A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə65/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   61   62   63   64   65   66   67   68   ...   82

dür.  Vətən  həsrətindən savayı  kişilərin cəbhədən qayıtma- 
ması,  qadınların  istehsalatda çoxluq  yaratması,  gələnlərin 
əksərinin  əlil  olması.  Bu  müşahidə  Yunisin  gələcək  plan­
larına  aydınlıq  gətirir.  O,  bir zabit  olaraq  cəbhədə  qala  da 
bilərdi  və  buna  böyük  ehtiyac çoxuydu,  lakin  "özgə  aləm" 
onu  cəlb  etmir,  əks  halda,  əxlaqi  aləmdən  uzaqlaşması 
baş  verərdi,  anlaşılmazlıqla,  soyuqluqla  əhatə  olunardı.
Yunisin  ilk  dəfə  vaxtilə  işlədiyi  yerə  -  trestə  gəlməsi, 
köhnə  tanışları  ilə  görüşməsi,  sürücü  Ağabala  ilə  rastlaş- 
ması  romanın  süjetinə  xeyirxah  insanların  daxil  olması 
mesajını  göndərir,  xüsusilə  Ağabalanın  davranışı...
Yunis  Əhmədov  obrazı  haqqında  danışanlar onun  xa­
rakterini,  fərdi  keyfiyyətlərini  ictimai  quruluşun  kontekstin­
dən  ayırır,  subyektiv  mülahizə söyləyirlər,  təəssüf  belə ya­
naşmaya  Yaqub  İsmayılovun  da  fikirlərində  rast  gəlirik. 
Yunis Əhmədov 20-ci  illərdə Azərbaycan gənclərinin  kom­
somol,  yaxud  partiya təhsili  almaq  üçün göndərilənlərin ti­
pik nümayəndəsidir.  Onlardan müharibədən sonra sağ qa­
lanları  biz nəsil yaxşı tanıyırdıq və işlərinə, vəzifələrinə xə­
yanət  etmədən  yaşa  doldular  və  XXI  əsrə  qalmadılar.  Yu­
nis  də onlardan  biridir və  Mir Cəlal  bu obrazı  o qədər can­
lı, tarixi  faktlar fonunda təsvir etimşdir ki, bədii simasından 
çıxmışdır.  Yazıçı  bu  azərbaycanlı  gəncdə bəzi  xüsusiyyət­
ləri  -  cəhətləri  ümumi  halda -  şəxsiyyət  kimi  formalaşması 
prosesini  təkamüldə  yaratmışdır.  Belə  ki:  çeviklik,  iradəli- 
lik,  inadkarlıq,  sözübütövlük  və  s.  əyaniləşir  və  sonralar 
bunlar  onun  cizgilərində  davam  edir.  Müəllif öz  qəhrəma­
nını  təsadüfən,  oxucu  marağı  naminə  Moskva  mühitinə 
göndərməmişdir.  O,  bir müqtədir müəllim -  pedaqoq  intua- 
siyası  və  həqiqətiylə  yeni  cəmiyyətin  gənc  mütəxəssislə­
_______________________
256
----------------------------------------
rində bir şəxsiyyət bütövlüyü  üçün ilk növbədə əxlaqi  idrak 
məzmununun  inkişafında  mənəvi  tərəqqinin  rolunu  verir. 
İnsan vaxtında savada,  dünyagörüşünə yiyələnməzsə,  əx­
laqın  tərkib  hissəsi  olan  davranışı  münasibətlərin  mühüm 
təcrübəsini, xüsusi  qəbildən olan biliyi  - sərvətlər və həya­
ti  məqsədlərə  xidmətli  olan  savadı  toplamağı  bacarmaz. 
Sabah  o,  deyək  ki,  Yunis  Əhmədov  idarəetmədə,  kollekti­
və  rəhbərlikdə  qəbahətlərə yol verər.  Ona  görə də  əxlaqın 
(bütöv halda)  müsbət cəhətlərinin təkmilləşməsi  cəmiyyət, 
kollektiv  üçün,  eləcə  də  fərdin  özü  üçün  davranış  xəttinin 
maksimum  faydalı  seçilməsi  imkanını  reallaşdırır.  Yunis 
Əhmədovu  hələ  irəlidə  mürəkkəb  situasiyalar,  təmaslar, 
sosial  münasibətlər  gözləyir.  Yunisi,  yeniyetmə  bu  oğlanı 
yazıçı  cəmiyyətin  əbədi  bir "xəstəliyilə”,  insanların  isə ağ­
rısı  ilə  üz-üzə  qoyur.
" -   Yoldaş  hökümət,  Sarvan  kəndində  yer  paylananda 
mənə  zülm  olub.Yeddi  baş  əvəzinə  beş  baş  yazıblar.  Diri 
gözlü  iki  uşağımı  danıblar.  Uşaqları  da gətirmişəm,  aşağı­
dadır,  təvəqqe  eləyirəm  ərizəmə  baxılsın.
Müavin  onun  familiyasını  soruşdu.
-   Necə  olub  ki,  sənin  ailəni  az yazıblar?
Kəndli  yer paylanmasının təfsilatını  danışmaq  istəyən­
də müavin onun  sözünü  kəsdi.  Barmağı  ilə dəhlizin sol tə­
rəfinə  işarə  elədi:
-  Get -  dedi,  -   on  dördüncü  otağa.  Bunların  hamısını 
danış,  qoy yazsınlar".
