təb yaşlı qızların ərə verilməsi maraqlandırdı. Bu proses
lərdə Əntiqənin və Şəfiyevin (başqa personajları da istis
na deyil) "davranış xətti" baxımından şəxsiyyətin əməllə-
rindəki zəif və qüvvətli, mənfi və müsbət həlqələri ortaya
gəldi; ümid yarandı ki, Şəfiyevin davranışındakı zəif, mən
fi həlqə dəyişsin. Povestdə insanın, konkret gənc müəlli
mənin mənəvi və sosial tələbatları bədii problem kimi qo
yulmuşdur. Ona görə ki, bu insan da anadan gəlmədir,
əbədidir. O vaxt insan "insanlaşdı” - bioloji yetkinlik səviy
yəsinə çatdı - bir sıra mühüm tələbatlar: qarşılıqlı münasi
bətlər, təhsil alma, əvvəlki təcrübənin mənimsənilməsi,
mədəniyyətlərə qovuşmaq və ilaxır ən mühüm proseslər
özünü diqtə etdi. Bunların idrakı başqa-başqa müsbət də
yərləri realizə etdi, nəticədə emosional ovqat və xarakter
formalaşdı. Mir Cəlal pedaqoq və gözəl şəxsiyyət, müşahi
dəçi olmaqla, xüsusilə gənclərin davranışına yaxından bə
ləddi, eyni zamanda sabah müəllim, pedaqoq olacaq tələ
bələrə də dərs deyirdi. Onun üçün aydın idi, insan gənc
yaşda - yetkin olmayan sosial tələbatları sadə, əziyyətsiz
üsullarla, yollarla əldə etməklə, özünün hazır davranış eta
lonları ilə eyniləşdirir, hətta onları təqlid edirsə, tənqidi ya
naşmır, daha doğrusu, qiymətləndirmir. Əntiqə tələbə ikən
hər halda xoş, kövrək günlər, saatlar yaşamışdır və özü
nün "etalonlarnı yaratmışdı. İntensiv surətdə, qızlara
məxsusi həvəslə, maraqla ideal axtarmış, insanın içərisin
də olan mübhəm sirlər barədə tez-tez düşünmüş və yük
sək arzularını məqsədə çevirmək iddiasından yan keçmə
mişdir. Xəyal-romantika təbiətin adi görümünə gözəllik,
sehirkarlıq qatmışdır. Budur, belə bir mənzərə: "Yasamal
yollarının nadir və bakir sükutunu pozan insanlar buradan
ötəndə söhbətlərini dəyişir, təbiətin füsunkar lövhələrini
________________ _______
236
----------------------------------------
seyr edir, xəyala dalırlar. Bir də görürsən, koldan parıltı ilə
qalxan kəkliklər lap aşağılara, düzənliklərə yol aldı, ayaz
göylərin dərinliklərində ağır-ağır qanad çalan qartallar isə
heç nəyə etina etmədən məğrur uçuşları ilə intəhasız
üfüqlərdə təyyarə kimi süzür, elə bil müsafirləri müşayət
edirlər”.
Sonra Əntiqə yüksəliş, qələbə və uğursuzluq, məyus
luq hisslərini yaşayır. Və sual doğur daxilində: Niyə bu
cürdür, niyə insanlar laqeyddirlər, uşaqlar məktəbə cəlb
olunmurlar? İradəcə zəif gənclər sualı cavabsız buraxır,
şəxsi rahatlığını üstün tuturlar, Əntiqə isə get-gedə həyata
münasibətdə xarakterinə yol tapmağa çalışan mənfi emo
siyaların müəyyən streotiplərə çevrilməsinə imkan yarat
mır; buna psixologiyada "hisslərin məntiqi" deyilir, yəni o,
hazırlanır daxili aləmdə. Əntiqə özünün də gözləmədiyi
ehtirasla hazır (özünəqədərki) hərəkət - etalonların yaran
masının qarşısını alır; ona təzə, çətin görünən ideyaları
təcrübədə sınaqdan keçirir, əməlini - işini əyaniləşdirir.
Budur, sinif sakitdir, müəllimələrinin önündə müntəzir du
rublar, Əntiqə sözünə başlayır: "Birinci dərsimiz hərflər
dən olacaq. Şura höküməti bizə lap asan əlifba çıxa
rıb...Bu əlifbanın özü Şərqdə bir inqilabdır, onun vasitəsi
ilə biz camaatı oxudacağıq. Hər kəs öz ürəyinin mətləbini
yazacaq. Daha köhnə zaman kimi, illər boyu hıqqana-hıq
qana əbcədi əzbərləməyəcək, bir-iki aya savad öyrənəcə
yik, daha gözüqapalı adam qalmayacaq..." Bu təsvir - sin
fin aparıcısı, idarəedicisi şagirdlərin diqqət mərkəzindədir,
bu şəhərli qızın geyimi də, hərəkətləri də sehrləyicidir :
"Əntiqə danışırdı, hərdən çiynindən sürüşən ağ haşiyəli,
abı rəngli kəlağayısının ucunu qaldırıb dala ataraq, daha
da dik və məğrur dayanır, vacib mətləblərdən xəbər verən
_______________________
2 3 7
_______________________
natiqlər kimi ucadan danışırdı. Onun iri və qara gözləri sa
kit əyləşən və dərin maraqla dinləyənlərin üzünə dikilmiş
di".
