Iın bütün digər əsərlərilə bir cərgədə durur və bu mənada
camaatın ən vacib tələblərini təmin edən və ömrü uzun ol
mayan belletristika əsərlərindən ciddi bir surətdə seçilmə
lidir52.
Mir Cəlal romanının poetikasında xarakterlərin təmizli
yi, istək və arzuların ümidi, gəncliyin canatması, hisslərin
aldadıcı və qalibliyi, yeni həyata səy və ilaxır sosial-mənə
vi məsələlər dayanır. Xüsusilə, müharibədən sonra ölkə
mizdə (Azərbaycanı nəzərdə tuturam) gedən yeni həyat
yollarında fəaliyyət psixologiyası "Təzə şəhər"də inikasını
tapmışdır. Mən böyük tənqidçimiz Məmməd Arifin Cəfər
Cabbarlının yaradıcılığı haqqında dediyi fikri gətirməli
sandım: İnsanın xarakterindəki gözəl xüsusiyyətlər ancaq
o zaman qüvvətli şəkildə meydana çıxır ki, o, daxilən bö
yük bir məsləklə, böyük bir ehtirasla yaşamış olsun. İnsa
nın mənəvi aləmi, hissləri və fikri belə bir mərkəzə tabe ol
malıdır. Ancaq belə bir fikir və hiss, şüur və duyğu, qəlb və
beyin vəhdəti olduğu zaman və bu vəhdət insanın sürətlə
məqsədə doğru getməsinə kömək etdiyi zaman onun bü
töv xarakteri meydana çıxır. Bu fikir və hiss vəhdəti insa
nın mənəvi simasını, onun xarakterinin tamlığını, həyatın
əsas ruhunu, gözəlliyini təyin edir53.
Və mən bu məqamda alim-ədəbiyyatşünas Yaqub İs
mayılovun konkret roman haqqında obyektiv sözlərini nü
munə gətirməyə bilməzdim: "Təzə şəhər" həyəcanlandırı
cı, sevindirici, diqqətləndirici bir hadisənin - müharibədə
qalib çıxan sovet adamlarının öz evlərinə qayıtması hadi
səsinin təsviri ilə başlanır. Bu hissə, şüura təsir etmək,
diqqəti mühüm hadisə və mətləblərə doğru yönəltmək
üçün uğurlu bir başlanğıcdır54.
52. Belinski V.Q. Seçilmiş məqalələri, Bakı, 1948, s.52.
53. Məmməd Arif. Cəfər Cabbarlının yaradıcılıq yolu, B., 1956, s257.
54. İsmayılov Yaqub. Mir Cəlalın yaradıcılığı, B., 1975, s.151.
_______________________
248
-----------------------------------------
Mir Cəlalın "Bir gəncin manifesti" və "Yolumuz haya
nadır" romanlarından danışmışıq və yazıçının poetikasını
realist istiqamətə yozan tənqidçi münasibətimizi əlbəttə,
dissertasiya tələblərindən yox, ümumi fantomda təhlil et
mişik. Təəssüflüdür, dövrün sosialist realizmi, müsbət
qəhrəman problemləri ədəbi tənqidimizi də çaşdırmışdır,
özü də şüurlu şəkildə. İnqilabdan əvvəlki dövrün realist
təsvirində "milyonlarla insanların ehtiyac içərisində yaşa
ması, aclıq və hüquqsuzluq, sinfi çarpışmalar, müharibə
lər, tökülən qanlar" və sairə tənqidçi hökmləri başdan-aya
ğa uydurmadır; hərçənd, yazıçılar belə bir hadisələri yet
kin şüurla görməmişlər (əsasən, əgər inqilab, çarpışma
Azərbaycanda baş vermişsə müəlliflər heç birinci sinfə
getməmişlər, yaxud bəzisinin 10-15 yaşı olmuşdur) və bu
gün mərhumlardan açıqlama istəmək bizə və onlara nəsib
olsa idi - səmimi etiraf edərdilər. Amma həmən romanlar
da, povestlərdə insan mənəviyyatı, etnogen yaddaşından
gələn fəzilətlər və qəbahətlər təsvirini tapmışdır. Mən
mərhum tənqidçilərə heç vəchlə haqq qazandırmaq istə
məzdim ki: ədalətsiz və ictimai quruluşda faciəviliyi roman
janrının bir ünsürü kimi fağır, kasıb, köməksiz insanların
qəlb aləminin bir əlaməti olaraq bədii əsərə gətirmək bö
yük humanizm və həyata sadiqlik idi - yarlığını qoparma
ğın vaxtı çatmamışmı? Təəssüf ki, yeni nəsil tənqidçilər
asan yola daha çox üstünlük vermişlər - çağdaş nəsrdən
(eləcə də poeziyadan) əsərlər, məqalələr yazmaq həvəsi
nə!
Mir Cəlalın yaradıcılığında da belə bir yanaşma ten
densiyası: bu faciəvilik inqilabdan əvvəl yazmış yazıçıları
mıza (N.Nərimanov, Mirzə Cəlil, M.S.Ordubadi, A.Şaiq və
başqaları) şamil edilməklə yanaşı: Mir Cəlalın "Yolumuz
_______________________
2 4 9
_______________________
hayanadır", "Dirilən adam” və "Bir gəncin manifesti" kimi
romanlarında özünü göstərirdi55.