Gəlin,  bu  epizoda elə də  sadə  baxmayaq  və  Mir Cəla­
lın digər  romanlarında  olduğu  ovqatla  proqnozunu qiymət­
ləndirək.  O  baxımdan:  bədii  əsər  o  zaman  əbədi  yaşarlıq 
hüququ  qazanır  -  cəmiyyətə  üzünü  tutub  diqtəsinin  inad- 
______________________ 2 5 7 --------------------------------------


karlığını  pıçıldayır:  hələ  düzəlməmisiniz?  Hökümət  mə­
murları  hələ  özünüzə  qoyulmamısınız?  -  Necə  ki,  müstə­
qilliyimizin  müasir çağında qapıları  döyən soydaşlarımızın 
silkindən:  ziyalılığından,  fəhləliyindən  və  s.  asılı  olmaya­
raq şikayətləri  havaya sovrulur,  rəsmi  ərizələr arxivlərə tu- 
lazlanır.  Mir Cəlalın  bu  kəskin etirazından  (halbuki,  əsərdə 
şikayət  qanuni,  insani  ölçüdə  baxılır)  nəticə  çıxarmamaq 
artıq  absurdlaşmışdır.  Camaatı  saya  salmayan  Yunis  Əh­
mədovun  nəvələri  görəsən niyə bu anti  əxlaqa yiyələnmiş­
lər?  Niyə  belələrinin  əxlaqi  şüurunun  strukturu  və  funksi­
yaları  təkmilləşmir?  Ona  görə  ki,  bu  mənfi  intellekt  və 
emosiya  qəlbin  ehtiyaclı  hisslərini,  ümidlərini  doğrultmaq 
qabiliyyətindən  uzaqdır.  Mir  Cəlal  tək  deyildi  və  sələfləri, 
hətta  dünya  ədəbiyyatının  V.Şekspir,  F.Dostoyevski, 
L.Tolstoy, A.Çexov,  M.Qorki və b. korifeylər əsərlərində in­
sanın  ruhi  vəziyyətlərini  bütöv  şəkildə  təsvir  etmişlər, 
mənfi adamların əxlaqi-psixoloji  xarakteristikalarını  açıqla­
mışlar -  siyasətçilər demişkən...
Yunis Əhmədovun  vücudunda  inadkarlıqla  romantiklik 
paralel hərəkət edir; buraya mən  iradəni  də əlavə edərdim. 
Moskvaya  getmək  arzusu,  qatarda  xəyali  niyyət,  şəhərin 
özündə  heyrətlilik - Mir Cəlalın  həzin təsvir üsuludur.  İmta­
han  vaxtı,  vəziyyətin  hələ  durulmadığı  bir məqamda  onun 
xarakterindən  doğan  romantikliyi  baş  qaldırır.  Oxuyuruq: 
"Yunis  həyət qapısından  geniş,  izdihamlı  küçələrinə çıxdı. 
Məyusluğunu  gizlətmək,  deyə-gülə,  dəstə-dəstə,  sağa-so­
la  ötən  insanlara  qoşulmaq  istədi.  Sərin  payız  gününün 
xoş  havasında,  böyük  şəhərin  geniş  küçələrində  insan 
əlindən  tərpənmək  olmurdu.  Əli  çantalı,  yeyin  gedən  xa­
nımlar,  portfellilər,  cəld  yeriyən  işçilər  kim  bilsin  haralar­
_______________________
258
----------------------------------------
dan,  uzaqlardan  gələn  və  Yunis  kimi  həvəslə şəhərin  uca 
binalarına  tamaşa  edənlər,  hamıdan  çox  seçilən  məktəb 
uşaqları"  Yunisdə yaxşı  mənada  bir qibtə  hissi  yaranır  ki, 
bu isə onu öz arzusuna çatmaq inadını doğurur.  Yunis Əh­
mədov Moskvada az sonra ona dərs deyəcək qayğıkeş  in­
san  Stepan  Dimitriyeviç  Mixailovdan  həm  yaxşılıq  görür, 
həm də məsləhətinə əməl edir. Savadı olmayan, yazısı da, 
dili  də naqis  bu  gənc  inadı  və iradəsilə etimadı  doğruldur. 
Ona  mütaliədə  örnək  Maksim  Qorki  idi.  Yazıçı  bu  ədibi 
seçməkdə təsadüfə yol  verməmişdir.  M.Qorki  ümumiyyət­
lə,  Bakıda  olmuş,  bu  şəhəri  Neapol  gecələri  ilə  müqayisə 
etmiş,  yazıçılarımızla  dostluq  əlaqəsini  kəsməmişdir. 
M.Cəlal  pedaqoqluğunu  büruzə  vermişdir  iki  məqamda. 
"Gülzar"  dərsliyinə  salınmış  Qorkinin  bu  şeirini  xatırladır 
və  o  illərin  məktəbinə  ayaq  açmış  "briqada  üsulu"nun  tət­
biqinə toxunur.
Şeir ibrətlidir:
Gün  ki,  səhərlər çıxır,  axşam  batır,
Əksik  olmaz zülməti  zindanımın.
Sanma  ki,  bir  ləhzə  keşikçim  yatar,
Fikri  qalıb məndə  nigahbammın.
Ax,  siz a zəncir,  a zəncirlərim!
Yunis  Əhmədov  müsbət,  işinə  qarşı  fanatikdir.  Və  o, 
quru  təsiri  də  bağışlayır,  çünki,  daxili  aləmini,  hisslərini 
açmır.  Mir Cəlalı  bunda tənqid  etmək  istəməzdim,  ideolo­
giya, gənclikdə əməksevərlik ruhu aşılamaq ən başlıca de­
viz  idi  ki,  məşhur  "öhdəlik"  anlayışı  az  qala  Sovetin  ailə- 
məişətinə  də  ayaq  açsın!
______________________
-2 5 9
---------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə