dür. Vətən həsrətindən savayı kişilərin cəbhədən qayıtma-
ması, qadınların istehsalatda çoxluq yaratması, gələnlərin
əksərinin əlil olması. Bu müşahidə Yunisin gələcək plan
larına aydınlıq gətirir. O, bir zabit olaraq cəbhədə qala da
bilərdi və buna böyük ehtiyac çoxuydu, lakin "özgə aləm"
onu cəlb etmir, əks halda, əxlaqi aləmdən uzaqlaşması
baş verərdi, anlaşılmazlıqla, soyuqluqla əhatə olunardı.
Yunisin ilk dəfə vaxtilə işlədiyi yerə - trestə gəlməsi,
köhnə tanışları ilə görüşməsi, sürücü Ağabala ilə rastlaş-
ması romanın süjetinə xeyirxah insanların daxil olması
mesajını göndərir, xüsusilə Ağabalanın davranışı...
Yunis Əhmədov obrazı haqqında danışanlar onun xa
rakterini, fərdi keyfiyyətlərini ictimai quruluşun kontekstin
dən ayırır, subyektiv mülahizə söyləyirlər, təəssüf belə ya
naşmaya Yaqub İsmayılovun da fikirlərində rast gəlirik.
Yunis Əhmədov 20-ci illərdə Azərbaycan gənclərinin kom
somol, yaxud partiya təhsili almaq üçün göndərilənlərin ti
pik nümayəndəsidir. Onlardan müharibədən sonra sağ qa
lanları biz nəsil yaxşı tanıyırdıq və işlərinə, vəzifələrinə xə
yanət etmədən yaşa doldular və XXI əsrə qalmadılar. Yu
nis də onlardan biridir və Mir Cəlal bu obrazı o qədər can
lı, tarixi faktlar fonunda təsvir etimşdir ki, bədii simasından
çıxmışdır. Yazıçı bu azərbaycanlı gəncdə bəzi xüsusiyyət
ləri - cəhətləri ümumi halda - şəxsiyyət kimi formalaşması
prosesini təkamüldə yaratmışdır. Belə ki: çeviklik, iradəli-
lik, inadkarlıq, sözübütövlük və s. əyaniləşir və sonralar
bunlar onun cizgilərində davam edir. Müəllif öz qəhrəma
nını təsadüfən, oxucu marağı naminə Moskva mühitinə
göndərməmişdir. O, bir müqtədir müəllim - pedaqoq intua-
siyası və həqiqətiylə yeni cəmiyyətin gənc mütəxəssislə
_______________________
256
----------------------------------------
rində bir şəxsiyyət bütövlüyü üçün ilk növbədə əxlaqi idrak
məzmununun inkişafında mənəvi tərəqqinin rolunu verir.
İnsan vaxtında savada, dünyagörüşünə yiyələnməzsə, əx
laqın tərkib hissəsi olan davranışı münasibətlərin mühüm
təcrübəsini, xüsusi qəbildən olan biliyi - sərvətlər və həya
ti məqsədlərə xidmətli olan savadı toplamağı bacarmaz.
Sabah o, deyək ki, Yunis Əhmədov idarəetmədə, kollekti
və rəhbərlikdə qəbahətlərə yol verər. Ona görə də əxlaqın
(bütöv halda) müsbət cəhətlərinin təkmilləşməsi cəmiyyət,
kollektiv üçün, eləcə də fərdin özü üçün davranış xəttinin
maksimum faydalı seçilməsi imkanını reallaşdırır. Yunis
Əhmədovu hələ irəlidə mürəkkəb situasiyalar, təmaslar,
sosial münasibətlər gözləyir. Yunisi, yeniyetmə bu oğlanı
yazıçı cəmiyyətin əbədi bir "xəstəliyilə”, insanların isə ağ
rısı ilə üz-üzə qoyur.
" - Yoldaş hökümət, Sarvan kəndində yer paylananda
mənə zülm olub.Yeddi baş əvəzinə beş baş yazıblar. Diri
gözlü iki uşağımı danıblar. Uşaqları da gətirmişəm, aşağı
dadır, təvəqqe eləyirəm ərizəmə baxılsın.
Müavin onun familiyasını soruşdu.
- Necə olub ki, sənin ailəni az yazıblar?
Kəndli yer paylanmasının təfsilatını danışmaq istəyən
də müavin onun sözünü kəsdi. Barmağı ilə dəhlizin sol tə
rəfinə işarə elədi:
- Get - dedi, - on dördüncü otağa. Bunların hamısını
danış, qoy yazsınlar".
