A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə66/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   62   63   64   65   66   67   68   69   ...   82

Yunis Əhmədov,  xüsusilə,  yağış-sel vaxtı  öz  işgüzarlı­
ğını bir daha göstərir. Yazıçı əlvan təsvirilə fəhlə və qulluq- 
çularıgözləyəcək çətinliyə  hazırlayır:  "Buludlar Qafqaz  sil­
siləsindən,  qarlı,  buzlu  zirvələrdən  keçdikcə  yaş  pambıq 
kimi  ağırlaşır,  kəsifləşir,  enib Xəzər üstündə üzmək əvəzi­
nə sahil boyu düzlüklərə düşüb aşağı  doğru gəlir, getdikcə 
sürət  kəsb  edirlər.  Qəsdən  gəlirlər.  İpək  ətəklərindəki  bu­
lanıq  suyun  bir damcısını  da  itirmədən,  ağır yeriş  ilə gəlir­
lər.  Buraya dağ  silsilələri  qurtaran yerə,  Abşeron düzənliyi 
başlanan  yerə,  Əhmədov  Yunisin  inşaat  meydançalarına 
çatanda  əllərini  boş  qoyub  yüklərini  boşaldırdılar.  Geniş 
düzənliyi  bir anda  sərin  qar suyuna  qərq  edirlər..."
Yunis  isə  nigarandır,  buludun  keçməsi  intizarını  yaşa­
yır.  Bulud  isə  keçmir,  üfüqləri  örtüb  dayanır,  trestin  həyə­
tində yağışın başına döydüyü cavan ağacların enib-qalxan 
budaqlarına,  asfalt  üstündə  dolub-daşan  xırda  gölməçələ­
rə,  onlardan  birikib  axan  bulanıq  sulara  tamaşa  edirdi. 
Amma  bir təsadüf Yunusun  "nəfəs almasına"  imkan  verir, 
üç  nəfər  qonağı,  xüsusilə  vaxtilə  məktəbi  oxumasına  kö­
məklik  etmiş,  məşhur  Kazımzadə  ilə  görüşür.  Onlar  bura­
ya  gəlirlər,  sel-yağışın  əlindən  kinomexanik  Musanı  tanı­
yır.  M.Cəlal  sırf  istehsalat  söhbətini  ortaya  gətirir.  Xüsusi­
lə,  işçi  qüvvəsinə  böyük  ehtiyacdan  danışır  Yunis  Əhmə­
dov.  Və  imkan  yaradıb  müəllif  ötən  xatirəyə  qayıdır.  Sən 
demə,  yuxarıda  dediyimiz  kimi,  Kazımzadənin  haqqı  var 
imiş:  Kazımzadə  söhbəti  Yunisin  özünə  gətirəndə,  onun 
nə  zamandan  burada  çalışdığını  soruşanda  Yunis  çoxdan 
demək  istədiyi  bir sözə fürsət tapdı:
-   Mənim  boynumda,  -  dedi,  -  şəxsən  sizin  haqqınız
var!
_____ ______________________________________________________
260
--------------------------------------------------------------------------------------- —
Kazımzadə  Yunisə  diqqətlə  baxıb  fikirləşirdi:  "Bunu 
mən nəvaxt irəli çəkmişəm? Partiyaya daxil olmağa zəma- 
nətmi  vermişəm?  Hansı  təsərrüfat  kompaniyasında  gör­
müşəm,  təltif  işindəmi?  Xatırlaya  bilmirdi.
-  Yadıma gəlmir.  Harada  görüşmüşük?
Yunis dedi:
-  Yadınıza  gəlməz.  Sizin  qapınıza  yüzlərlə  dam  gəlir­
di.  O  zaman  mən  lap  uşaq  idim.  Moskvaya,  fəhlə  fakültə­
sinə  getməyə  siz  kömək  etdiniz.  Məni  Maarif  Komissarlı­
ğına göndərdiniz!.."
Kazımzadə xoş bir xatirəni  yaşayır.  Mən deyərdim:  bu 
obraz  geniş  yer  tutmur  və  epizodik  halda  görünür.  Lakin 
dərin  təsir  oyadır  oxucud\a.  Biz  burada  varisliyi  görürük. 
O,  vaxtilə  Yunisə  köməklik  göstərmişdir,  eləcə  də  digər 
gənc nəslin nümayəndələrinə.  Artıq  ikinci  nəsil yetişmişdir 
və  bunlar da  üçüncü  nəsli  hazırlayırlar.