Əntiqə gözəlliyin və gerçəkliyin, arzu və imkanın çətn-
likləri yaşamağa, eyni zamanda aradan qaldırmağa qadir
olduğunu başa düşür, yəqinləşdirir, nəhayət, özünü tap
mağı qətiləşdirir. "Kim olmalı?" sualı "Necə olmalı?” sua
lına adlayır! Artıq tələbə rolunu oynamaq yox, müəllim si
masını qazanmaq niyyətinə sığınır.
Əntiqə sosial-mənəvi cəhətdən şəxsiyyət olaraq peda
qoji fəaliyyətini idarə edir, necə deyərlər, taleyinin öhdə
sindən gəlməyi bacarır. Günlər keçdikcə (əsərdə qısa za
man nisbi götürülmüşdür) o, öz mövqeyində zəruri ümumi-
ləşdirmələr aparır: biliyə və təcrübəyə yiyələnir, həyat
prinsiplərini seçməyə başlayır, "davranış xətti"ni müəy
yənləşdirir. Daha bir seçim; ictimai qayə. Qadınların mək
təbə ayaq açması, oxuması problemi. Amma bu yol Ənti-
qənin həyatından, nümunə olmasından keçməlidir. Mir
Cəlal bu məsələni incəliyilə verir: "Bu kənddə və mahalda
qadın xeylağından müəllim təzə şey idi. İndiyəcən çadra
dan çıxmış azəri qadınların kişilər qabağında igid kimi da
yanıb nitq dediyini görüb göstərən yox idi. Bunu tatarlar da
danışırdılar. Danışırdılar ki, gün buluddan çıxan kimi Sevil
çadradan çıxıb, böyük bir izdihama üz tutub adamları qa
ranlıqdan işığa, Şərq qadınlarını dini mövhümatdan uzaq
laşmağa çağırıb. O, teatr idi, Bakı idi. Nərimanovların, Mir
zə Cəlillərin, Üzeyir bəylərin yanında idi. Bura isə dağın
kəlləsi, Köşkü kəndidir, qara camaatdır. Adını bilmədiyi
miz, atasını belə tanımadığımız qaragöz bir qızın hünəri
dir: Yox, sən öləsən, bu qız kəndçiləri oxudacaq, görər
sən!” Əntiqə yetkin şəxsiyyət kimi bəzi məqsədləri daha
vacib, mühüm amallara tabe edir, strateji planlarını qabar
_________________ ______
238
----------------------------------------
dır, şəxsi tələbatları üstün tutur. Kənd uşaqları istər-istə
məz məktəbə gələcəklər, bunun işartısının bünövrəsi qo
yulmuşdur. Hərçənd, o şəxsi istəyini büruzə vermir, amma
şagirdi Rəhimin ürəyindən keçənlər çox şeyi pıçıldayır və
gələcəyin öhdəsinə buraxır: "Əntiqəni eşitdikcə Rəhimin
fikri ayrı yerlərdə cövlan vururdu: Görəsən bu ceyran qız
kimə qismət olacaq, ilahi? Görəsən onun gözaltısı varmı?
Görəsən ata-anası onu dağ kəndlərinə necə ürək eləyib
buraxıb? Adam soyan azdımı, faytona basıb qaçırtmazlar-
m ı ? ”
Əntiqə daha bir cəsarətli, risqli addım atır, azyaşlı qız
ların oxuması işinə əl qatır və bunun qorxulu olduğunu bi
lir: O, dərsdə "hazırqayib" edir:
Murad Həsənzadə.
- Zərifə Əli qızı.
- Qurban Qurbanoğlu.
-Ə d a lə t Teymurlu...
Ədalətin adı gələndə uşaqlar bir ağızdan dedilər:
- Onu jurnaldan poz - gəlməyəcək! Nişanlanıb! - Ana
sı buraxmır! - Atası qoymur".
Əntiqə Ədalətin dərsə gəlməməyinin səbəblərini öyrə
nir və üç gündür nişanlandığını eşidir. O, yollar axtarır, ru
hi həyəcan keçirir. Bəs nə etməli? Əntiqənin hərəkət tər
zi. bir müəllim kimi narahatlığı dəyişkən sosial şəraitə uy
ğunlaşmalı, yaxud sədləri aradan qaldırmalıdır. Öncə, hə
yati ziddiyyətləri həll edərkən, fəaliyyətinin davamına va
rarkən iradəsini, psixoloji ehtiyatlarını səfərbərliyə almalı
dır. Belə ki, məsələnin povestdə qoyuluşu "ictimai insan"
məfhumunu doğurur; Əntiqənin öz həyatı amalını müstəqil
(o, təkdir kənddə, məktəbdə də) idarə etmək tələbatı onun
fərdi inkişaf - ontogenez prosesində məqsədi uğrunda mü
barizəsini təşkil edir. Belə halda lazım gəlir ki, ümumiyyət
_______________________
239
_______________________
Dostları ilə paylaş: |