A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə2/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   2   3   4   5   6   7   8   9   ...   82

Dünya  ədəbiyyatının  ehtiyacı  yoxdur  sənətkar  5-10  əsər 
yazsın-ortabab.  Onun  ehtiyacı  var  1-2  əsər  qələmə  alsın- 
dəyərli.  Kompleks  yaradıcılığa  qalsa,  C.Cabbarlıda, 
M.S.Ordubadidə,  S.Vurğunda,  R.Rzada  istənilən  zəif 
əsərlər tapmaq  çətinlik törətməz.  Lazımdır ki,  bir və ya  bir 
neçə  əsərinin  sənətkarlıqla  yazılması,  qarşısına  qoyulan 
ideya,  obrazların  taleyinə  və  ilaxıra  yanaşma  prizmasının 
obyektivliyi  aşılansın.  Konkret  "Bir gəncin  manifesti"  əsə­
rinin  üzərində  bəzi  fikirlərimi  çatdırmaq  istərdim.
Mərhum  yazıçımız  Mir  Cəlal  xüsusilə  gənc  nəslin  ən 
sevimli  sənətkarıdır və şagird  illərindən yadımda "Bir gən­
cin  manifesti”  təsadüfən  qalmamışdır.  Mir Cəlal  görkəmli, 
bəlkə  də  yeganə  məhsuldar  və  orijinal  hekayələr  qələmə 
alan  müəllif  idi.
"Bir gəncin manifesti” əsəri  (roman janrının tələblərinə 
cavab verir)  nə üçün tədris edilmir?  - Sualına bəlkə də bir­
mənalı cavab vermək çətindir.  Bəziləri  marağında əsas da 
onu  tuturlar  ki,  Azərbaycanda  sovet  hakimiyyətinin  qurul­
ması  uğrunda  inqilabi  hərəkat,  yəni  inqilab  əhval-ruhiyyə­
li  bədii  əsərdir və tipik  nümunəsi  Mərdan  obrazıdır.
Mən  bir  keçid  kimi  Bahar  obrazı  haqqında  danışmaq 
istəyirəm;  çünki  bu yeniyetmə  uşaqlarımızın tipik  surətidir 
və  keçmişin  kövrək,  ağrılı  tarixçəsini  özündə  yaşadır. 
Məktəblilər Baharın yaşadığı mühiti, onun anası Sonanı və 
qardaşı  Mərdanı  -  bu  üçlüyün  psixologiyasını  mənimsəyir­
lər,  daha  doğrusu,  ədəbiyyat  müəllimi  bu  obrazları  "açır­
sa",  mənimsədirsə-dərsliyə  hansı  əsər  "qonaq"  çağrılma- 
lıdır?  Bu  günün  ədəbiyyat dərslikləri  ümumi  halda belə bir 
"qəfəs"də  nəfəs alırlar.  Və  qəribədir ki,  bu  sahənin  rəsmi­
ləri  özlərini  müdafiyə  üçün  istehkam  quraşdırırlar.
Şagirdlər  ədəbiyyatın  tədrisindən  "nəyi”  "necə"  yad­
daşlarında  qoruyurlar?  Proqram  və  dərslik  müəllifləri  bu
__________________________ 
6
  ---------------------------------------------------
suallara cavabı tapmağa tam borcludur.  Ona görə ki,  o ya­
şın  (yeniyetməlik və gəncliyin) psixologiyası  bunda  israrlı­
dır. Şagirdə - oxucuya ədəbi zövq müqabilində yanaşılma­
lıdır.  Konkret  Bahar və  Mərdan  obrazlarına  qayıdaq.  Şəx­
sən mən 50-ci  illərin sonuna qədər şagird olmuşam: Tahir, 
Lətifə,  Cəlal,  Humay,  Firudin,  Çapayev,  Hüseynbala,  nə­
hayət Baharı.  Məncə,  ədəbiyyat aləminə yol  bu  kimi  ədə­
bi  qəhrəmanlardan  başlanır.  Mir Cəlal  Bahar surətini  yük­
sək  və  tarixi  kontekstdə  məharətlə  bir  sıra  məziyyətlərilə 
yaratmışdır.  Bahar kimdir və hansı  mühitdə  kövrək qəlbin­
də  hansı  arzuları  ilə  yaşayır?  Bahar  kimsəsiz,  atasız  və 
yalnız qardaşı  Mərdan, anası  Sonaya güvənən bir uşaqdır. 