Yeri gəlmişkən mərhum tənqidçi Qulu Xəlilov Mir Cə
lal yaradıcılığına özəl münasibətini ifadə edir və yüksək
qiymətləndirir. Xüsusilə, Belinskidən gəlmə "romandakı li
rik poeziya" müqayisəsinə qayıdır və yazır ki, dünya ro
manlarına xas olan bir xüsusiyyəti Mir Cəlalın da bir sıra
romanlarında görmək mümkündür; bu da həmən romanlar
da lirik poeziyanın qüvvətli olmasıdır.., lirik təsvir romanda
epik təhkiyə ilə qaynayıb-qarışır ki, bunlardan birinin hara
dan başlayıb, birinin harada qurtarmasını qəti müəyyən et
mək çətindir. Maraqlı cəhət odur, əllinci illərdə yazılan
"Təzə şəhər" romanı haqqında ədəbi fikir xəsislik göstər
mişdir. Belə ki, o illərdə qələmi tənqidi söz axtaran M.Arif,
M.C.Cəfərov, C.Xəndan, O.Həsənov, Ə.Hüseynov kimi
nüfuzlu simalar samballı fikir söyləməmişlər. Mehdi Hü
seyn və Yuri Karasyov56 bəzi mülahizələr demişlər.
Mir Cəlal nəsrinə daima diqqətli olmuş Mehdi Hüseyn
dəfələrlə məntiqli-analitik məqalələrində, çıxışlarında qə
ləm dostunun "Bir gəncin manifesti", "Təzə şəhər" roman
larına subyektiv yanaşmalara obyektiv cavab vermişdir.
"Təzə şəhər" haqqında yazır ki, həmən roman ("Təzə şə
hər" - A.E.) Azərbaycanda yeni bir sahə olan poladəritmə
sənayesi fəhlələrindən bəhs edir.
Mir Cəlalın "Təzə şəhər"i də ədəbi tənqiddən kənarda
qalmadı və o vaxt dəbdə olan "istehsalat romam" kimi qiy
mətləndirildi. Qoy olsun, lakin yazıçı diqqətdən kənar he
kayə də, roman da qələmə alır və ədəbiyyat tarixi istənilən say
55. Xəlilov Qutu. Həyat yaradıcılıq çeşməsidir. B., 1974, s.127.
56. Mehdi Hüseyn. Azərbaycan romam haqqında, Əsərləri, X
c. B., 1979; Karasyov Yuri, Cavabsız qalan suallar, ”Ədəbiyyat
qəzeti”, 16.01.52.
_______________________
-2 5 0
---------------------------------------
da belə əsərləri tanıyır. Əgər o, mövzuya girişirsə, məz
munu ədəbi-bədii modelə salırsa, obrazlarını yaxından ta
nıyırsa - artıq daxili iztirabına gəlib çatmışdır, hissləriylə
üzbəüz dayanmışdır və bu proseslərdə uduza da bilir, bir
şərtlə, əsərinə məhəbbətini qorumağı bacarır. Xoşbəxtliyi
ondadır, əsəbləriylə bacarmır, bax, əsil sənətkar bu şəxs
dir. Mən ötəri xatırlamışdım ki, Mir Cəlalla Anton Çexov
arasında ruhi yaxınlıq var və bu, hekayələrindəki satira-
yumorla bağlıdır. Məsələ ondadır, Çexov yaradıcı aləmin
iztirabına sosioloji və mənəvi prizmalardan qiymət verir;
özü də olduğu görümdə. Budur, böyük sənətkar yazır ki,
yazıçı mələk deyil, o, hər şeyi özündə təcəssüm etdirməli
dir. Ruhdan düşə, iztirab çəkə, şən və kədər kimi təbii
hisslər keçirə, kin və məhəbbət göstərə, yalqızlıq hissin
dən əzab çəkə bilər. Lakin onun bu ovqata və hisslərə alu
də olmağa hüququ yoxdur. Həyat və insanlar haqqında
mülahizələrində o, belə ani həyəcan və ovqatlardan yük
səkdə dayanmalı, ali düşüncələrin, məsələlərin obyektiv
baxışların təsirilə deyil, əsəblərin, əsəblərin və yenə də
əsəblərin təsirilə mühakimə yürütməyə yol verməməlidir.
Mir Cəlalın nəsr poetikası "istehsalat romanlarr'nı ta
mamilə inkar etmirsə, hər şey hərəkətdədir, qəhrəmanlar
narahatdır və məqsədin ilkin özülləri təşəkkül sərhəddini
keçir. Sırf məişət situasiyaları hakim deyil, ictimai səciy
yəlidir. Sumqayıtda gedən istehsalatdan doğan mənəvi
prosesləri əvvəlcədən proqnozlaşdırmışdı. Əsərdə qoyu
lan ictimai-əxlaqi ideal saxta təsiri bağışlamır.
Mir Cəlal fəhlələrin quruculuq əzmkarlığını nikbin gö
rürdü və buna inanırdı; insanların fədakarlığını təsvir edir
di. Romanda sosial mühakimə kriminal səciyyə daşımır,
əksinə, işin gedişində ədalətli səslənirdi. Əgər biz Sovet
fəhlə sinfinin əmək mübarizəsinə müsbət yanaşırıqsa, be-
____________________
— 2 5 1
_______________________
Dostları ilə paylaş: |