lə bir tezisi: sosial-ictimai hərəkatın əsl səbəbi şəxsiy
yətin mənəvi tələblərilə cəmiyyətdə qərarlaşmış siste
min doğura biləcəyi ziddiyyət qabarıqdır.
Romana gələcək sosial həyatın doğurduğu və sonralar
gerçəkləşən həqiqət mənasında qiymət versək, bu zəh
mətkeş sinif aldanmağa məhkumdur və cəmiyyət üçün,
deməli, pis adamlardır; yalnız işləmək üçün yaranmışlar-
dır. Mən əlbəttə, Dostoyevskinin "alçaldılmış adamları" ilə
müqayisə aparmaqda bu gün ehtiyat etməzdim. Amma az
sonra qərarımı dəyişdirməli olacağam. Çünki, Dostoyevs-
ki yaradıcılığında da zahirən qəhrəmanları ümidsizlikdən
qaçırlar. Belə ki, sosial yalan Sovet gerçəkliyinin mahiyyə
tinə soxulmuşdu və bu, Dostoyevski üçün də gerçək fakt-
dı, ona görə də problemi mənəvi və praktik müstəviyə çı
xarırdı. Və sual qoya bildi: Bəs nə etməli? Amma bizim
Sovet yazıçıları həqiqətə söykənən sosial yalanın içərisin
də bu sualı qoymağa cəsarət göstərmədilər.
*
*
*
Romanı nəhayət, bir tanışım vasitəsilə tapdım: 1951-
ci ildən üzübəri Mir Cəlalın çapdan çıxmış əsərlərinin heç
bir cildinə salınmamışdır, o cümlədən, vəfatından sonra
da. Bu, bir nüansdır. Xatırlayıram ki, yeddinci sinifdə ikən
(1955) ədəbiyyat müəllimimiz əsəri oxumağı biz şagirdlə
rə tapşırmışdı. Bu yaşımda yenidən oxumağa özümü ha
zırlayırdım, istədim o illərə yenidən qayıdım ki, yadımda
qalan nəsə varmı? Nostalji hisslərdən qaçmaq mümkün-
mü? Gözlərimi yumdum: hə, ilk epizod - üç uşağın dəniz
sahilində çimməsi, Hünərin atasının cəbhədən gəlişi həs
rəti xatirimdə yaşamaqda idi. Yalnız bu təsvirdi!
_______________________
252
----------------------------------------
Düşündüm: Əsər haqqında vaxtilə danışan və subyek
tiv qiymət verən tənqidçilərdən sonra...bəlkə heç oxumağa
ehtiyac yoxdur? Qoy uşaqlıq təəssüratımla kifayətlənim!
Daşındım. Mən artıq öz tənqidi təfəkkürümü formalaşdırdı
ğım bir məqamlarda romanın qatlarına varmalıyam.
"Təzə şəhər" nə üçün bu dərəcədə unudulmuşdur?
Əsərdə qüsurlar axtaran (nöqsansız əsər, deməli, boş fan
tastik ədəbi materialdır) tənqidçilər Yunis Əhmədov obra
zını "çək-çevirə" salanda, Səfər kişini daha görməyəndə
ilk səhifələrdən dərin nikbin ovqat və kövrək nostalji hiss
lərini ödəyən əsərin üstündən niyə yan keçmişlər? Nisbi
olsa da romanın süjet xəttinə bir körpü salan uşaqların za
hiri qayğısızlığı, yalnız balaca Hünərin gözlərini cəbhədən
gələn yollara dikməsi və ümidsizliyi; müharibədə qoyub
orduya çağrılan, istehsalatçıların azlığı ucbatından şəhərin
tikintisinin genşilənməsi, ləngliyi, arxa cəbhədəkilərin
keçmiş iş yoldaşlarının yolunu gözləməsi; nəhayət, Yunis
Əhmədovun leytenant kimi qayıtması nikbinliyə əsas verir...
Müharibənin öz qanunları vardır, hər şey düşmənin
susdurulmasına yönəldilmişdir və Xalq qələbə çalmışdır.
İtkilər isə bol-boldur. Qayıdanlar azdır. Amma arxada, hə
yat məkanında yaşamaq, qurmaq, fəaliyyəti gücləndirmək
iradəsi və emosiyası müsbətdir. Yazıçı məhz bu sosial və
əxlaqi kriteriyadan çıxış edir: Raykom katibi, müəllim, in
şaatçı, gənc nəsil, yaşlı müdrik adam - bütün bunlar tipik-
ləşmişdir. Bir halda Təzə şəhər təzəcə dayanmış mühari
bədən sonra da tikintiylə başa çatmalıdır - qayıdanlar əv
vəlki həvəslə çalışmalıdır...
Mir Cəlal poetikasına xas nikbinlik əhvalı oxucunu
"kökləyir", söhbət əllinci illərdən gedir və tariximizə də
______________________ 2 5 3 ______________________
hörmət etməyə borcluyuq. Yunis Əhmədovun gəlişinə ya
zıçı belə, sevinir. Hələ ordu psixologiyasından ayrılmamış
dır, faşistlərin törətdikləri vəhşilikləri bir şəxsin pıçıldadığı
ana fəryadında duyur, qəlbini boğmur. Bunlar öz yerində.