Kazımzadə işin axarına salınmasını görəndə qürur his­
si  keçirir.  Və  biz  bu  insanların,  başda  Yunis olmaqla  əxla- 
qi  motivasiyasını  yaxından  duyuruq,  cəmiyyət  şəraitində 
təzahür  edir.  Şəxsiyyətin  borcu  və  inamı,  məsuliyyəti  və 
iradəsi  əxlaqa  müvafiq  gələn  təsəvvürlər  əksini  tapır  və 
onun vasitəsilə tərbiyə edilir.  Obrazların daxili  motivasiya- 
sı  nəinki  onların  öz  davranışını  tənzimləməyə,  habelə  öz 
əxlaqi  şüurunun  vəziyyətindən  asılı  olaraq  özünə  nəzarət 
etmələrinə də  imkan  yaradır,  yardımçı  rolunu oynayır.  Yu­
nis  Əhmədov  və  digər  inşaatçılar,  rəhbər  kadrlar  ləyaqət­
siz  niyyətlərə  qarşı  çıxırlar,  mənfi  emosiyalı  motivləri  kə­
nara  atırlar.  İşin  gedişində,  müşavirələrdə,  göstərişlərdə 
və s.  əxlaq öz  inkişaf yerini  tutduqca,  onlarda özlərinə  nə­
zarətin  müxtəlif psixoloji durumları formalaşır və vətənpər- 
_______________________
2 6 1
----------------------------------------


vərlik,  insanpərvərlik motivləri  mexanizmi  rolunu görür. Bu 
isə  sosializm  cəmiyyətində  şəxsiyyətin,  hər bir fərdin  tək- 
milləşməsiydi,  ona  meyildi.  Yunis  qonaqları  yerbəyer 
edəndən  sonra,  yataqda  da  iş  barədə  düşünür,  fəlakətin 
ötüb-keçəcəyini  səbirsizliklə gözləyir:  "Haçandan  haçana, 
lap  o  başdana  yaxın  sərin  külək  gücləndi,  buludları  qovub 
Cənuba  doğru  apardı.  Göyün  üzü  açılmağa,  uzaq  üfüqlər­
də,  sanki  yağışın  yuyub  təmizlədiyi  göydə  ulduzlar  daha 
parlaq görünməyə başladı.  Yağışın ötdüyünü duyanda Yu­
nis əlini telefona atıb şferi  qaçırmaq  istədi.  Nə düşündüsə, 
danışmadan  telefon  dəstəyini  yerinə  qoydu,  plaşını  çiyni­
nə atdı,  boğazlı çəkmələrini  ayağına çəkdi.  Yatanları  nara­
hat  etməmək  üçün  bormaqucu  yeridi,  səssizcə  evdən  çıx­
dı,  inşaat sahəsinə  yollandı..."
Maraqlıdır  ki,  Yunis  Əhmədovun  simasında,  tipik  ob­
razda  Mir  Cəlal  işə,  xalqa  xidmətə  çağıran  motivləşməni 
insan  həyatından,  onun  psixikasından  ayrı  götürmür.  Psi­
xologiyadan  məlumdur  ki,  insan  öz  davranışını  əxlaqi  ba­
xımından  əsaslandırarkən,  əsasən  mürəkkəb  vəziyyətlər­
də,  əlaqəli  reaksiyalarda,  münasibətlərdə  mühüm  dialoq­
lara,  məşvərətlərə,  mübahisələrə  gəlir.  Belə  halda  o, 
(ümumiləşmiş  obraz  timsalında),  öz  davranışını  seçir, 
onun əxlaqını: fikrini, əqidəsini,  məsuliyyətini qiymətləndi­
rən adamların  rəylərini  fikrən götür-qoy edir.  Məsələn,  Ha­
cıyevlə  ötəri  mübahisədə  Əhmədov  özünü  haqlı  sayır  və 
kənar adamlar da,  şübhəsiz,  ona  haqq  qazandırırlar.  Hacı­
yevdən  həftəlik  məlumat  almağı  Yunis  Əhəmədov  bir 
problemə çevirir.  Hacıyev öz arzusu  ilə onunla telefon  əla­
qəsinə  girir və  aşağıdakı  dialoq  yaranır (bir epizod): 
Hacıyev telefondadır,  danışmaq  istəyir. 
_______________________
262
----------------------------------------
Yunis dəstəyi  qulağına alanda  Hacıyevin səsini  eşitdi:
-  Yoldaş  Yunis!  Bu  qız  (katibə  nəzərdə tutur -  Klaranı 
-   A.E.)  nə  istəyir,  sizin  katibin  deyəsən  dünyadan  xəbəri 
yoxdur?
-   Nə  olbu  bəyəm?
-   Qrafikanı  soruşur.  Görmürmü  ki,  sel  bizim  qrafikanı 
vurdu dağıtdı.
Yunisin  bu söhbətdən  acığı  gəlsə də,  özünü  saxladı.
-  Yoldaş  Hacıyev,  sel  var deyə  biz qollarımızı  yanımı­
za  sala  bilmərik ki.  Dördəlli  işləmək  lazımdır ki,  əvəzi  çıx­
sın.
-  Dörd əl yox, səkkiz əl də selin qabağını  ala bilməz...”
Mübahisə  əsəbi  hal  alır.  Yunis  özünü  haqlı  hesab  edir
və  bir  az  da  pedantçılıq  xarakteri  nümayiş  etdirir.  Şübhə­
siz,  iş,  çətinlik  yarananda  çıxış  yolu  ortaya  gəlməlidir.  La­
kin  insan  amilini  də  unutmamaqla,  Yunis  "biz  Sovet  ada­
mıyıq,  axı" - cavabına  Hacıyev "Sel nə baxır Sovet adamı­
na"  -  deyir.  Bu  iki  bir-birinə  alternativ  cümlədə  xeyli  mət­
ləb  sezilir.  Hacıyev tamamilə  haqlıdır ki,  adamların  xarak­
terini,  davranışını  ümumiləşdirən  bir  mexanizm  olduğu 
təqdirdə  onu  siyasi  kateqoriyalara  ayırmaq  səhvdir  və 
təəssüf  ki,  kommunist  tərbiyəsi  bu  mənbədən  çıxış etmiş­
dir. Yunis müsahibinin davranışını  - əxlaqi aləmini  qiymət­
ləndirə bilmir və bu, özünü qiymətləndirmədir.  Bu  isə əmə­
lin,  işini  bəyənmə,  yaxud  bəyənməmək  (pisləmək)  yolu  ilə 
ictimai  əxlaq normalarına tabe edilməsi  israrıdır. Yunis bil­
məyə  borclu  idi  ki,  insanların  müxtəlif davranış tərzi,  daxi­
li  qayda-qanunu  mövcuddur  və  müəyyən  situasiyalarda 
qoyulan  şərtlərin  imkanlarını  qiymətləndirməklə,  normativ 
tələbi  -  əmri  irəli  sürmək  mümkündür.  Və  Yunis  məsələni 
_________________ -____ 2 6 3 ______________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə