
ri var. İnsan xarakterində: dədə-babalarımızda davranışın
axtarışı problemi ortaya çıxmış və səy göstərmiş ki, yaxşı
lığa səy göstərmək iradəsini obyektiv şəraiti nəzərə al
maqla calaşdırsın, birləşdirsin. Bu situasiyanın inkarı olan
fəallıq forması ədəbiyyata istinadən "donkixotçuluq" ad
lanmışdır (bu gün də). Tarixi obrazın arxasında seçmə, nü
munəvi tipi durmalıdır - o şəxsdə borc, ideallıq naminə
edilən fəallıq fəzilət səviyyəsinə çatsın. O dövrdə: XIX
əsrdə də, XX əsrdə də (heyif XXI əsrdə də) uşaqlarının
məktəbə getməsini reallaşdıran bir məkanın unudulması,
bir bina, nəsə bir şeyin inşaası və onları əvəz edəcək gənc
nəslə təlim-tərbiyə vermək hissinin yoxluğunda təbii ki,
onlar Servantesin qəmli Don Kixotu ilə tanış deyildilər.
Amma bu gün o dövrə baxanda Don Kixot davranışını öz
lərində görəndə düşünür və müqayisə aparırıq ki, onların
psixologiyasında, hərəkətlərində, qənaətlərində iki tip əx
laq: donkixotluq və hamletizm davranışları mövcud idi.
Yaxşı yaşayırdılar, yeyib gəzir, bir neçə arvad alır, saysız
mal-qara sürülərinə sahib çıxır, at ilxıları şahə qalxır, daha
doğrsu, fəzilət dərəcəsinə qədər yüksəlmiş passivlik: o
əsasa görə ki, passivlik insanın salamat və sağlam olma
sını təmin edir və hamletizm davranışı - rasional düşüncə
yə meyilliklə səhvə yol verir, əxlaqi məqsədi ləkələməyə
risk, cəhd etmək reaksiyasını üzə çıxarırlar. Hər ikisi bir
xarakterdə yola getmir (axı, bizim bəylərimiz haçan bir-bi
rilə yola getmişdir?). Heyif ki, onlar Şekspirdən ibrətli kə
lamı eşitməmişlər: - Bizim cəmiyyətimiz əqli çatışmazlığın
səmərəsizliyində çiçək kimi solur.
Bizdən heç bir zaman neytralizm (birtərəflik) əhvalı əl
çəkməmişdir, bir növ hamletizm motivlərinə meyilliliklə
_______________________
2 3 0
----------------------------------------
barışmışıq: "qarışmamaq", "nə işimizə", "hökümətin bor
cudur" və sair ifratçı ətalətin təntənəsi. Bu məqsədin, əgər
varsa, praktik həlli obyektiv şəraitdə sosial yanaşması,
təhlili birmənalı olmur. Belə ki, məsələyə etika mövqeyin
dən qiymət verməliyik (axı, bu neytralizm haçanacan arxa-
mızca sürünəcəkdir?) və onun mütləqləşdirilməsi nəinki
burjuaziyanın, hətta sosializmin əsas nümayəndələri üçün
tipik vərdişdir. Paradoks ola bilər bizlərə ki, məşhur yazıçı
Sartrın bir obrazı bu fikri haqlı söyləmişdir: "Əgər cəhən
nəm qazanmaq istəyirsənsə, öz çarpayından düşməmək
kifayətdir. Dünya ədalətsizdir: sən onu qəbul edirsənsə,
deməli, cinayətə şərik çıxırsan, əgər üz döndərsən isə əc
laf olursan". Mahiyyətinə gələndə ədib fikrini bu cür forma
laşdıra bilər ki: bu mühakimədən sosial və əxlaqi soyuma
şəraitində davranış situasiyasının əsil cəhəti nəzərə çar
pır, yəni ifadəsini tapmır. Sosial və əxlaqi soyuqluq təmiz,
humanist adamların bitərəfliyi konkret situasiyalarda (elə
təhsilə münasibətdə) o şəxsin üstünlüklərinə baxmayaraq,
nəticədə - son qərarında mövcud cəmiyyətin öz vətənda
şına, sakininə ya könüllü, ya da zorən sırıyıcı "şər"in seçil
məsidir. Davranışımızdakı bu neytralizm mövqeyimizdə
şərlə, pis hadisələrlə fəal mübarizə şəraitində acizləşirik.
Bunun bir əsas zəifliyi də ondadır, sosial zərurətə yiyələn
məkdə, mövcud (indi daha geniş) şəraiti dəyişdirməkdə
acizdir. Bu isə reqressiv (inkişafa zidd) səciyyəlidir.
"Bədbəxt hadisə” əsərə dialoq xətrinə gəlməmişdir;
əgər bu gün (Əntiqə dövrü üçün) məktəbin qiyməti hətta
vəzifəlilər (indiki dövr üçün) tərəfindən arxa plana keçmiş
sə, bəs nə etməli?
Əntiqə daha Almazın Mirzə Səməndəri, Hacı Əhmədi
və başqaları ilə mübarizəyə girişmir, yox o, Sovet hökü-
______________________ 2 3 1 --------------------------------------
Dostları ilə paylaş: |