Və  məğrurdur:
-   Düş  sənə deyirəm!
-   Korsan?
-  Sənin  tutundur?
-   Düş deyirəm,  düş o budaqdan.
-  Ehsan  ağacıdır
Bu  dialoqda  o,  çəkinmir,  baxmayaraq  quzu  otarandır, 
əmri  verənsə varlı  oğludur.  Ağaməciddir.  Baharın  bəzi  xa­
rakter cizgilərini ceyran əhvalatında görürük. Yazıçı sənət­
karlıqla  günahsız  heyvanın  timsalında  Azərbaycanın  milli 
sərvətlərinin  xaricə,  konkret  ingilis  misteri  vasitəsilə  Lon­
dona  ötürülməsinə  etirazını  bildirir.  Unutmayaq  ki,  bu 
müəllif mövqeyi 30-cu illərə gedib çıxır.  Maraqlı və ədəbiy­
yatın təsvir gücü ilə insanın daxili aləminin açılması  məha­
rəti.  Ümumiyyətlə,  Mir Cəlal  romanda  güclü  və təbii  insan 
təsvirləri vermişdir:  "Bahar qolunu ceyranın  boynuna salıb 
döşünə  sıxmışdı.  Bır  əlilə  də  heyvanın  qabaq  ayaqlarını 
cütləndirib bərk-bərk tutmuşdur. Ceyran mələyirdi.  Hərdən 
çapalayıb  əldən  çıxmaq  istəyirdi.  Dağın  başından,  sürü­
_________________________ 
7
  --------------------------------------------------


dən  ona səs  verirdilər.  Bahar ceyranın  tükündən  anasının 
onu  təzəcə  yaladığını  bildi.  Belinin  tükləri  hələ  də  yaş  idi. 
Bahar onun gözəl  başını,  zərif boynunu tumarlamağa baş­
ladı.  Köbəyinin  maya  kimi  yumşaq  olduğunu  gördü.  Cey­
ran  lap  körpə  idi.  Baharın  ürəyi  lap  birtəhər oldu.  Balasını 
çağıran  ananın  səsi  Baharı  kövrəltdi,  az  qaldı  ceyranı  əl­
dən  buraxsın,  heyvanın  üzündən  öpdü,  özünə  toxdaqlıq 
verdi:  "Mən  öldürməyə aparmıram,  bəsləyəcəyəm,  ələ öy­
rədəcəyəm,  böyüdəcəyəm.  Quzu  kimi  saxlayacağam."  Bu 
epizodda  Bahar obrazının gen və gələcək cizgilərini  görü­
rük.  Kimsə körpə uşaqlığını xatırlayırsa yazıçı müşahidəsi­
nin  təbiliyini  görür.
Mir  Cəlal  ceyran  əhvalatı  ilə  daha  ciddi  bir  məsələni 
ortaya  atır:  Bu  heyvancığaz yerli  vəzifəlilərin  yaltaqlığı  uc­
batından  misterlərə peşkəş edilməlidir!  Sadə görünə bilər, 
lakin  Sonanın  düşüncələrini  yazıçı  təsvirində  məsələ  du­
rulur:  "Sanki  Sona  vətəninin,  xalqının  başına  gələnləri  öz 
həyatında  aşkar hiss edirdi.  Körpə  bir uşağın  sevincini  də 
qarət edən  bu canavar iştahlıları  kim,  nə zaman  bizim ana 
torpaqdan  qovacaqlar?  Nə zaman,  nə zaman?"  Böyük ya­
zıçımız  Vətənimizin  başına gətirilən  yadellilərin  oyunların­
dan  xəbərdardı.  Və  bizi  -  XXI  əsrin  soydaşlarını  xəbərdar­
lığa  çağırır  ki,  milli  sərvətimizi  xaricililərin  yoluna  pəyən- 
daz  etməyin.  Öz  sərvətlərimizi  çıxarmağa  qüvvəmiz  də, 
idrakımız  da  yetər?