Mir Cəlal yüksək əxlaqi ilk öncə oxucuya təqlin edir: Ailə
qayğısı, övlad tərbiyəsi olmadan Vətəni də sevmək puç bir
xülyadır. Bir də axı, müharibə minlərlə azərbaycanlını da
udmuşdur. Yeni nəsil bu boşlüğü doldurmalıdır. Və yazıçı
yanılmamışdır: "Bu gün qatar Təzə şəhərə yaxınlaşdığı
saatlarda Yunisin xəyalı nədənsə Sevillə, ailə ilə, körpə
Hünər ilə daha çox məşğul idi. Elə məşğul idi ki, kupesin
də nələr olduğunu, uzaq yollara gedən, ona görə də arxa
yın-arxayın soyunub dincələn, deyib-gülən cəbhə yoldaş
larının bəzən nə dediyini də seçmirdi..."
Bu epizoda sadə bir təsvir gözü ilə yanaşmaq düzgün
olmazdı. Romana belə meyardan tənqidi münasibətdir ki,
lazımi dərəcədə "açılmamışdır” . Biz bu məsələdə "əxlaqi
uzaqlaşma", yəni əxlaqi soyuqluq anlamına müəllif müna
sibətini görürük. Sovet ideologiyası, şübhəsiz, insanda
əxlaqi münasibətləri şeylərin münasibətlərilə sanki eyni
ləşdirirdi və nəticə olaraq neytral qeyri-insani münasibət
lər kimi təzahür edirdi; insan bir əşya nəzərində funksio
nal istifadə predmetiydi. Bir soyuq laqeydliklə davranışla
rını büruzə vermirdilər. Yunis Əhmədov oğlunu və arvadı
Almas müəlliməni isti həsrətlə qarşılamağa özünü hazırla
yır, bir azərbaycanlı kişisi temperamentində: "Yunis tək və
əziz oğlunu məktəb həyətində, əlində çanta ədəb-ərkan ilə
yeriyən görəndə bir təhər oldu. Qəlbində qan qaynadı, vü
cudundan bir isti keçdi, əsəbləri titrədi. Özü hiss etmədən
dodaqları qaçdı, gözləri yaşardı. Üzünə qızartı gəldi. Dö
_______________________
254
----------------------------------------
yüşlərdə bərkimiş qəlbinin nəsə isti bir havaya tutulub,
mum kimi yumşaldığını düşündü, bir şeyi qucaqlamaq, ya
əhatəli bir söz demək istəyənlər kimi qollarını yana açdı.
Deyəsən o, oğlunu bağrına basmaq istəyirdi".
Mir Cəlal təbii şəkildə azərbaycanlı atanın, ordudan
tərxis olunan keçmiş zabitin əxlaqi səbatlığını, müsəlman
lığını, türklüyünü sezdirir. Bəllidir ki, Sovet ideologiyasının
tərkib hissəsi olan kommunist tərbiyəsi bizlərin - azərbay
canlıların davranışı "əxlaqi uzaqlaşma" prinsipi üzərində
qurulmuşdu və çoxplanlı idi. Bu o deməkdi: əxlaqi sərvət
lərimizi irəli sürmək (ümumi plandı - məkanda) və yarat
maq (rəsmiləşdirmək), onun əxlaqi subyekti kimi qabiliyy
əti məhvə məhkumdr. Normalar, qaydalar uzaqlaşdırıldıq-
ca, əxlaqi imperativlik (məcburilik) yerini möhkəmləndirirdi.
Yunis Vətəni Azərbaycanı dəhşətli sevir, lakin rus və
qeyri millətdən olan əsgərlərin yanında bu hissini büruzə
vermək istəmir. Lakin yazıçı qəhrəmanını anlayır və onu
qatarda təsvir edir; necə də təbii, nostalji üslubda: "Yuni
sin ürəyi çırpındı. Pəncərədən boylanıb aşağı baxdı, yadı
na nə düşdüsə, tez yoldaşları ilə görüşüb qapıya tərəf yö
nəldi. Yunis vaqondan düşən kimi gündən kiçilən, sevinc
dən isə böyüyən gözlərilə əvvəlcə dörd yana baxıb geniş
və rahat nəfəs aldı. Çamadanını yerə qoyub, əsgər köynə
yini, kəmərini təkrar düzəltdi, səkilərdə görünənlərə göz
gəzdirib tanış axtardı. Vağzalda çalışanların çoxu qadınlar
idi. Bufetdə yalnız ağ önlüklü cavan bir oğlan görünürdü,
axsamağından müharibə əlilinə oxşayırdı. Yunis ondan bir
şey soruşmaq istədi. Sonra lazım bilməyib səkidən çıxdı,
qabaqda görünən kiçik ağaclığa yollandı".
Bu iktibasa bir neçə yönümdən də baxmaq mümkün
_______________________
2 5 5
----------------------------------------
Dostları ilə paylaş: |