Gəlin, bu epizoda elə də sadə baxmayaq və Mir Cəla
lın digər romanlarında olduğu ovqatla proqnozunu qiymət
ləndirək. O baxımdan: bədii əsər o zaman əbədi yaşarlıq
hüququ qazanır - cəmiyyətə üzünü tutub diqtəsinin inad-
______________________ 2 5 7 --------------------------------------
karlığını pıçıldayır: hələ düzəlməmisiniz? Hökümət mə
murları hələ özünüzə qoyulmamısınız? - Necə ki, müstə
qilliyimizin müasir çağında qapıları döyən soydaşlarımızın
silkindən: ziyalılığından, fəhləliyindən və s. asılı olmaya
raq şikayətləri havaya sovrulur, rəsmi ərizələr arxivlərə tu-
lazlanır. Mir Cəlalın bu kəskin etirazından (halbuki, əsərdə
şikayət qanuni, insani ölçüdə baxılır) nəticə çıxarmamaq
artıq absurdlaşmışdır. Camaatı saya salmayan Yunis Əh
mədovun nəvələri görəsən niyə bu anti əxlaqa yiyələnmiş
lər? Niyə belələrinin əxlaqi şüurunun strukturu və funksi
yaları təkmilləşmir? Ona görə ki, bu mənfi intellekt və
emosiya qəlbin ehtiyaclı hisslərini, ümidlərini doğrultmaq
qabiliyyətindən uzaqdır. Mir Cəlal tək deyildi və sələfləri,
hətta dünya ədəbiyyatının V.Şekspir, F.Dostoyevski,
L.Tolstoy, A.Çexov, M.Qorki və b. korifeylər əsərlərində in
sanın ruhi vəziyyətlərini bütöv şəkildə təsvir etmişlər,
mənfi adamların əxlaqi-psixoloji xarakteristikalarını açıqla
mışlar - siyasətçilər demişkən...
Yunis Əhmədovun vücudunda inadkarlıqla romantiklik
paralel hərəkət edir; buraya mən iradəni də əlavə edərdim.
Moskvaya getmək arzusu, qatarda xəyali niyyət, şəhərin
özündə heyrətlilik - Mir Cəlalın həzin təsvir üsuludur. İmta
han vaxtı, vəziyyətin hələ durulmadığı bir məqamda onun
xarakterindən doğan romantikliyi baş qaldırır. Oxuyuruq:
"Yunis həyət qapısından geniş, izdihamlı küçələrinə çıxdı.
Məyusluğunu gizlətmək, deyə-gülə, dəstə-dəstə, sağa-so
la ötən insanlara qoşulmaq istədi. Sərin payız gününün
xoş havasında, böyük şəhərin geniş küçələrində insan
əlindən tərpənmək olmurdu. Əli çantalı, yeyin gedən xa
nımlar, portfellilər, cəld yeriyən işçilər kim bilsin haralar
_______________________
258
----------------------------------------
dan, uzaqlardan gələn və Yunis kimi həvəslə şəhərin uca
binalarına tamaşa edənlər, hamıdan çox seçilən məktəb
uşaqları" Yunisdə yaxşı mənada bir qibtə hissi yaranır ki,
bu isə onu öz arzusuna çatmaq inadını doğurur. Yunis Əh
mədov Moskvada az sonra ona dərs deyəcək qayğıkeş in
san Stepan Dimitriyeviç Mixailovdan həm yaxşılıq görür,
həm də məsləhətinə əməl edir. Savadı olmayan, yazısı da,
dili də naqis bu gənc inadı və iradəsilə etimadı doğruldur.
Ona mütaliədə örnək Maksim Qorki idi. Yazıçı bu ədibi
seçməkdə təsadüfə yol verməmişdir. M.Qorki ümumiyyət
lə, Bakıda olmuş, bu şəhəri Neapol gecələri ilə müqayisə
etmiş, yazıçılarımızla dostluq əlaqəsini kəsməmişdir.
M.Cəlal pedaqoqluğunu büruzə vermişdir iki məqamda.
"Gülzar" dərsliyinə salınmış Qorkinin bu şeirini xatırladır
və o illərin məktəbinə ayaq açmış "briqada üsulu"nun tət
biqinə toxunur.
Şeir ibrətlidir:
Gün ki, səhərlər çıxır, axşam batır,
Əksik olmaz zülməti zindanımın.
Sanma ki, bir ləhzə keşikçim yatar,
Fikri qalıb məndə nigahbammın.
Ax, siz a zəncir, a zəncirlərim!
Yunis Əhmədov müsbət, işinə qarşı fanatikdir. Və o,
quru təsiri də bağışlayır, çünki, daxili aləmini, hisslərini
açmır. Mir Cəlalı bunda tənqid etmək istəməzdim, ideolo
giya, gənclikdə əməksevərlik ruhu aşılamaq ən başlıca de
viz idi ki, məşhur "öhdəlik" anlayışı az qala Sovetin ailə-
məişətinə də ayaq açsın!
______________________
-2 5 9
---------------------------------------
Dostları ilə paylaş: |