Romanda  "inqilab  qoxusunu,  ruhunu  burunlarına  çə­
kən  bəzi  məsul  məmurlarımıza  tövsiyə  edərdik:  "Bir  gən­
cin  manifesti"ndə  yazıçı  uzaqgörənliyinə,  obrazların  psi- 
xologiyasındakı  milliliyə-peyzajın  həyatiliyilə  -  əsərin  poe­
tikasına  hörmətilə  yanaşsınlar.  Budur,  Sona  xala  ceyranı 
risqlə,  ustalıqla  qaçırır.  Bunu  kişi  etməzdi,  lakin  azəri-türk 
qadını  çəkinmir.  Dilsiz,  amma  duyğulu  ceyranı  meşəyə
_________________________  
8
  ----------------------------------
buraxır və əvəzində simasız insanlara və xaricilərə parodi­
ya  bağışlayır.
"Mister şoferə baxır:
-  Ceyran  gərək  mələsin,  axı?
-  Bu  mələyəndən deyil!
-  Necə yəni?
Şofer özünü  saxlaya  bilmədi:
-  Cənab,  -  dedi,  -  bu qoduqdur!
-   Necə  yəni?
-  Cənab,  bu,  eşşək balasıdır!.."
Yaxud,  məşhur "Sonanın cavabı". Və müəllifin "İtə ata­
ram,  yada  satmaram"  epiqraflı  -  ölməz  yanaşma  üslubu. 
Nə verdi  əsərdəki  bu  əhvalat? Əvvala.  bir anaya kədər gə­
tirəcək  bir  payızın  sərinliyinin  oyatdığı  əhvalı:  "Sərin  bir 
payız  səhəri  idi.  Səhər də  demək  olmaz,  işıqlaşmamışdır. 
O  vaxt  idi  ki,  günün  necə  olacağını  təyin  etmək  mümkün 
olmur.  Bilmək olmur ki,  günəş çıxacaq,  yağış  yağacaq,  ya 
tutqun,  durğun  hava  olacaq.  Lakin  alaqarınlıqda  bəzi  əla­
mətləri  sezmək  olurdu:  göy  üzü  bulanıq,  üfüqlər  qara  idi. 
Sanki varlıqlar ümumi  bir sükutu dinləyir.  Sanki hər şey qı­
nına çəkilmişdir.  Və  belə  bir səhərin  alatoranlığında  Sona 
xala bir yolun yolçusudur. O,  "Yusif-Züleyxa" xalçasını  sat­
maq  üçün  gedir:  "Uşaqlarına  çörəkpulu,  namərd  əlində 
qalmış  Mərdana-dustaq oğluna  xərclik,  rüşvət,  pul tapmaq 
üçün son ümidini-xalını  satmalıdır".  Bu  kiçicik yazıçı  təsvi­
ri  ilə bəzi  detallar üzərində gənc nəsli düşündürmək,  müs­
təqil  məmləkətimizin  əl-ayağına dolaşan  qanun  pozanları, 
rüşvətlə  insan  taleyi  həll  edənləri  tənqid  atəşinə  tutmaq, 
belələrini  gələcək  mübarizəyə  aparmağın  qeyri-mümkün­
lüyü.  Bədii  əsərin  gücü  məgər  xırda  məişət  məsələlərini 
əks  etdirməsidir?  Mir  Cəlal  yığcam  romanda  görün  hansı 
qlobal problemləri  qaldırmağa müvəffəq olmuşdur?  Qədim
_________________________
9
__________________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə